2016 - Qarşıdan gələn qırmızı meymun ili nə vəd edir?

2016 - Qarşıdan gələn qırmızı meymun ili nə vəd edir?Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016-cı illərdə doğulan insanların ilidir.

Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər.
Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.
Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan. Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun. Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng
Bəs bu ildə bürcləri nələr gözləyir? Hansı bürcü uğurlar, hansı bürcü isə uğursuzluqlar gözləyir? Bu haqda rusiyalı astroloq Vasilisa Volodina mətbuata açıqlama verib.
Meymunlar enerjili və dinamik heyvanlardı. Bu ildə kim aktivliyə can atsa, onun ili olacaq. Meymun keçidən daha dərin düşüncəli və hərəkətli olduğu üçün bir yerdə oturmaq lazım deyil. Mütləq aktiv hərəkət etmək lazımdır. Kim öz uğuru və karyerası üçün can atsa, qazanacaq.

Qoç - Harmoniya və sabitlik gözlənilir. Yalnız ifratlardan uzaq olmaq məsləhətdir. İş fəaliyyətində yaxşılığa doğru dəyişiklər olacaq. Şəxsi həyatda sakitlik, ilin sonuna yaxın böyük mənfəət gözlənilir. Sağlamlıq 2016-ci ildə yaxşı olacaq. Qısamüddətli enmələr böyük zərər gətirməyəcək.

Buğa - İşdə yüksəlişlər vəd edilir. Mükafatlanma gözələnilir. Sağlamlığa və qidalanmaya diqqət edilməlidir. Şəxsi həyatlarında da münasibətlərin düzələcəyi gözlənilir. Bu ildə ailə, qohum dəstəyi də sizinlə olacaq. Həmçinin düzgün qidalanmaq və vaxtında həkimə getmək lazımdır.

Əkizlər - Bütün tutduğu işlər uğurla nəticələnəcək. Keçən ilə nisbətən 2016-cı ildə ailəyə diqqəti artırmaq lazımdır. Pul problemi bu ildə qaydasında olacaq. Gəlirlərin və karyeranın yüksəkliyi gözlənilir. Əkizləri şəxsi həyatında diqqət yaranacaq. Hədiyyələr, görüşlər artacaq. Lakin tənha əkizlər tale yoldaşlarını tapmaqda çətinlik çəkəcəklər. 2016-cı ildə əkizlərin sağlamlığı özlərindən asılı olacaq.

Xərçəng - Bu il çox işləməli olacaqlar. İlin axırında çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Şəxsi həyatındakı insanla stabillik, sakitlik gözlənilir. Subay xərçənglər öz yarılarını bu ildə tapacaqlar. Kredit götürməkdən qorxmayın, çünki ilin sonuna kimi hamısını qaytaracaqsınız. İlin sonu çəkilmiş əziyyətə görə gərginlikdən çıxmaq üçün istirahət etmək lazımdır.

Şir - Əziyyət çəkməyəcəklər. Peşə üçün fəallığa maneə yaranmayacaq. İşi ona zövq verəcək və nəticəsi böyük olacaq. Çılğınlıqları bu il kənara qoymaq lazımdır. Çünki bilmədən səhvlərə yol verə bilərlər. Şəxsi həyatınızda əsaslı dəyişikliklər olacaq. Maliyyə məsələləri qaydasına düşəcək.

Qız - Bu il çox çalışmalı olacaqlar. Baxmayaraq ki, maneələri aradan qaldırmaq üçün il öz köməyini göstərəcək. İşdə yeni əlaqələr və tanışlıqlar yaranacaq. Romantika və şəxsi həyat dərinləşəcək. 2016-cı ilin ikinci yarısı daha çox şans vəd edir. Həssas insanlar əsəbdən uzaqlaşmaq üçün istirahətdən yayınmamalıdırlar.

Tərəzi - 2016-cı il tərəzilər üçün uğurlu il olacaq. Karyeralarında 1-2 pillə yüksəliş gözlənilir. Şəxsi həyatında Meymun ili yeni heç nə vəd etmir. Maddi vəziyyət yaxşılaşacaq, sevgi ikinci plana keçəcək. Subay tərəzilər taleləri üçün ilin sonunda axtarışa çıxsalar, yaxşıdır. Ailəlilərin isə bəxti gətirib, ilin sonuna kimi sakitlik olacaq. Özünü yaxşı hiss etdiyinə görə, il boyu gümrah olacaqlar. Yüngül soyuqdəymə əhvallarını pozmayacaq.

Əqrəb - Gələn il əqrəblərin həyatında cürbəcür dəyişikliklər olacaq. Əvvəldən nəzərdə tutulan planları israrla gerçəkləşdirməyə çalışmalıdırlar. Aktiv əqrəblər çox şeyə nail olacaqlar. Evlilər arasındakı soyuq münasibətlər istiləşəcək və sürprizlər yaranacaq. Sağlamlıqları qaydasında olacaq.

Oxatan - Karyerada yüksəliş gözlənilir. Oxatan zəhməti sayəsində öz iş prosesindən zövq alacaq. Ancaq həmkarları arasında soyuqluq yaranacaq. Bu mühitə öyrəşmək lazımdır. Ailə münasibətlərində münasibətlər rəvanlaşacaq. Oxatanların maliyyə ehtiyacı olmayacaq. Sağlamlığa diqqət etmək lazımdır. Ulduzlar oxatanlara dəniz səyahətləri tövsiyyə edir.

Oğlaq - Əmin-amanlıq və dinclik gələcək. İş fəaliyyətində biznes təklifləri olacaq. Məhəbbət iztirabları gözlənilmir. Subay oğlaqlar da öz yarılarını ilin axırına kimi tapacaqlar. İstirahətə də vaxt ayırmaq lazımdır. Yoxsa, gərgin iş rejimi oğlaqlara əsəb və narahatçılıq verəcək. Həmçinin ulduzlar onlara həzm sistiminə və qaraciyərə diqqət etməyi tövsiyyə edir.

Dolça - Enerjili və aktiv olacaqlar. İşdə yaxşılığa doğru dəyişikliklər gözlənilir. Məqsədə doğru getmək lazımdır. Çünki uğurla nəticələnəcək. Tərəfdaşla münasibət yüksələcək. Sağlamlıqda əsasən əsəb sistemini qorumaq lazımdır. Bu il ulduzlar zərərli yağlı qidalar və spirtli içkilərdən uzaq durmağı məsləhət görürlər.

Balıq - Balıqları sakitlik gözləyir. İşlərinə dəstək olunacaq. Ailə bağlantılarında möhkəmlik, sabitlik hökm sürəcək. Subay balıqların bu il yarılarını tapmaqda yüksək şansları olacaq. Meymun ilində qidalarına diqqət etməlidirlər. Artıq bu ildən düzgün həyat rejiminə və idmana yer verməlidirlər. Balıqlar bu il yaxşı istirahət edərlərsə, bol uğur qazanacaqlar. /qadinlar.biz/


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 13233   Tarix: 29 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qaranlıq qorxusuna necə qalib gəlməli?

Qaranlıq qorxusu uşaqlarda yaşla bağlı ən çox rast gəlinən hallardan biridir və bu, birbaşa təxəyyülün inkişafı ilə əlaqələndirilir. xəbər verir ki, rusiyalı uşaq psixoloqu və pedaqoqu Dariya Dugentsova "Russia Today" nəşrinə müsahibəsində bu qorxunun kökündə duran səbəblərdən danışıb. Mütəxəssi

1 aprel
.

Hər gün müntəzəm qəhvə içmək ömrü iki il uzadır - Tədqiqat

Müntəzəm olaraq qəhvə istehlakı ömrün təxminən iki ilədək uzanmasına səbəb ola bilər. Almaniyanın "Focus Online" nəşrinə istinadən xəbər verir ki, genişmiqyaslı elmi tədqiqatlar bu içkinin insan sağlamlığına müsbət təsirlərini təsdiqləyib. Tədqiqatlar göstərir ki, hər gün qəhvə içən şəxslərd

1 aprel
.

Hun dövrünə aid əşyalar TAPILDI

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən "qara qazıntı aparanlar"dan müsadirə edilən qədim bürünc qazanlar Kurqan Dövlət Universitetinə region üzrə təhvil verilib. yerli mediaya istinadla bildirir ki, söhbət üç nadir tapıntıdan gedir: bu tip əşyaların bütün Avrasiya üzr

30 mart
.

Yeddi it qəssabxanadan qaçdı: 17 kilometr uzaqlıqdakı evlərinə qayıtdılar

Çinin şimalındakı bəzi bölgələrdə, xüsusən də qış aylarında hələ də it əti yeyilir. 2026-cı ildə, artıq viral heyvan hekayələri ilə yadda qalan bir ildə, Çinin Tsilin əyalətində bir dəstə itin qəssabxanadan kütləvi şəkildə qaçması internetdə böyük səs-küy yaradıb. -ın xarici mediaya istinadən xəbərin

2 aprel
.

Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb olur - Həkimdən xəbərdarlıq

"Bəzi gündəlik vərdişlər beyində "dumanlanmaya" səbəb ola bilər". -ın xəbərinə görə, bu barədə psixoterapevt Xloya Bin "Real Simple" nəşrinə müsahibəsində danışıb. O, koqnitiv problemlərə gətirib çıxaran amilləri sadalayıb. Xloya Bin bildirib ki, beyin "dumanlanmasına"

29 mart
.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. Yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həm gənclik, həm də qocalıqda sağlam və güclü beyin üçün hərəkət

29 mart
.

Asqırmağı dayandırmaq göz və qulaq damarlarını partlada bilər

Uşaq anestezioloqu David Kallexo asqırmağı saxlamağın ilk baxışdan göründüyündən daha ciddi fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, asqırmaq orqanizmi yad cisimlərdən təmizləyən mühüm müdafiə reaksiyasıdır. Bu prose

31 mart
.

Övladını itirən valideynlər haqqında film - Maraqlı detallar

Britaniyalı televiziya tənqidçisi Kristofer Stivensin Stefan Qolaşevskinin "Körpələr" (Babies) adlı altı hissəli dramı haqqında yazdığı rəy kifayət qədər sarsıdıcı məqamlara toxunur. xarici mediaya istinadən film haqqında maraqlı məlumatı təqdim edir. Film övladını itirən valideynlərin daxil

1 aprel
.

Niyə körpələr bizə belə şirin görünür?

Heç düşünmüsünüzmü, niyə mağazada yad bir körpəni görəndə avtomatik gülümsəyirik, onunla fərqli səslə danışmaq istəyirik və içimizdə istilik hiss edirik? Bu, təsadüfi deyil bu, evolyusiyanın ən ağıllı mexanizmlərindən biridir. bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:. "Körpə şirinliyi"

29 mart