"Amerika qırğısı"nın Qafqaza gəlişinin SİRLƏRİ - Sərhədlərimizdə yeni müharibə başlayır?

"Amerika qırğısı"nın Qafqaza gəlişinin SİRLƏRİ - Sərhədlərimizdə yeni müharibə başlayır?ABŞ prezidentinin "Amerika qırğısı" kimi tanınan milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Rusiya və Cənubi Qafqaz ölkələrinə turneyə çıxır. Məlumata görə, Bolton əvvəlcə Rusiyaya səfər edəcək, Gürcüstan və Ermənistana gedəcək, oktyabrın 24-də isə Azərbaycana gələcək. Boltonun Rusiya və Qafqaz turnesinə çıxdığı haqqında Tvitter səhifəsində məlumat verərkən Çini tənqid etməsi, eləcə də ABŞ-ın İrana qarşı sanksiyalarını heçə saymaq istəyənlərə təhdid mesajı göndərməsi diqqət çəkdi. Bu təhdidlər "Amerika qırğısı"nın İran sərhədlərinə səfəri öncəsində xəbərdarlıq kimi səslənir. Nəzərə alsaq ki, Bolton Tramp Administrasiyasında İranla nüvə proqramının dayandırılmasının ən qızğın tərəfdarlarındandır, o zaman, onun Cənubi Qafqaza sərt ritorika ilə gələcəyi aydın olur.

Sonxeber.az Publika.az-a istinadla xəbər verir ki, "Rosbalt" agentliyi Boltonun səfərini "Amerika qırğısı müharibə ərazisinə uçur" başlığı ilə şərh edib.

Agentlik yazır ki, Boltonun Rusiyanı istədiyindən döndərməyə nail olması çətin görünsə də, onun Tbilisidə, İrəvanda və Bakıda tələblər səsləndirəcəyi gözlənilir: "Hazırda ABŞ sanksiyaları Cənubi Qafqaz ölkələrinin İranla loyal münasibətlərinə mane olmur. Lakin Vaşinqtonun bu vəziyyətə sona kimi dözməyəcəyi də məlumdur. Artıq ABŞ-ın Ermənistandakı səfiri İrəvana İranla biznes əlaqəsi qurarkən, səfirliklə məsləhətləşməni tövsiyə edərək ilk mesajı verdi. Amma görünür, ermənilər hələ ki bu tövsiyələrə qulaq asmaq istəmirlər. Ona görə də Boltonun "İrana qarşı ABŞ sanksiyalarına məhəl qoymayan ölkələr Amerika sanksiyalarının onlara toxunmayacağı haqqında illüziyalara qapılmamalıdır", deməsi təsadüfi deyil. Ermənistanla İranı ciddi ticarət-sahibkar münasibətləri bağlayır. Bu iki ölkənin münasibətlərini necə pozmaq mümkündür? Digər tərəfdən, İrəvan Dağlıq Qarabağ məsələsində həmişə Tehrana bel bağlayıb. Bununla yanaşı, Azərbaycanla İranın münasibətlərini pozmaq mümkün olacaqmı? Çünki iki ölkə arasındakı münasibətlər hətta geosiyasi kontekstdə də nəhayət sabit və işgüzar xarakter səviyyəsinə qalxıb. Üstəlik Azərbaycan, İran və Rusiya birlikdə beynəlxalq nəqliyyat dəhlizlərini həyata keçirir. Gürcüstan İranla daha az zəncirlə bağlıdır. Gürcüstan NATO qoşunlarının ölkəyə daxil olmasına icazə verib. Lakin ABŞ Qara dənizdə donanmasını gücləndirmək üçün Gürcüstanla əməkdaşlıq etmək istəsə, Tbilisi İranla gələcək müharibəyə hazırdırmı? İstisna deyil ki, Bolton istəyini qəbul etdirmək üçün Bakı və Tbilisi qarşısında Türkiyə ilə münasibətlər məsələsini qaldıracaq. Xüusilə bu iki ölkənin Ankara ilə energetikadan tutmuş ticarətin müxtəlif sferalarında əməkdaşlığı, eləcə də strateji və ittifaq münasibətləri var. Bu iki ölkəni dayandırmağın yeganə yolu Cənubi Qafqazın bütün sferalarını praktiki olaraq iflasa uğratmaqdır. Ermənistan Bakı və Tbilisinin Ankaradan uzaqlaşdırılmasından həzz ala bilər, lakin Bolton İrəvanı Rusiya ilə birlikdə Suriyadakı humanitar missiyada iştirakdan imtina etməyə məcbur edəcək. Bu isə son dövrlər Ermənistanın mövqeyindən narazı olan Moskvanın qəzəblənməsi ilə nəticələnəcək".

"Rosbalt" qeyd edir ki, Bolton Türkiyə və Suriyada Vaşinqtonun mövqelərinin zəifləməsi şəraitində Cənubi Qafqaz ölkələrini Rusiya ilə böyük geosiyasi oyuna daxil etməyə çalışacaq.

"Bu planda ABŞ üçün "perspektivli" ölkə Ermənistan ola bilər. Çünki regionda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqının yeganə üzvü Ermənistandır. Lakin ən mürəkkəb vəziyyət Azərbaycanla olacaq, çünki bu ölkə istənilən beynəlxalq meydançada öz milli maraqları kontekstindən çıxış edir. Bakının KTMT və Avrasiya İttifaqı ilə işləməyə başlayacağı haqqında məlumatlar yayılır, halbuki, Vaşinqton heç vaxt bunu istəməz. İndiyə qədər Azərbaycanı Rusiya və İrana qarşı müharibə meydançasına çevirmək planları baş tutmadı. Ola bilər ki, amerikalılar hələ də Qazaxıstanın yüklərin Əfqanıstana tranziti üçün Xəzərdəki limanlarını "humanitar" məqsədlə onlara verməsinə ümid edir, hansı ki, bu, Azərbaycanın da qapısını onlar üçün açacaq", - deyə məqalədə bildirilir.

Agentlik Boltonun özünü ən çox Gürcüstanda rahat hiss edəcəyini yazır: "İki ölkə arasında münasibətlər suallar yaratmır. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirdi ki, Boltonun səfəri iki ölkə arasında müdafiə, təhlükəsizlik, iqtisadiyyat kimi müxtəlif sferalarda strateji əməkdaşlığını gücləndirəcək. Onun fikrincə, Boltonun səfəri Gürcüstan və Cənubi Qafqazın təhlükəsizliyi məsələsinin ABŞ-ın gündəliyindəki əsas məsələ olduğunu təsdiq edir. Doğrudur, Boltonun özü də bu haqda yazıb. Lakin burada Rusiya amilini, eləcə də Gürcüstanın Azərbaycan və Türkiyənin mərhəməti olmadan yaşaya bilməməsi faktoru unudulmamalıdır. Bakı və Ankaranın Rusiyanın maraqlarına ziddi hərəkət etməyəcəyi məlumdur. Bu baxımdan, Boltonun səfəri fonunda regiondakı siyasi yumaq getdikcə daha da dolaşır. Lakin Boltonun Rusiyaya səfəri də kənar qoyulmamalıdır. O, ABŞ və Rusiya arasında dialoqun davamına ümid etdiyini bildirdi. ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi məsələsi qapadılmış kimi görünür. Ehtimal etmək olar ki, Bolton Tramp və Putinin yeni görüşünün hazırlığı və cari məsələlərin müzakirəsi üçün Moskvaya gedir. Hansı ki, Suriya, İran, Türkiyə olmadan Cənubi Qafqaza giriş, Ukraynada silah ticarəti üzərində Rusiya-ABŞ razılaşması və s. məsələlər prezidentlərin görüşünün nəticəsindən asılıdır. Lakin yenə də Suriya əsas müzakirə predmetidir".

"Rosbalt" yazır ki, ABŞ-ın özü üçün "müharibə ərazisi"ni daraltmağa, ya da müharibənin istiqamətini qismən dəyişdirməyə çalışdığı görünür.

"Boltonun sürətli şərq turnesi bu kontekstdə diqqət çəkir. Moskvadan sonra o, İran və Türkiyə ilə həmsərhəd olan, ABŞ üçün geosiyasi və hərbi əhəmiyyət daşıyan Cənubi Qafqaz ölkələrinə yola düşəcək. Hər şey "Amerika qırğısı"nın bu ölkələri inandıra biləcəyi, yoxsa, "yox" cavabı alacağından asılıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1955   Tarix: 18 oktyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021