Azərbaycanlı biznesmenin maşınına narkotik atan polis və xüsusi xidmət zabitləri tutuldu

Azərbaycanlı biznesmenin maşınına narkotik atan polis və xüsusi xidmət zabitləri tutulduRusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva üzrə regional idarəsinin əməliyyat müvəkkili Pavel Koryuqin, Lyublino rayonu üzrə Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Pavel Filatov və onun tabeçiliyində işləyən Pavel Drozdov azərbaycanlı biznesmen Yusif Xəlillayevin maşınına narkotik atmaqda ittiham olunur.

Sonxeber.az unikal.org-a istinadən xəbər verir ki, bu səs-küylü cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndərilib.

Kriminal əhvalat isə 2017-ci ilin yazından başlayıb. Moskvanın "Sadovod" bazarında (sahibləri azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyev, habelə onların şəriki olmuş İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir) ticarətlə məşğul olan Azərbaycan vətəndaşı Rəşad Əsədov öz həmyerlisi-ticarətçi Yusif Xəlillayevdən qisas almaq qərarına gəlir. O, həmin bazarda işləyən başqa ticarətçi Rəşadət Ağalarovun köməyi ilə Pyotr Koryuqinə çıxır. Öz növbəsində Rəşadət Koryuqinə təklif edir ki, pul qarşılığında Xəlillayevə qarşı cinayət işi qaldırmaq lazımdır.

Koryuqin razılaşır və plan işləyib hazırlayır. Bu plana əsasən ticarətçilərin rəfiqəsi Yanina Jelyabovskya Yusif Xəlillayevin maşınına narkotik atmalı, polislər Filatov və Drozdov isə onu narkotiklə yaxalamalı idi. Sxem işləyir, amma Xəlillayev polislərə "azad olunmaq üçün" dərhal 500 min rubl ödəyir. Polislər isə ondan 2 milyon rubl tələb etmişdilər. Pulun qalan hissəsini gətirmək adı altında polislərin əlindən yaxasını qurtaran Xəlillayev Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin daxili təhlükəsizlik idarəsinə şikayət edir.

Tezliklə cinayətkar sxemin bütün iştirakçıları Koryuqin istisna olmaqla, saxlanılır. FTX əməkdaşını daha sonra tuturlar. Onun barəsində sxemin digər iştirakçıları kimi rüşvət alma, dələduzluq, vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi qaldırılır.

Dələduzluğu boynuna alan kapitan Filatovun, Rəşad Ağalarovun və bu kriminal sxemdə iştirak edən daha bir ticarətçinin işinə Lyublino məhkəməsində xüsusi qaydada baxılacaq. Qalan iştrakçıların işinə isə Moskva qarnizon hərbi məhkəməsi adi qaydada baxır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2470   Tarix: 02 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

21 yaşlı qadın doğuş zamanı öldü

Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada baş verib. Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zaman

5 dekabr
.

Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı

Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " "ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirak

1 dekabr
.

Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib. İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasınd

17 noyabr
.

Albaniyada ölən azərbaycanlının valideynləri də 15 il əvvəl bədbəxt hadisə qurbanı olublar

Albaniyada faciəvi şəkildə ölən azərbaycanlının ata və anası da 15 il öncə bədbəxt hadisənin qurbanı olublar. xəbər verir ki, Əvəz Cəfərovun atası Alim Cəfərov və anası 15 il öncə yol-nəqliyyat hadisəsinə düşüblər. Nəticədə ata A.Cəfərov həlak olub, ana isə qəzada aldığı travmalar səbəbindən hadisədə

10 dekabr
.

Araz Musayevin bıçaqlanmasına görə həbs edilənlər ev dustağı oldular

Dünya çempionu Araz Musayevin bıçaqlanmasına görə həbs edilən Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. -a istinadən xəbər veri

19 noyabr
.

Təzyiqdən öldüyü deyilən qadın qətlə yetirilibmiş - Gəlinlə qardaşı tutuldu

Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdl

15 dekabr
.

"Oğlum hələ uşaq idi, meyiti yox etməli idik..." - Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb. Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanə

4 dekabr
.

Qaxda məktəbli güllə yarası aldı

Qaxda 9-cu sinif şagirdi ov tüfəngi ilə özünü güllələyib. "Bizim.media"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini V.Elnur oğlu baş nahiyəsindən xəsarət alıb. Yaralı təcili əməliyyat olunmaq üçün Bakıya aparılıb. Hadisənin ehtiyatsızlı

18 noyabr
.

Qadın işlədiyi mağazada bıçaqlanıbmış - Qaçsa da, əri ona çatıb...

Dünən paytaxtın Səbail rayonunda qadının bıçaqlandığı hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə noyabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddi

3 dekabr