Azərbaycanda xüsusi əməliyyat: Cinayətkar dəstə ifşa edildi, aralarında qadın da var

Azərbaycanda xüsusi əməliyyat: Cinayətkar dəstə ifşa edildi, aralarında qadın da varFüzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Res­publikasından Azərbaycan istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətən­daşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əh­məd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn sax­lanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazi­də gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram meta­fitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.

Hadisə ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul et­mək üçün əraziyə gələn "Hunday Elantra" markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mir­tağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əş­yalarına keçirilən baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticə­sində İran vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilən baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.

Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitə­lərin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əli­yev Hümmət Yusif oğlu saxlanılıb, onun mənzilindən 1 ədəd göz­yaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd "Lirika" psixotrop həb­ləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Azərbaycanda xüsusi əməliyyat: Cinayətkar dəstə ifşa edildi, aralarında qadın da varAzərbaycanda xüsusi əməliyyat: Cinayətkar dəstə ifşa edildi, aralarında qadın da varAzərbaycanda xüsusi əməliyyat: Cinayətkar dəstə ifşa edildi, aralarında qadın da var


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4860   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021