Qadın iki uşağı 8ci mərtəbədən atdı

Qadın iki uşağı 8ci mərtəbədən atdıİrkutskun 32 yaşlı sakini 2 və 4 yaşlı uşaqlarını yaşayış binasının 8-ci mərtəbəsindən atıb. Daha sonra isə intihar edib.

Bu barədə TASS-a İrkustk vilayətinin Daxili İşlər Nazirliyinin idarəsindən bildiriblər.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, uşaqlardan biri ölüb, digəri isə ağır vəziyyətdədir.

"Uşaqlardan biri İvano-Matreninski uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsində ölüb. Həkimlər ikinci uşağın həyatını xilas etmək üçün əllərindən gələni edirlər. O, çox ağır vəziyyətdədir", - İrkutsk vilayətinin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Rusiyanın İstintaq Komitəsinin İstintaq idarəsinin ilkin versiyasına görə, qadının psixi vəziyyəti normal olub.

"İntihar edən qadın psixi-nevroloji dispanserdə qeydiyyatda olmayıb, heç bir xəstəlikdən əziyyət çəkməyib", İK İD nümayəndəsi TASS-ın müxbirinə bildirib.

İstintaqın məlumatına əsasən, o, bir neçə gün bundan öncə bronxitdən müalicə alan kiçik oğlu ilə bərabər xəstəxanadan çıxıb.

"İndi müstəntiqlər uşaqların atasını dindirirlər. Onun sözlərinə görə, ailədə mübahisə olmayıb. Kişi baş verənlərdən şoka düşüb və arvadının hərəkətinin səbəbini anlaya bilmir", - agentliyin həmsöhbəti bildirib.

"Komsomolskaya pravda" ailənin yaxınlarına istinadən dəfn mərasiminin Azərbaycanda baş tutacağı barədə məlumat yayıb. Ailə İrkutska 2011-ci ildə toylarından sonra gəliblər.

Müstəntiqlər baş verənlərin səbəblərini araşdırmağa davam edirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3670   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021