Bu yay kimlər "tutuzdurdu"? - Hər yerdə onları eşitdik - SİYAHI

Bu yay kimlər "tutuzdurdu"? - Hər yerdə onları eşitdik - SİYAHIÖtən illərə nisbətən bu yay şou-biznes daha qaynar və işgüzar oldu. Belə ki, sənətçilərin əksəriyyəti maraqlı iş ortaya qoyaraq rəqabətə qoşuldular. Kimisi mahnı, kimisi klip, kimisi isə konsertləri ilə yadda qaldı. Bu sezon dillər əzbəri olan, bir sözlə hitə çevrilən mahnılar da ortaya çıxdı.

Sonxeber.az qafqazinfo-ya istinadən yayın ən hit mahnılarının siyahısını təqdim edir:

Natavan Həbibi - "Sevgi bizi yola verdi"

Uzun müddətdir ki, hit mahnılar ifa etməyən Natavan bu ilin aprelində sükutu pozdu. Lakin mahnı yay fəslində partlayışa səbəb olub, TV və radio hit-paradlarında həftələrlə birinci olub.

Bundan əlavə, layihəni "Youtube"də 5 milyondan çox insan izləyib.

Murad Arif və Ramil Nabran "Oppalara"

Müğənni-bəstəkar Murad Ariflə Ramil Nabranın "Oppalar"ı yayda ən çox klublarda, əyləncə mərkəzlərində səsləndirilən, sosial şəbəkələrdə paylaşılan mahnı oldu. Maraqlı klip və iki məşhurun fərqli obrazı bəstənin hit olmasına kömək etdi, "Youtube"də 8 milyondan çox baxış topladı. Həmçinin, türkiyəli müğənni Ziynet Sali də bəstəni "Hadi oppalara" adı ilə ifa edib klip çəkdirdi.

Əhməd Mustafayev - "Canan"

Sözləri Məşhədi Babaya, musiqisi isə Əhmədə aid mahnı gənclərlə yanaşı, yeniyetmə və uşaqların sevimlisinə çevrildi. Fərqli tərzdə aranjıman olunan mahnıya çəkilən klip də fərqlidir. Bu mahnını Əhmədin yaradıcılığının zirvəsi hesab etmək olar. Klipi "Youtube"da 10 milyondan çox insan izləyib.

Fərhad Xəlif - "Badamı"

Sosial şəbəkələrdə fenomenə çevrilən mahnı son bir ayda hitə çevrildi və "Youtube"da 7 milyondan çox baxış toplayıb.

Bu məqamda bildirək ki, məşhur mahnının müəllifi elə ifaçının özüdür.

Damla - "Xəncər"

Son zamanlar ifaçının mahnılarının demək olar ki, hamısı tanınır və müxtəlif məkanlarda səsləndirilir.
"Xəncər" isə onlardan fərqli oldu və yayın hitinə çevrildi.

Mahnı aprel ayında işıq üzü görsə də, mayın sonu, iyulun əvvələrindən etibarən diqqət çəkdi və sosial medianın gündəmindən düşmədi. Klipə "Youtube"da 11 milyon baxış olub.

Pərviz Bülbülə və Türkan Vəlizadə - "Divanən Olmuşam"

Cütlük sözügedən mahnını ilk dəfə mayın əvvəlində "Xəzər TV"də təqdim edib. Elə onların bu dueti televiziyanın rəsmi "Youtube" səhifəsində yerləşdirilib və ifanı 12 milyondan çox insan dinləyib.

Qısa müddətdə mahnı toy məclislərinin, restoranların bəzəyinə çevrilib, uğurlu duet kimi yaddaşlarda qalıb.

Aysel Əlizadə- "Yandırdın qəlbimi"

Gənc müğənni bu mahnı ilə yaradıcılığının zirvəsini yaşayır. Aysel xalq artisti Rübabə Muradovanın ifası ilə sevilən və bir çox məşhurların repertuarına saldığı "Yandırdın qəlbimi" mahnısını fərqli şəkildə aranjıman etdirib və oxuyub.

Bəstə sənətçinin ifasında mart ayında çıxsa da, iyun ayının əvvəlində fenomenə çevrilib. Ayselin ifası nəinki Azərbaycanda, Türkiyədə də populyarlaşıb. Mahnı ilk dəfə "Survivor" yarışmasında səsləndirilib və daha sonra sosial şəbəkə gündəmini alt-üst edib. "Yandırdın qəlbimi" türk səhifələrində, gecə klublarında, xalq konsertlərində səsləndirilib.

A.Əlizadə Üzeyir Mehdizadədən sonra Türkiyədə ən çox sevilən müğənni olub. "Youtube"da isə mahnını 14 milyona yaxın insan dinləyib.

Bu məqamda bildirək ki, digər şou nümayəndələri də yayda boş qalmayıb. Belə ki, xalq artisti Aygün Kazımovanın "Hardasan", Raufla dueti olan "Yaraşdın mənə", Röya Ayxanın "Mənə sevgindən bəhs et", Günay İbrahimlinin "Kaderinle barış" və "Demə" mahnıları populyar olsa da, hitə çevrilməyib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 952   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kenan Doğulu və Beren Saat barədə ölkədən çıxış qadağası tələb edildi

Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 23 şübhəli məhkəmə orqanlarına təhvil verilib. türk mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində prokurorluq 10 şübhəli barəsində həbs qətimkan tədbirinin seçilməsin

12 iyun
.

"Belə insanlarla əlaqəni kəsmək lazımdır"

Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yas mərasimlərində yaranan incikliklərə münasibət bildirib. Yeni Sabah-a istinadən xəbər verir ki, o, hüzr sahibinə qarşı küskünlük nümayiş etdirən insanları tənqid edib. X.Hidayətqızı paylaşımında bu fikirləri səsləndirib:. "Yas məclisində yas sahibindən küsə

4 iyun
.

Gülay canlı efirdə ağladı - VİDEO

Müğənni Gülay Zeynalova doğum gününü efirdə qeyd edərkən emosional anlar yaşayıb. xəbər verir ki, canlı yayım zamanı ailəsindən və qızından danışan sənətçi duyğulanıb. Gülay hisslərinə hakim ola bilməyib və gözləri dolub. Müğənninin kövrəldiyi anlar həm studiyadakı qonaqların, həm də tamaşaçıların diqqətin

11 iyun
.

Milyon dollarlıq yatırımla yeni biznesə başlayan müğənni saxlanılıb - VİDEO

İstanbulda narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində keçirilən əməliyyat zamanı 22 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış müğənni Berdan Mardini də yer alıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən əməliyya

11 iyun
.

"Crocus" terrorçularına yardım edən daha bir nəfər saxlanıldı - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) və İstintaq Komitəsinin (İK) əməkdaşları tərəfindən ölkə ərazisində qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan "Batal-Hacı Belxoroyev" dini cərəyanının silahlı qanadının fəal üzvü ələ keçirilib. xəbər verir ki, bu barədə İstintaq Komitəsini

13 iyun
.

"Baharın 17 anı" filminin məşhur aktyoru vəfat etdi

150-yə yaxın filmdə rol alan tanınmış latviyalı kinoaktyor Paul Butkeviç 85 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə "Baltijas Balss" xəbər portalı məlumat yayıb. Aktyor postsovet məkanında daha çox sovet kino layihələrində, o cümlədən "Baharın 17 anı" və "Qardemarinlər

13 iyun
.

"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan

Müğənni Rəvan Qarayev şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, sənətçi əvvəlki evliliyinin sona çatmasından danışaraq ayrılığın ciddi problemlər səbəbindən baş verdiyini bildirib. O qeyd edib ki, bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı ilə münasibətləri normal olara

11 iyun
.

"Taşacak Bu Deniz" setində sevgi üçbucağı - VİDEO

"Taşacak Bu Deniz" serialının baş rollarını canlandıran Ali Öner və Zeynəb Atılqanın mövsüm finalı gecəsində birlikdə rəqs etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, görüntülər uzun müddətdir səsləndirilən "set eşqi" iddiaların

4 iyun
.

Məşhur müğənnidən sosial təşəbbüs: Küçələrdə kağız topladı - VİDEO

Türkiyəli müğənni Çelik növbəti dəfə sosial məsuliyyət nümunəsi göstərərək diqqət mərkəzinə düşüb. Daha əvvəl ehtiyacı olan vətəndaşların ərzaq mağazalarına olan borclarını ödəməklə gündəmə gələn sənətçi bu dəfə Samsunun İlkadım rayonunda yaşayan Serpil adlı xanıma dəstək olub. türk mediasına istinadə

10 iyun