"Sağ olsun Mehriban xanım, dərhal reaksiya verdi" - Hacı Əbdül
"Dünən Yasamalda yerləşən İmam-Hüseyn məscidinin bərpadan sonra açılışı oldu. Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. O, İmam-Hüseyn məscidinə yenidən nəfəs verdi. İnsanlar bundan sonra məscidə gəlib rahat şəkildə ibadət edəcəklər".
Bunu Modern.az-a açıqlamasında İmam-Hüseyn məscidinin imamı Hacı Əbdül Əbdülov məscidin yenidən bərpası barədə danışarkən deyib.
Hacı Əbdülün sözlərinə görə, İmam-Hüseyn məscidinin ikinci dəfə ibadətgaha çevrilməsi Mehriban xanımın adı ilə bağlıdır.
"Məhz onun diqqəti sayəsində məscid yenidən bərpa olundu. Allah-Təala deyib ki, "kim mənim evimi abad etsə, mən də onun evini abad edərəm". Məscidi abad etmək hər adama qismət olmur. Bu nəcib işə görə Mehriban xanıma minnətdaram".
Hacı Əbdül əvvəllər məscidin yenidən bərpası ilə bağlı bir çox qurumlara müraciət etsə də müsbət cavab almadığını söyləyib:
"Bir söz də deyim. 30 il ərzində İmam-Hüseyn məscidinin yenidən təmir-bərpası üçün kimlərə müraciət etmədik ki! Elə bir aidiyyatı qurum qalmadı ki, problemimizi deməyək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və sairə. Heç kim bizə müsbət reaksiya vermədi. Sağ olsun Mehriban xanım, dərhal reaksiya verdi. İbadət əhli adından Mehriban xanıma təşəkkür edirəm"
Dünən Bakının Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş İmam Hüseyn məscidinin açılışı olub.
Açılışda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edib.
Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1268 Tarix: 24 oktyabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021