Keçmiş məhkumun sürdüyü avtobus səkidə dayanan kişini vurub öldürdü, amma... - ŞOK MÜRACİƏT
Bir neçə ay əvvəl Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində sərnişin avtobusunun törətdiyi ağır qəza nəticəsində vəfat edən 61 yaşlı Mansur Namazovun ailəsi müraciət ünvanlayıb.
BiG.AZ publika.az-a istinadən xəbər verir ki, daxil olan məktubda M.Namazovun qızı Rəna Namazova ağır qəza törədən sürücünün hələ də həbs edilməməsindən narahat olduqlarını qeyd edib. O deyib ki, yol-hərəkət qaydalarını kobudcasına pozan 136 saylı marşrut avtobusunun sürücüsü, əvvəllər məhkum edilmiş Yelmar Atakişiyev bu dəfə törətdiyi ağır hadisəyə görə məsuliyyətə cəlb olunmayıb: "Atam iyunun 9-u, səhər 6-da evdən çıxdı və 20 dəqiqədən sonra dəhşətli xəbəri aldıq. Hadisə 136 və 171 saylı marşrut avtobusları dayanacağa tez çatmaq üçün yarışarkən Atçılıq adlanan yerdə baş verib. Biz ora çatanda məlum oldu ki, 136 saylı avtobusun sürücüsü Yelmar Atakişiyev sürət həddini aşaraq səkiyə çıxıb. Bu zaman o, səkidə dayanmış atamı vuraraq xeyli sürüyüb. Zərbənin gücündən dayanacaqdakı dirək də qırılmışdı. Atamı xəstəxanaya çatdırsaq da, biz onu itirdik".
Rəna Namazova bildirib ki, faktla bağlı cinayət işi açılsa da, sürücü tutulmayıb: "Atamın həyatına son qoyan avtobus sürücüsü barəsində, həmin xətti işlədənlər haqqında hələ də tədbir görülməyib. Doğrudur, Xəzər rayon polis idarəsində hadisə ilə bağlı cinayət işi açıldı. Lakin nədənsə sürücünü sərbəst buraxdılar. Halbuki, o, daha əvvəl də cinayət törətmiş bir şəxsdir. Bizim çoxlu sualımız cavabsız qalıb. Niyə 136 saylı marşrut xəttinin sahibi əvvəllər məhkum edilmiş şəxsi sürücü kimi işə götürüb və bu yolla onlarla insanın həyatını təhlükəyə atır. Lakin artıq 4 aydır ki, hadisəni törədən, cinayətkar, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev hələ də azadlıqdadır. Məhkəmələrdə bizə deyilirdi ki, ekspertizanın rəyi gəlməlidir. Lakin Yelmar Atakişiyevin tutulması üçün, ekspertizanın qəza barədə rəyinin gəlməsi belə Atakişiyevin tutulmasına səbəb olmadı. İndi də məhkəmənin davam etməsinə, uzadılmasına baxmayaraq, heç bir nəticə yoxdur. Atam torpaqda, Yelmar Atakişiyev isə azadlıqdadır. Mən məhkəmədən, habelə aidiyyəti qurumlardan evinin böyüyünü itirmiş qadın kimi xahiş edirəm, bu işə düzgün baxsın və ədalətli qərar çıxarsın".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Hadisə Baxılıb: 1324 Tarix: 08 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycanda məmurun ailəsində AĞIR İTKİ: 22 yaşlı gənc...
İki aylıq körpəsi yetim qaldı.. Bərdə rayonunun Güloğlular kənd inzibati ərazi dairəsinin Qaraqoyunlu kəndində 22 yaşlı qızın intihar etməsinin təfərrüatları məlum olub.. . Bu barədə GoldNews.Az-a Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Rüstəmov məlumat verib. O bildirib ki, Qaraqoyunl
8 oktyabr 2018Bakıda ər-arvadı döyüb 25 min manatını apardılar
Oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyüb, içərisində 25.000 manat olan bağlamanı qadından alıb.. DİN-dən Sonxeber.az-a verilən xəbərə görə, bu zaman R.Sadıqov onlarda
8 oktyabr 2018Azərbaycanda ŞOK OLAY: 19 yaşlı qızı 1 həftə qabaq evdən qaçdı, sonra...
Dünən Kürdəmir rayonu ərazisində Mil-Muğan-Şirvan su kollektorunda meyiti tapılan 19 yaşlı Həsənova Mətanət Yaşar qızı ilə bağlı bəzi məqamlar aydınlaşıb.. . Zərdab rayonu Şahüseynli kənd sakini olan gənc qızın 1 həftə əvvəl evdən çıxdığı və itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb. Belə ki
8 oktyabr 2018NAZİRLİK: Dəhşətli qəzada ölənlər bu qurumun işçiləri olub
Daxili İşlər Nazirliyi Göygöldə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.. . Sonxeber.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 9 radələrində Göygöl şəhərinin M.Ə.Sabir küçəsində Zurnabad kənd sakini Müşfiq Mirzəyev idarə etdiyi "JAC" markalı yü
8 oktyabr 2018"Nargilə" kafesi yaxınlığında avtobus qəza törətdi - FOTO
Ötən gecə Bakının Xətai rayonunda yol qəzası baş verib.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, gecə saat 23 radələrində 60 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus qəza törədib. Hadisə "Nargilə" kafesinin yaxınlığında baş verib.. . Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətini
8 oktyabr 2018Qəbələdə yanan ərəblər Bakıya gətiriləcək - Nazirlik
Qəbələ rayonunda Suriya vətəndaşı olan turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcəklər.. . Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. . . Onun sözlərinə görə, hadis
8 oktyabr 2018Azərbaycanda daha bir mikroavtobus qəzası: 6 yaralı
Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.. . Hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb.. . Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov "Report"a açıqlamasında deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanay
8 oktyabr 2018