126 nömrəli məktəb bağlandı: Müəllim və şagirdlər necə olacaq?
Bakının Binəqədi rayonunda yerləşən 126 nömrəli tam orta məktəb bağlanıb.
Sonxeber.az xəbər verir ki, bu haqda məktəbdən verilən məlumatda deyilir: 126 nömrəli tam orta məktəbdə ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb.
Bildirilib ki, bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki "Vətən" İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında "Vətən" İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək. Müəllimlərin dərs yükündə azalma hallarına yol verilməyəcək. Məktəbin ibtidai təhsil səviyyəsinin şagird və müəllimləri 244 nömrəli tam orta məktəbə köçürüləcək. Müəllimlərin və valideynlərin narahatlığına heç bir əsas yoxdur.
Qeyd edək ki, media və sosial şəbəkələrdə yazılan məlumatlara görə, adıçəkilən məktəbin şagirdlərinin valideyn və müəllimlərə xəbər verilmədən köçürülməsi narazılıq yaradıb.
126 nömrəli tam orta məktəb 1967-ci ildə istifadəyə verilib. Məktəb 20 Yanvar şəhidi Tərlan Heybətovun adını daşıyırdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9011 Tarix: 07 sentyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı-Tbilisi-Bakı qatar reysində siniflər üzrə QİYMƏTLƏR - FOTO
Azərbaycan Dəmir Yolları (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişinlərə üç sinif üzrə xidmət göstərəcək. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, marşrut üzrə komfort, komfort+ və lüks siniflər mövcud olacaq. Gediş haqlar
21 may"Fidan Baby"nin külli miqdarda borcu var
"Fidan Baby" (tərcüməsi "Fidan Körpə"-red.) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu yaranıb. Qaynarinfo-nun məlumatına görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 56.718,41 manata çatıb. Nizamnam
21 maySabah 24 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanı
21 mayBəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntını
19 maySamuxda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var
Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. İlkin məlumata görə, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib
20 mayKeçmiş batalyon komandiri vəfat etdi
Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib. "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Qeyd edə
21 mayBütün sosial ödənişlərin yekunlaşacağı tarix məlum olub
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, beləliklə respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmı
21 mayBakıda gecə saatlarında yağış yağacaq
Bakıda və Abşeron yarımadasında mayın 21-i gecə saatlarından 22-si gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, saat 00:00-04:00 radələrində yağışın bir qədər intensivləşəcəyi ehtimalı var
21 may