Sücülərinin nəzərinə: 3000-5000 manatlıq cərimələr qüvvəyə minir

Sücülərinin nəzərinə: 3000-5000 manatlıq cərimələr qüvvəyə minirİnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.

İnzibati Xətalar Məcəlləsində ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə məsuliyyəti sərtləşdirən yeniliklər bu gündən qüvvəyə minib. Dəyişikliklər həm avtobus sahiblərinin (şirkətlərin, onların vəzifəli şəxslərinin, fərdi sahibkarların), həm də avtobus sürücülərinin məsuliyyətini artırır.

Sonxeber.az Azadlıq qəzetinə istinadən əsas dəyişiklikləri təqdim edir:

1. Bundan sonra sərnişin avtobuslarının və yük daşımalarını yerinə yetirən yük avtomobillərinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə şirkətlər 2000 manatdan 2500 manatadək miqdarda, fərdi sahibkarlar və ya şirkətin məsul şəxsləri isə 500 manatdan 800 manatadək miqdarda cərimə ediləcək. Əvvəlllər yalnız tibbi müayinə təşkil etməməyə görə müvafiq olaraq 150-200 və 40-50 manat cərimə nəzərdə tutulurdu.

2. Avtobusu idarə etmək hüququ olmadan onu sərnişin daşımaqla idarə edən şəxs birbaşa olaraq 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 100 manat cərimə var idi).

3. Avtobusu idarə etmək hüququ olan şəxs tərəfindən onu sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs olunacaq (əvvəllər buna görə 300 manat cərimə və ya 6 aydan 1 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tətbiq olunurdu).

4. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər (avtobusun rəsmi sürücüləri) 200 manat miqdarında, vəzifəli şəxslər (fərdi sahibkarlar və və ya şirkətin məsul şəxsləri) 500 manat miqdarında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək (əvvəllər bunun cəriməsi müvafiq olaraq 60, 200 və 2000 manat idi).

5. Avtobusun sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə də cərimə məbləği bir neçə dəfə artır.

6. Avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və ya sərxoş vəziyyətdə olan, yaxud həm sərxoş olan, həm də onu idarə etmək hüququ olmayan şəxsə verilməsindən sonra baş vermiş qəza nəticəsində zərərçəkənə fiziki zərər və ya maddi ziyan dəydikdə avtobus sahibi olan şirkət və ya fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi üçün külli miqdarda cərimə müəyyən olunur. Məsələn, avtobusun sərnişin daşınması üçün onu idarə etmək hüququ olmayan və sərxoş olan şəxsə verilməsindən sonra belə qəza baş verərsə, avtobusun sahibi olan fərdi sahibkar 2500 manat miqdarında cərimə ediləcək, yaxud 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaq, hüquqi şəxslər isə 15000 manat miqdarında cərimə ediləcək.

Bundan başqa CM-ə yeni daxil edilən 265-1-ci maddə də qüvvəyə minib. Bu maddəyə əsasən, avtobusu idarə etmək hüququ olmayan şəxsin avtobusu idarə etməyə buraxılması, yaxud avtobus sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, yaxud onun ölümünə səbəb olarsa, buna yol vermiş fərdi sahibkar, yaxud şirkətin məsul şəxsi cinayət məsuliyyətinə cəlb olunacaq. Məsuliyyətin dərəcəsi isə nəticədən asılı olaraq 3000-6000 manatadək miqdarda cərimədən başlamış 8 ilədək müddətə azadlıqdan məhrum etməyə qədərdir.

Qüvvəyə minən başqa bir yenilik avtoxuliqanlara aiddir. Belə ki, bundan sonra avtoxuliqanlıq hərəkətlərini aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədənlər sürücülük hüququnu 2 il müddətinə itirməklə 2000-4000 manat miqdarda cərimə ediləcək və ya 1 aydan 2 ayadək müddətə inzibati həbs olunacaqlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2936   Tarix: 02 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Wizz Air" Bakı-Bratislava-Bakı aviareyslərini gələn ildən icra edəcək

Macarıstanın "Wizz Air" aviaşirkətinin Bakı-Bratislava-Bakı reyslərini gələn ildən icra etməsi planlaşdırılır. bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir. Məlumata görə, Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməs

16 dekabr
.

Azərbaycanda elektron siqaret - Qadağan edilir

Azərbaycanda elektron siqaretlər qadağan olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" Qanun

16 dekabr
.

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündə

16 dekabr
.

Bəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq

Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal

15 dekabr
.

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb. Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsini

15 dekabr
.

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 10 məsələ var

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar icla

16 dekabr
.

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barədə Qaynarinfo-y

16 dekabr
.

Bu dəfə tikinti şirkətlərindən şikayət etdi

"Bazarda meyvə-tərəvəz satanlar endirim etmirlər, məhsul xarab olur, zibilə atırlar. Niyə? Öz çıxarışlı (kupçalı) evini satmaq istəyəndə sata bilmirsən, amma yeni tikililərdə müqavilə ilə satılan, hər gün qiyməti artan 100 kv/m-lik evi 130 kv adı ilə gedib alırsınız. 1-2 ildən sonra da çıxarış aland

16 dekabr
.

Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi - Foto

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib. Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşi

16 dekabr