Whatsapp-da ŞOK səs yazısı yayıldı: "Marketlərdən heç nə almayın!" (VİDEO)
Whatsapp-da mesajlaşma tətbiqində yayılan səs yazısı böyük səs-küyə səbəb olub.
Bir nəfər kimliyi məlum olmayan şəxs mağazalarda satılan məhsulların tərkibində çox təhlükəli virusların aşkarlandığını bildirir. Onun sözlərinə görə, qutuda şirniyyatlar, hər növ yağlar, noxud məhsullarından vərəm çöpləri var:
"Qida bazarı dağılır. Şirkət rəhbəri düşüb mağazalarda bir-bir mallara baxır. Kiloqramla şirniyyatları qəti şəkildə almayın. Mağazalardan qəti şəkildə heç nə almayın! Qablaşdırılmış məhsulları da almayın! Məhsullarda ən ağır vərəm çöpləri tapılıb".
Yayılan səs yazısında adı hallanan "Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov səslənən ittihamlara münasibət bildirib. Şirkət rəsmisi BAKU.WS-ə açıqlamasında bildirib ki, holdinqin məhsulları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil:
"Bizim məhsullar yerli müəssisələrimizdə, öz laboratoriyalarımızda ciddi nəzarət əsasında istehsal olunur. Daim keyfiyyətə və prosesə nəzarət edilir. İstehlakçıların bizə olan etibarı bizim üçün ən böyük dəyərdir. Biz öz süfrəmizdə yemədiyimizi istehlakçılarımıza tətbiq etmirik. Sözügedən səs yazısı ilə bağlı da hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırılacaq".
Qısa zamanda sürətlə yayılan səs yazısı ilə bağlı BAKU.WS Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Agentlikdən bildirilir ki, Whatsapp-da yayılan səs yazısı ilə bağlı məlumatları var və qısa zamanda ətraflı informasiya veriləcək.
Yayılan informasiya hələlik öz təsdiqini tapmayıb. Bu məlumat insanların daha çox diqqətli olmasına diqqət çəkmək üçündür. Heç təsadüfi deyil ki, bu səs yazısı ötən gün Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatdan sonra üzə çıxıb.
Agentlik dünən yaydığı məlumatda qeyd olunan məhsulların ("Ozmo" əmtəə nişanlı "Ogopogo" keks, "ETİ" əmtəə nişanlı "Pop kek" (limon) və "Tutku" məhsullarından, həmçinin "Nutti" və "Monte Lemo" əmtəə nişanlı şokolad yağlarından və "Bonduelle" əmtəə nişanlı yaşıl noxud konservindən ) müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunuan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunduğunu bildirib.
Məlumat verildiyi kimi, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan"Ozmo" əmtəə nişanlı "Ogopogo" keks, "ETİ" əmtəə nişanlı "Pop kek" (limon) və "Tutku" məhsullarından, həmçinin "Nutti" və "Monte Lemo" əmtəə nişanlı şokolad yağlarından və "Bonduelle" əmtəə nişanlı yaşıl noxud qida məhsullarının satışı qadağan olunmuş və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.
Satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Hazırda satış şəbəkələrində eyni adda olan məhsullar digər partiyalara aid olan məhsullar olmaqla Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdən keçmiş təhlükəsiz məhsullardır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qurduğu sistemlə 40 dəqiqəlik yolu 40 saniyəyə endirdi: "Sən dəlisən?" deyənlər də oldu - FOTO
Yer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlama
Üç nəhəng bənd və süni göl: Səudiyyə Ərəbistanı imkansızı yaradır
Hava kəskin dəyişəcək, yağıntı intensivləşəcək
Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq
Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktların üstü açıldı - VİDEO
Şəkər xəstələrinə balqabaq yemək olar?
"Bu necə ənənədir?" - Videoya baxanlar iki yerə bölündü
Aliment ödəməyən şəxsləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı
"BakuBus" və "Bakı Taksi Xidməti" "Bakı Metropoliteni"nə BİRLƏŞDİRİLDİ
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı
İnsanları əslində kasıb edən nədir? - Platonun izahı
Bu şəxslər Prezidentin fərdi təqaüdünü alacaq - Siyahı
Gənc qızın küçənin ortasında etdiyi rəqs tənqidlərə səbəb oldu - VİDEO