Yuxu iflici, yoxsa əcaib varlıqların hücumu?

Yuxu iflici, yoxsa əcaib varlıqların hücumu?Bəzən yaşadığını doğmalarına belə deməyib, sirr kimi saxlayıb.

Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibbdə də araşdırılıb. Düzdür səbəbi dəqiq deyil və müalicəsi də yoxdur. Tibbdə bu hala " Yuxu iflici" deyilir.

Təsəvvür edin, rahat yatmısız, gecə yarı qəfildən oyanırsız və hiss edirsiz ki, bədəninizin heç bir üzvünü, heç barmaqlarınızı belə tərpədə bilmirsiz.
Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır. Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır.

Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır.

Məhz bu hala tibbdə " Yuxu iflici" deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil.

Yuxuda bədənin hərəkətsiz, yəni iflic hala gəlməsi 2 cür olur: hipnoqogik. Bu zaman insan yuxuya gedəndə əzələləri tədricən boşalır, orqanizm yuxu rejiminə keçir, amma birdən yuxuya getməkdə olan şüur geri qayıdır, ayılır və bədənin yuxudakı vəziyyətini hiss edərək bundan panikaya düşür.

İkinci tip Hipnopompik - yuxudan oyananda olur. Dərin yuxu fazasında əzələ tonusu çox aşağı olur. Sürətli yuxu fazasında isə bədən maksimum boşalır, belə deyək sönür, beyinin nəzarətindən çıxır, beyin aktivliyi isə əksinə artır. əgər bu mərhələdə şüur geri qayıdıb insan oyanırsa, beyinin bədənə, əzələlərə siqnal ötürən hissəsi hələ yatmış olur.

Onun özünə gəlib, insana tabe olması üçün 1-2 dəqiqə lazımdır. Beləcə insan şüuru özündədir, ətrafı görür, eşidir, amma bədəni hərəkət etdirə bilmir. O, daxilən çırpınır, amma bir barmağı belə tərpənmir. Cəmi 1-2 dəqiqə gözləmək ona əbədi əzab kimi gəlir.

İnsan şüuru ilə bədəni arasında təbii olaraq yaranmış bu disbalansın tibbi izahı var, amma hər insan bu izahı bilmədiyi üçün kabusa təslim olur.

Nə zaman belə hal yaşana bilər, təkanverici səbəblər nədir. Həkim nevroloq Babək Aslanov səbəblərin çox olduğunu bildirdi.

-Yuxu rejimi, istirahət və gümrahlıq dövrünün nizamlanmaması, yuxudan doymamaq, yuxu rejiminin dəyişməsi, gecə yatmayıb, gündüz yatmaq
-Xroniki psixoemosional streslər
-Antidepressant, trankvilizator, psixotrop dərmanların qəbulu
-Nikotin, alkoqol, narkotika, zəhərlənmə
-Narahat ayaqlar sindromu
-Kürəyi, arxası üstə yatmaq - böyrü üstdə yatanda yuxu iflici nadir halda olur
-Genetik səbəblər

Bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur:

-Narkolepsiya
-Somnabulizm
-Biopolyar pozğunluq
-Nevrozlar

Necə mübarizə aparmalı?

Əgər bu hal baş verirsə, elə hərəkətsiz qalın. Əgər güclə hərəkət etməyə cəhd etsəz, bu bədənə və beyinə təsiri artırıb, neqativ hisslər verəcək
Özünüzü rahat buraxın, nəfəs alıb verin, saymağa başlayın. Sadəcə sonra, davamında nə olacağını izləyin. Sonda bilirsiz ki, bu yalançı sindromdur və bədən özünə gələcək.

Ayaq barmaqlarına diqqətini cəmlə. İlk olaraq onlar tərpənməlidir.
Əllərini yumruq kimi büküb sıx. Bu zaman beyindən bədənə oyan əmri tez gələcək.
Bədənin tam açılması 1-2 dəqiqə vaxtını alacaq. Fikir verməsən yenidən elə o halda yuxuya davam edəcəksən. Yox sona kimi gözləyib, tam bədən açılandan sonra yerindən qalxacaqsan.

Çox qorxmusuzsa, su için. Başınıza gələnin adi, normal, anatomik, fizioloji bir hal olduğunu qəbul edin.

Nəyə görə gözümüzə hansısa varlıq, kölgə görünür?

Əslində sakit qalsaz, gözünüzə heç nə görünməyəcək. Panik dəhşətdən, vəhşət hissindən qallüsinasiyalar görməyə başlayırsız. Döş qəfəsinin iflici sanki sinənizdə kiminsə oturduğunu aşılayır.

Məsələnin parapsixoloji və dini izahı:

Bu halı yaşayan insanların çoxu mənsub olduqları dinə məxsus dua, zikr, Allahın adını çəkdikdən sonra onları boğan varlığın əl çəkdiyini və bədən iflicinin aradan qalxdığını bildirirlər.

Əslində insanın inancı onu sakitləşdirir.

Digər bir izah isə, insan yuxuda ikən kiçik ölüm halı yaşayır. Yəni bədən cansızlaşır. Ruh, şüur digər aləmlərdə olur, yuxu görür. Hər hansı səbəbdən ruh qəfildən, lazım olmayan vaxtda bədənə qayıtdıqda bədənin oyanması prosesi gecikir. Ruh ayaqlardan daxil olduğu üçün ilk öncə ayaq barmaqlarının hissiyatı qayıdır. Bir sözlə, məhz bu anda insan ruhunun ayrı, bədənin ayrı olduğunu dərk edir.

Din xadimləri bu haldan qorxmamağı, gözə görünən varlıqların insana zərər vermək gücündə olmadığına inanmağı məsləhət görür. Bildiyiniz duanı oxuyun və ya Allahın adını çəkin, həmin qüvvəyə isə əmr edin.

Dini inanclara görə bu hallar çiləli qadınlarda, yaxınlarda əzizini itirərək stres keçirmiş adamlarda, zərərli əməllərlə məşğul olanlarda, uşaqlarda, qorxu keçirən insanlarda, ağır neqativli, uzaq yerdə ilk dəfə gecəyələn insanda, yatağını dəyişən insanda daha çox baş verir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2208   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir

Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə

7 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

İtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...

Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal

17 dekabr
.

Həkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?

Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri

14 dekabr
.

Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir

Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə

3 dekabr
.

Arıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI

RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını

12 dekabr
.

Çipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı

Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər

8 dekabr
.

Yaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir

Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati

10 dekabr
.

Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI

Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri

7 dekabr