Oğlanların "Ayaqlara bax, ayaqlara" dediyini eşidirəm

Oğlanların "Ayaqlara bax, ayaqlara" dediyini eşidirəmOnu futbol tədbirlərindən birində gördüm. Görünüşü, bədən quruluşu ilə diqqətimi cəlb etdi. Özümə söz verdim ki, bu xanımdan müsahibə götürməliyəm.

Sosial şəbəkədə onu tapdıqdan və istəyimi bildirdikdən sonra müsahibəyə razılıq əldə etdim. Məlum oldu ki, o Azərbaycanı bodibildinq və fitnes üzrə Avropa çempionatında Fitnes Bikini kateqoriyası üzrə təmsil edib.

Beləliklə, Oxu.Az Marina Aydarova ilə müsahibəni təqdim edir.

Müsahibənin ərsəyə gəlməsində yaradılan şəraitə görə Bakı Su İdmanı Sarayının rəhbərliyinə təşəkkür düşür.

– Harada anadan olmusunuz?

– Bakıda anadan olmuşam. Azərbaycan vətəndaşıyam. Çoxları elə bilir ki, gəlməyəm, milli üzvü kimi legionerəm. Amma belə deyil. Atam ukraynalı olub, anam isə Bakı rusu. İlk təhsilimi Bakıda, ikincisini isə Ukraynada almışam. Ukraynanın Xarkov şəhərində Bədən tərbiyəsi ixtisası üzrə təhsilimi tamamlamışam.

– Soyadınız tatar soyadına oxşayır...

– Yox, mən milliyyətcə ukraynalıyam. Hazırda bibim Odessada yaşayır. Bəzən soruşurlar ki, soyadınız Heydərovadır? Deyirəm ki, yox, soyadım Heydərova yox, Aydarovadır.

– Hansı idman növləri ilə məşğul olmusunuz?

– Bakıda idmanla maraqlanmağa başlamışam. 2001-2002-ci illərdə kamandan oxatma millisinin üzvü olmuşam. Azərbaycan çempionluğum var. Sadəcə olaraq, Avropa Oyunlarınadək bu idman növünə az maliyyə ayrıldığından, yaradılan şərait zəif olduğundan, oradan ayrılmalı oldum. Yüngül atletika ilə də məşğul olmuşam. Az yaşım yoxdur. 36 yaşım var. Buna görə bəzən peşəkar idmana son qoyub ofis işləri ilə məşğul olmuşam. Məsələn, bir italyan şirkətində əvvəl ofis meneceri, daha sonra mühasib köməkçisi işləmişəm.

– Bəs necə oldu ki, bodibildinq və fitnes millimizin üzvü oldunuz?

– 2013-cü ilin əvvəlləri idi. İdmandan ayrı qalmaq istəmirdim. İşlədiyim ofis 28 Mayda Bodibildinq və Fitnes Federasiyasının zalına yaxın idi. Zal səhər saat 08:00-dan açılırdı. Mənim işim isə 09:00-da başlayırdı. O zala gedə-gedə təxminən altı ay sonra federasiyanın prezidenti Rauf Bünyatəliyev tərəfindən milliyə seçildim.

O vaxt Fitnes Bikini üzrə yarışlarda Azərbaycan adından çıxış edən qızlar yox idi. 2014-cü ildə ilk dəfə Azərbaycanı xaricdə təmsil etdim. Doqquz aylıq məşqdən sonra ilk dəfə beynəlxalq yarışda çıxış etdiyimdən, təbii ki, yer tutmadım. Amma ilk "iyirmiliy"ə düşdüm. Bu yarış mənə bu idman növünü davam etdirməyim üçün təkan verdi.

2015-ci ildə İspaniyanın Barselona şəhərinə yaxın olan Santa Susanna qəsəbəsində keçirilən (qitə birinciliyi həmişə Kataloniyada yerləşən bu qəsəbədə keçirilir – S.M.) Avropa çempionatına getdim. Heyətimizdə səkkiz oğlan vardı, yeganə qız mən idim. Həmin yarışdan sonra məndən bodibildinq və fitnes üzrə məşhur olan "Iron World" jurnalı müsahibə götürmüşdü. Çünki onlara qəribə gəlirdi ki, müsəlman ölkəsindən bu yarışda iştirak edən qız var.

Bu müsahibəmi Azərbaycan mətbuatı da tərcümə edib verdi. Düzdür, mən orada səhvən bodibildinqlə məşğul olan qız kimi təqdim edildim. Amma bu yarışdan sonra Azərbaycanda qızların fitnesə marağı artdı. Ötən il ilk dəfə Fitnes Bikini üzrə Azərbaycan çempionatı keçirildi. Altı qız iştirak etdi. Mən orda II yeri tutdum. Yeganə ukraynalı-rus mən idim, qalanları azərbaycanlı qızlar idi.

– Necə oldu ki, Bakı Su İdmanı Sarayında işləməyə başladınız?

– 2015-ci ildə Avropa Oyunlarına görə bu idman obyekti açılmışdı. Həmin yarışlardan sonra – noyabrda sarayın baş direktoru Elçin Həsənov məni burada məşqçi kimi işə götürdü. İspan fitnes menecerin buradan getməsindən sonra dekabrdan bu vəzifədə çalışmağa başladım. Bu obyektdə su hovuzu istisna olmaqla, bütün idman qurğularına mən cavabdehlik daşıyıram.

– Noyabrın 3-də Fitnes Bikini üzrə III Azərbaycan çempionatı olacaq. İştirak edəcəksiniz?

– Təəssüf ki, iştirak edə bilməyəcəyəm. Çünki yenicə kor bağırsaq əməliyyatı keçirmişəm. Buna görə hələlik fitneslə məşğul ola bilmirəm. Sağaldıqdan sonra növbəti yarışda iştirak edəcəyəm. Amma bu yarışda Hakimlər Kollegiyasının üzvü kimi fəaliyyət göstərəcəyəm. Əvvəllər də kişilərin yarışında hakimlik etmişəm.

– Qızların bu yarışlarda iştirakı sonradan problemə çevrilmir?

– Bu yarışlarda iştirak edən qızlar olduqca müasir baxışlı olur. Onlar artıq buraya gələndə insanlar qarşısında bikini ilə bədənlərini nümayiş etdirəcəklərini bilirlər. Artıq bütün mentalitet dəyərlərini göz önünə alıb bu idmanla məşğul olmağa başlayırlar. Həmin qızların valideynləri və ya ərləri bu yarışda iştiraka icazə verirsə, heç bir problem olmur.

Şəxsən mən bodibildinq və fitnesə, sadəcə, idman kimi baxıram. 2013-cü ildə ilk dəfə bu yarışda iştirak edəndə buna çox pis baxırdılar. Yadımdadır ki, saytlarımızda müzakirələrə yol açılmışdı. İndi isə bu yarışa pis baxılmır.

– Bu idman növü ilə məşğul olmaq istəyən qızlarımız, yəqin ki, bunu bilmək istəyəcək. Bodibildinq və fitnesin fərqləri nədir?

– Fitnes sağlamlıq üçündür. Bodibildinq isə daha peşəkar idman növüdür. Bununla daha çox kişilər məşğul olur. Fitnes üzrə yarışlar üç kateqoriya üzrə keçirilir: Bodibildinq, Bodi Fitnes və Fitnes Bikini. Mənim məşğul olduğum Fitnes Bikini bodibildinqdə ən yüngül kateqoriya sayılır. Burada gözəl bədən quruluşun olmalıdır. Düzünü deyim ki, mənim üçün qadın bodibildinqi çox dəhşətli görünür. İndi bu, "Women's physique" adlanır. Həmin qızlar "transformer" kimi olurlar. Bodi Fitnes daha gözəl kateqoriyadır. Burada daha çox əzələlər yaxşı olmalıdır.

– Bizdə "Women's physique" və Bodi Fitnes kateqoriyaları ilə çıxış edən qızlar var?

– Bəlkə də, var. Amma mən onları görməmişəm.

– Belə demək olarmı ki, siz fitnesi gözəl görünmək üçün seçmisiniz?

– Yəqin ki, bəli. İnsanı gözəl göstərir. Kişilərdə "Men's physique" də gözəl kateqoriyadır. Bu, çimərlik bodibildinqidir. Onlar yarışlarda şortla çıxış edirlər.

– Şəxsi suallara keçid vermək istəyirəm. Evli deyilsiniz. Evlənəcəyiniz adamın da sizin kimi idmançı olması şərtdirmi?

– Yox. Məndə xüsusi belə bir stereotip yoxdur. Əzələli, qolları böyük oğlanlardan xoşum gəlir kimi dərdim yoxdur. İnanın mənə, daha çox güzgüdə özünə baxan oğlanlardan xoşum gəlmir. Mənə görə güzgüyə daha çox qızlar baxmalıdır. Bilirəm ki, əzələli oğlanların yanında daha çox qadınlar olur. Amma mənim belə bir istəyim yoxdur. Mənim üçün görünüşdən çox daxili gözəllik önəmlidir.

– Şəhərdə sizinlə tanış olmaq istəyən oğlanlar olur?

– Əvvəla, deyim ki, mənim maşınım olmadığından, ictimai nəqliyyatdan istifadə edirəm. Klassik geyimdə olsam, mənə o qədər də fikir verməzlər. Amma mən daha çox idman üslubunda gəzdiyimdən oğlanların, həmçinin qızların diqqətini cəlb edirəm. Hətta oğlanların "Ayaqlara bax, ayaqlara", "idmançıdır" dediyini eşidirəm. Amma onlar hansı idman növü ilə məşğul olduğumu bilmirlər. Bəlkə də, ayaqlarıma görə elə bilirlər ki, yüngül atletika ilə məşğul oluram. Amma cürət edib, yaxınlaşan olmur. Qorxurlar ki, döyərəm onları (gülür).

– Sosial şəbəkədə yarışlardan şəkillərinizi yerləşdirmisiniz. Buna görə artıq-əskik şərh yazanda necə reaksiya verirsiniz?

– Belə olanda reaksiya vermirəm. 3-4 il əvvəl sosial şəbəkədə olanda daha fərqli idim. İndi isə belə şərhlərə diqqət yetirmirəm. Bir də ki az hallarda mən kiminsə dostluğunu qəbul edirəm. "Facebook"dakı şəkillərim dostluğumda olmayanlar üçün bağlıdır. Amma dostluğumda olan 400-500 nəfər məni tanıyır, şəkillərimə öyrəşiblər deyə, belə şərhlər də olmur.

– "Facebook"da sizinlə tanış olmaq üçün şəxsi mesaj bölməsinə yazanlar necə, olurmu?

– Bəli, çox.

– Belə olanda nə edirsiniz?

– Dərhal bloka atıram. Bu insanlar mənim dostluğumda olmayanlardan olur. Bəzən qızlar da mənə yazır. Amma onlar necə belə bədən quruluşuna malik olmalarına dair fikrimi öyrənirlər, məsləhət alırlar.

– Sizə filmlərdə çəkilmək təklifi edən olub?

– Reklam çarxlarında çəkilmək təklif edilib. Ancaq reklamlarda çəkilmək istəmirəm. Çünki onlar bunu pulsuz etməyimi istəyirlər. Adətən, reklama çəkiləndə bunun müqabilində pul alırsan. Amma bizdə belə deyil. Bizim xalq hər şeyi pulsuz etməyi istəyir (gülür). Onlar elə başa düşür ki, reklama çəkilməklə, özümü də reklam etmiş olacağam. Ancaq bu, mənə lazım deyil, onsuz da məni tanıyırlar.

– "Miss Azerbaijan" gözəllik müsabiqəsində niyə iştirak etməmisiniz?

– Bunun üçün pul ödəmək lazımdır. Sponsorun olmalıdır. Çox anlaşılmaz durumdur. Mənə də bu yarışmada çıxış etmək təklif olunub. Amma iştirak üçün 10 min ödəmək lazımdır. Nəyimə lazımdır ki bu?! (gülür)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2948   Tarix: 09 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

I MDB Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

Rusiyanın Kazan şəhərində I MDB Oyunlarının açılış mərasimi keçirilib. xəbər verir ki, tədbir 9 iştirakçı ölkənin paradı ilə başlayıb. İlk olaraq, Azərbaycan nümayəndələri səhnəyə çıxıb. Milli musiqinin sədaları altında tədbir iştirakçılarını salamlayan heyətin bayraqdarı yunan-Roma güləşi üzrə yeniyetmələ

4 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021
.

Messinin fotoqraf forması geyinməsinə Dibalanın reaksiyası - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təxirə salınan Braziliya – Argentina oyunundan sonra maraqlı hadisələr yaşanıb. -a istinadən xəbər verir ki, 3-cü dəqiqədən etibarən Braziliya səhiyyə nümayəndələrinin və təhlükəsizlik işçilərinin meydana daxil olmasından sonra argentinal

6 sentyabr 2021
.

Daha bir idmançımız ermənini döşəyə çıxmağa peşman etdi - VİDEO

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunları davam edir. xəbər verir ki, samboçularımızdan Adil Adilzadə (88 kq) bürünc medal qazanıb. İdmançımız erməni rəqibini məğlub edərək bürünc medala sahib çıxıb

8 sentyabr 2021
.

"Qarabağ" qrupun favoriti ilə heç-heçə etdi - YENİLƏNİB

"Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununda qolsuz heç-heçə qeydə alındı - 0:0. 21:50. "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunund

16 sentyabr 2021
.

Şəhriyar Məmmədyarov Kasparova qalib gəldi - FOTO

Şahmat üzrə "Champions Showdown: Chess 9LX" turnirinə start verilib. -ın xəbərinə görə, 10 şahmatçının yarışdığı turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. Artıq ilk üç turun görüşü keçirilib. Şəhriyar Məmmədyarov I turda Hikaru Nakamuraya (ABŞ) qalib gəlib. O, II turda Maksim Vaşye-Laqrav

9 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

"Qalatasaray"ın qadın futbolu komandası yaradıldı

Türkiyənin "Qalatasaray" klubu prezidentinin köməkçisi Rezan Epözdəmir maraqlı açıqlama ilə çıxış edib. O, hələ bir ay öncə klub daxilində qadın futbol komandasının yaradıldığını bildirib. Onun sözlərinə görə, qadının yaşıl meydanlarda yer alması futbolu daha estetik və daha gözəl bir idma

6 sentyabr 2021
.

MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutdu

Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub. xəbər verir ki, medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. Qeyd edək ki, I MDB Oyunlarında 9 ölkə mübarizə aparı

11 sentyabr 2021