Sənətkara bu qədər hörmətsizlik olmaz

Sənətkara bu qədər hörmətsizlik olmazAnar Bürcəliyev
Teatrşünas

Bəlkə də sənətinə yaxından bələd olmasaydım, mən də digərləri kimi adi hal olaraq baxıb, gülüb yan kecərdim. Ancaq heç də belə deyil.
Facebook səhifəsində "Mingəçevir nur şəhəri" adlı bir səhifəni izləyirəm. Bu gün qarşıma səhifənin admini olan Tural Abdullanın paylaşdığı bir status çıxdı. Respublikanın xalq artisti, neçə-neçə gözəl mahnıların bəstəkarı olan Niyaməddin Musayevin şəklini paylaşaraq, admin yazır: "Vəziyyət o qədər gərgindir ki, Niyaməddin Türkiyəyə getsə, onu da tutub yandırarlar".

Anlamıram. Görəsən, bu səhifənin adminlərinə bu haqqı kim verib? Sənətkara qarşı bu kimi hörmətsizlik haradan qaynaqlanır?

Üzümü Tural Abdullaya və bu səhifənin digər adminlərinə tutub, bildirmək istəyirəm. Niyaməddin Musayev 1991-ci ildə Naxçıvan MR-nın əməkdar artisti, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə təltif edilib.

1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olub. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları bu gün də sevilə-sevilə dinlənilir.

Bu kimi sənətkarları ücüz bir ifadə vasitələri ilə təhqir etmək yolverilməzdir. Bu adminlər nəyi, necə paylaşdıqları vaxt dərindən düşünməlidirlər. Xalqın tarixinə, mədəni irsinə bu qədər hörmətsizlik göstərmək olmaz. Bu şəxslər sənətkarı bu çür təhqir etdikləri üçün qanun qarşısında cavab verməlidirlər. Azərbaycan Mədəniyyətinə belə bir münasibətin göstərilməsi bağışlanmazdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 5557   Tarix: 19 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

"Bəyin oğurlanması"nın Gülbadamı vəfat etdi

Aktrisa Naibə Əlibəyova dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev feysbukda bildirib. Sənətkar Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Qeyd edək ki, "Bəyin oğurlanması" filmind

7 mart
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Maksim Qalkin Bali adasına buraxılmamasının səbəbini açıqlayıb

Rusiyalı artist Maksim Qalkin konsert verməyi planlaşdırdığı İndoneziyanın Bali adasına buraxılmayıb. Şoumenin özü "Instagram" sosial şəbəkəsində bu hadisənin niyə baş verdiyini açıqlayıb. "Həqiqətən də pasport nəzarəti zamanı İndoneziyaya giriş qadağan edilib. Eyni zamanda, iki gün əvvə

28 yanvar
.

Habil Əliyevin qızı: "Atama brilliantlarla işlənmiş kamança bağışlamışdılar"

"Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdilər". Bu fikirləri mərhum kamança ustası Habil Əliyevin qızı Vəfa Əliyeva söyləyib. -ın xəbərinə görə, proqramlardan birində atası ilə bağlı xatirələrini bölüşən Vəfa xanım deyib ki

3 aprel
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral