Yağlı dərilər üçün - 4 təbii maska
Dərinizdə yaranan yağlanmanı sabit saxlamaq üz gözəllliyi üçün vacibdir. Həddən artıq yağlanma üzünüzdə sızanaq, civzə və qara nöqtələr yaradır. Evdə təbii üsullarla hazırlanan maskalarla bu problemlərin qarşısını ala bilərsiniz. Maskaları həftədə 1 dəfədən artıq istifadə etməyin.
Qeyd: Yağlı dərilər üçün istifadə olunan təbii maskalar dərinizdə allergiya yarada bilər. Maskanı üzünüzə tətbiq etməzdən əvvəl əl biləyinizə biraz sürtərək yoxlaya bilərsiniz. Əgər qızartılar yaranırsa, üzünüzə çəkməyin.
1. Ərik maskası Ərik üz dərinizin yağlanmasını sabitləməyə kömək edir. Qatıq sayəsində üzünüz nəmlənir. Qatıq və ərik eyni vaxtda istifadə olunursa, sızanaq qızartıları üçün faydalıdır. · 1 ərik · 1 xörək qaşığı yağsız qatıq · 1 çay qaşığı yaşıl gil Əriyi blenderdən keçirin, sonra qatıq ilə gili üzərinə əlavə edin. Əgər bu qarışıq çox qatı alındısa, üzərinə çox az su əlavə edin. Göz ətrafına yaxınlaşdırmamaq şərti ilə üzünüzə çəkin və 15 dəqiqə sonra üzünüzü yuyun.
2. Banan maskası Banan maskası üzünüzü nəmləndirəcək və sızanaqlara qarşı qoruyacaq. Bu, yağlı dərilər üçün effektiv maskadır. · Yarım banan · 2-3 damcı nanə yağı · 1 çay qaşığı yaşıl gil · 1 xörək qaşığı yağsız qatıq Bananı həm blenderlə, həm də qaşıq vasitəsi ilə əzə bilərsiniz. Qeyd olunan bütün komponentləri qarışdırdıqdan sonra üzünüzə çəkin. 10-15 dəqiqə üzünüzdə saxladıqdan sonra üzünüzü yuyun.
3. Çiyələk maskası Çiyələyin tərkibindəki təbii turşular, yağlı dərilər üçün təsirli maska olacaq. Qatıq da yağlı dərilər üçün təsirli vasitədir. · 4-5 ədəd çiyələk · 1 xörək qaşığı qatıq Çiyələyi blenderdən keçirdikdən sonra qatığı üzərinə əlavə edin. Qarışığı üzünüzə çəkdikdən 10-15 dəqiqə sonra üzünüzü təmizləyin.
4. Sarıkök maskası Tərkibində sarıkök olan bu maska yağlı dərilər üçün tövsiyə edilən maskalardan biridir. Mövzunun əvvəlindəki qeydi unutmayın. Sarıkök dərinizdə allergiya yarada bilər. Ona görə də biləyinizdə test etməyi unutmayın. · 1 çay qaşığı sarıkök · 1 çay qaşığı bal · 1 çay qaşığı yağsız qatıq · 3 damcı limon suyu Bütün komponentləri yaxşı qarışdırdıqdan sonra üzünüzə çəkin və 10 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun. Limon allergiya yaradırsa, maskaya limon əlavə etməyə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1005 Tarix: 29 noyabr 2015
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yetkin yaşda olan insanlar hansı balıqdan imtina etməlidir
Mütəxəssislər həmçinin 60+ yaşlılar üçün ən dəyərli balıq növlərini də adlandırıblar. xəbər verir ki, 60 yaşdan sonra maddələr mübadiləsi artıq daha ləng işləyir, həzm sistemi ağır yeməklərə daha həssas reaksiya verir, yağın artıqlığı isə ürək və damarlar üçün əlavə yük yarada bilər. Ona görə də mütəxəssislə
7 dekabrYeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var
Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri
1 dekabrİtalyan uzunömürlülüyünün sirri: Qədim genlər...
Alimlər italyan uzunömürlülərinin uzunömürlülüyünün sirrinin təkcə həyat tərzi və Aralıq dənizi pəhrizi ilə deyil, həm də ovçu-yığıcıların qədim genetik irsi ilə əlaqəli ola biləcəyini aşkar etdilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub. Beynəlxal
17 dekabrHəkimlər niyə qadınlara günəbaxan tumu yeməyi məsləhət görür?
Günəbaxan tumları zülal, faydalı yağlar, lif və vitaminlərlə zəngindir və orqanizmə müsbət təsir göstərir. Onlar sadəcə rahat qəlyanaltı və ya salatlara əlavə deyil, əslində dəyəri çox zaman yetərincə qiymətləndirilməyən tam qidalı məhsuldur. Günəbaxan tumlarını həqiqətən dəyərli edən nədir?. xəbər veri
14 dekabrHər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir
Banan dünyada ən çox istehlak edilən meyvələrdən biridir. Ucuzdur, dadlıdır, qabığı ilə birlikdə rahat daşınır, tez enerji verir və kalium, B6 vitamini, lif, C vitamini kimi faydalı maddələrlə zəngindir. xəbər verir ki, bir çox idmançı, uşaqlar və sağlam qidalanan insanlar gündəlik rationuna bananı mütlə
3 dekabrArıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI
RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını
12 dekabrÇipsdən niyə imtina etmək lazımdır? - Kardioloqlar açıqladı
Kardioloqların fikrincə, gün ərzində sağlam qəlyanaltılar istifadə etmək artıq çəkinin və ürək xəstəliklərinin qarşısını almağa kömək edir. Lakin nəyin yeyilməsi xüsusilə önəmlidir. Qaynarinfo xəbər verir ki, "Parade" nəşri üçün danışan kardioloqlar xəstələrinə uzaq durmağı tövsiyə etdiklər
8 dekabrYaddaşı gücləndirən iki təbii qoxu - Mütəxəssislər tövsiyə edir
Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni fəaliyyəti artırır, enerjini yüksəldir və diqqəti kəskinləşdirir. Xüsusilə çox kofein qəbulunun qan təzyiqini yüksəltməsi, hamilələr üçün risk yaratması kimi yan təsirləri nəzərə alındıqda, qoxu terapiyası daha təhlükəsiz alternati
10 dekabrMiqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
Miqren dünya üzrə milyonlarla insanın həyat keyfiyyətinə təsir edən, kəskin və dözülməz baş ağrıları ilə müşayiət olunan nevroloji problem sayılır. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullar miqren tutmalarını zəiflətməyə və ağrı müddətini qısaltmağa kömək edə bilər. Həkimləri
7 dekabr