İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sonxeber.az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 11815 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət etdi
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin mətnini təqdim edir:. "Sizi 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurm
14 oktyabrLaos prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib - Foto
Azərbaycanda rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Fəxri xiyabanı ziyarət edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Laos prezidenti burada Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi Heydər Əliyevin məzarı önün
13 oktyabrAzərbayca və Kamboca əlaqələrini genişləndirən səfər
Azərbaycan dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə ikitərəfli əlaqələri ərazi bütövlüyü tam bərpa olunduqdan sonra daha da genişləndirdi. Bu proses siyasi müstəvidə yaranıb, müxtəlif istiqa¬mət-lərdə uğurla davam etdirilir. Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə də belə əla¬qələri bəşər
13 oktyabrPrezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
14 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabr