Noyabrın 30-a HAVA PROQNOZU

Noyabrın 30-a HAVA PROQNOZUBakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz ediləcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 12-15° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, bəzi yerlərdə 5° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı, dumanlı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 2°şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim qərb küləyi əsəcək. Temperaturun gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 13-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı ehtimalı var.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1353   Tarix: 30 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28 aprel
.

Usta xidməti Peşəkar təmir ustası

Usta xidməti ilə maraqlanırsınız? Ev və Ofislər üçün ustalar lazımdırsa saytı köməyinizə çatacaq. Çünki bütün ustaları bizim saytda tapa biləcəksiniz. Bakıda ən sərfəli usta xidməti bizdədir. Bizimlə pulunuza qənaət etmiş olarsınız. Həqiqətən ucuz usta qiymətləri təklif edirik. Sizin hansı usta xidmətin

4 may
.

Azərbaycanda ana qaraciyərini 8 aylıq körpəsinə verdi - VİDEO

Bir tərəfdə 28 yaşlı ana, digər tərəfdə isə onun həyatla ölüm arasında mübarizə aparan 8 aylıq körpəsi. Bir ailənin 2 üzvünün taleyinin həll olunduğu 10 saatlıq ağır əməliyyat. Xəzər TV-yə istinadən bildirir ki, Bakıda ana oğlunun həyatda qalması üçün qara ciyərinin bir hissəsini ona verib. Orqan transplantasiyas

27 aprel
.

İctimai yerlərdə açıq-saçıq geyinmək: "Bizə çox şey deyirlər, amma ciddiyə almırıq" - VİDEO

Sosial şəbəkələrdə gənc xanımın açıq-saçıq geyiminə görə mağazadan qovulduğunu əks etdirən görüntülər yayılıb. Video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Baku TV paytaxt sakinləri arasında sorğu keçirib. Gənc müsahib bildirib ki, geyimə görə bizə çox şey deyirlər, amma ciddiy

28 aprel
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27 aprel
.

İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı

Köpək sahibləri hələ də ev heyvanları üçün ən yaxşı qidanın çiy ət olduğunu düşünürlər. Ancaq hamı bununla razılaşmır və mütəxəssislər itləri belə qidalandırmağın doğru olmadığını bildirirlər. xəbər verir ki, çiy ət və ya balıq it üçün zərərlidir. Bu mövzuda araşdırma Bristol Universitetinin nümayəndələr

4 may
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

4 may
.

Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında "8 qapı" - VİDEO

Qədim tarixə malik Bakının Maştağa kəndi Azərbaycanın adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürlərini qoruyub saxlaması ilə seçilir. Məşhur kənd həm də ziyarətgahları ilə məşhurdur. Bəs bu ziyarətgahların tarixçəsi nəyə dayanır? Bu yeri maraqlı, daha doğru desək, sirli edən nədir?. Suallarımız

4 may
.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28 aprel