Azərbaycanın baş prokurorları - Onlar kimlərdir? - FOTO

Azərbaycanın baş prokurorları - Onlar kimlərdir? - FOTOHər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.

Sonxeber.az femida.az-a istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb.

Mövcudluğu bir çox dövlətlərdə qədim dövrlərdən məlum olan məhkəmə orqanlarından fərqli olaraq, prokurorluq müstəqil institut kimi xeyli sonralar yarandı.

Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayır. 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilib.

F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhurriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşlər.

1920-ci ilin aprel ayının 28-də Xl Qızıl Ordunun köməyi ilə Azərbaycan Xalq Cumhurriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil Azərbaycan dövlətçiliyi süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə həyata keçirildi.

Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycan müstəqillik əldə etdikdən Baş prokuror postuna 6 dəfə dəyişiklik edilib.

İndiyədək Azərbaycanın Baş prokurour postuna yiyələnmiş şəxsləri təqdim edirik:

Müstəqil Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbov olub. O 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. İxtisasca hüquqşünas olan Qayıbov cəmi bir il vəzifədə qala bilib. İsmət Qayıbov 1991-ci il noyabr ayının 20-də Qarabağda Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ağdam rayonunun Mərzili kəndi ərazisində bir sıra digər dövlət xadimi ilə birlikdə içərisində olduğu "Mi-8" vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub. Mərhum Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ikinci Baş prokuroru Murad Babayev olub. İsmət Qayıbovun faciəli ölümündən sonra Baş prokuror postuna təyinat alan M.Babayev də vəzifədə çox qala bilməyib. Babayev cəmil bir illik fəaliyyətdən sonra 1992-ci ildə vəzifədən gedib. M.Babayev bu ilin yanvar ayında ürək tutmasında vəfat edib.

Daha sonra bu postda İxtiyar Şirinov təyin olunub. 1992-ci ildə vəzifəyə gələn İ.Şirinov da bir ildən sonra kreslosunu Əli Ömərova təhvil verməli olub. Baş prokuror vəzifəsində Əli Ömərovun da fəaliyyəti uzun sürməyib.

Azərbaycanın ən bəlalı günlərdində vəzifə tutan Ömərov 1993-cü ildə Baş prokuror təyin olunub, 1994-cü ildə vəzifədən çıxarılıb.

Əli Ömərovun gedişi ilə bu posta Eldar Həsənov təyinat alıb. 1995-ci ildə fəaliyyətə başlayan Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsilə vidalaşıb.

Azərbaycanın hazırkı Baş prokuroru Zakir Qaralovdur. O, 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. 26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycanın baş prokurorları - Onlar kimlərdir? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2380   Tarix: 01 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

27 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 27 yaşlı gənc yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində baş verib. 199-cu il təvəllüdlü şəhər sakini Vüqar Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb. Meyit müayinə olunmaq üçün təhvil verilib. Faktla bağlı şəhər prokurorluğund

4 aprel
.

Bakıda yeni "moll" tikilir

Azərbaycanda yeni "moll" tikintisinə start verilib. Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Əhmədli qəsəbəsində yerləşən "Bravo" hipermarketi ərazisində inşa olunması planlaşdırılan yeni ticarət mərkəzi ilə bağlı ilkin hazırlıq işlərinə artıq başlanılıb. İddialara əsasən, sözügedə

4 aprel
.

Azərbaycanda evlənmək istəyənlərə EV VERİLƏ BİLƏR - YENİ TƏKLİFİN DETALLARI

Son zamanlar ölkədə ailə qurmaqdan çəkinənlərin sayı artıb. Bu səbəbdən evliliklərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Əsas səbəblərdən biri gənclərin şəxsi mənzilə sahib olmamasıdır. Hazırda ev almaq üçün minimum 80-100 min manat vəsait tələb olunur ki, bu da həm yüksək gəlir

4 aprel
.

Sosial mediada həddini aşanlar hansı maddə ilə cəzalandırılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlar artıq ifadə azadlığının sərhədlərini aşaraq hüquqi məsuliyyət doğuran hallara çevrilir. Təhqir, böhtan, şəxsi həyatın pozulması kimi hallar istifadəçiləri qanun qarşısında cavab vermək məcburiyyətində qoya bilər. Bəs görəsən bu kimi davranışların hansı hüquq

3 aprel
.

Tanınmış jurnalistə vəzifə verildi

Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib. Tanınmış jurnalist Firuzə Cəlilova universitetin İctimai əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi vəzifəsinə təyin olunub. Firuzə Cəlilova Bakı Dövlət Universiteti-nin məzunudur, pedaqogika üzrə fəlsəfə doktorudur v

3 aprel
.

Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?

Dünən Sumqayıt 1 nömrəli xəstəxanasında insident yaşanıb. Bu barədə -a hadisə şahidləri məlumat verib. Xəstəxanada göndəriş almaq üçün böyük növbə yaranıb. Həmin vaxt xəstəxana mühafizəçiləri tez-tez göndəriş yazılan otağa girib çıxmağa başlayıb. Vətəndaşlar mühafizəçilərin əllərində kağız növbədənkəna

4 aprel
.

Azərbaycanda 2020-dən bəri mina qurbanlarının sayı açıqlandı

Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 7

4 aprel
.

Hava ilə bağlı əhaliyə - Müraciət

Gözlənən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarınd

4 aprel
.

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana 3-cü humanitar yardım yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb. xəbər verir ki, İrana göndərilə

4 aprel