Moskvada təhsil alan yüksək çinli məmurlar kimlərdir? - Onları siz də tanıyın!

Moskvada təhsil alan yüksək çinli məmurlar kimlərdir? - Onları siz də tanıyın!Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yüzlərlə gəncimiz SSRİ-nin aparıcı universitetlərində təhsil almaq üçün xaricə göndərildi. Hazırda dövlət rəhbərliyində təmsil olunan məmurlar, ictimai xadimlər, elm və mədəniyyət nümayəndələri arasında həmin kadrların sayı kifayət qədərdir.

Sonxeber.az azxeber.com-a istinadla SSRİ dövründə Moskvada təhsil almış məmurları təqdim edir.

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1977-1982-ci illərdə burada təhsil alan İlham Əliyev 1985-ci il bu insitutun aspiranturasını bitirib. Elə həmin ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profliaktika fakültəsinə daxil olsa da, sonradan təhsilini M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib. 1988-ci ildə qırmızı diplomla bu insitutu bitirən Mehriban Əliyeva 1988-1992-ci illərdə Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alsa da, sonradan yolunu Moskvadan salıb. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetində dissertasiya müdafiə edib. Akademik Ramiz Mehdiyev ömrünün dörd ilini Moskvada keçirib.

Birinci vitse-prezident Katibliyinin rəisi Altay Həsənov Bakı Dövlət Universitetinin Filalogiya fakültəsində ali təhsil alsa da,daha sonra təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1983-cü ildə həmin universitetin Filologiya fakültəsini bitirib. 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. Bu müddətdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib.

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov M. V. Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. Bu universitetin Tarix fakültəsində ali təhsil alan gələcək məmur bir müddət elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Naxçıvan Dövlət Universitetində çalışan Əli Həsənov burada tədris şöbəsində inspektor, baş laborant, müəllim kimi çalışıb. Tarix elmləri doktoru, professordur.

Baş nazirin müavini Əli Əhmədov Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirib. 1970-1975-ci illərdə Moskvada yaşayan Əli Əhmədov sonradan Bakıya dönüb və 1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olub. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləyib.

Ədliyyə naziri Fikrət Məmmədov 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Daha sonra Bakı Ali Partiya Məktəbində ikinci ali təhsil alan gələcək nazir Ümumilli Lider Heydər Əliyen dəstəyilə Moskvaya oxumağa göndərilən gənclərin siyahısında olub. Universiteti bitirdikdən sonra öz ixtisası üzrə işləməyə başlayıb və rayon prokurorunun köməkçisi vəzifəsindən nazir vəzifəsinə qədər yüksəlməyi bacarıb.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alsa da, sonradan Moskvaya gedib. 1977-ci ildə Moskva həkimləri Təkmilləşdirmə İnstitunun cərrahlıq üzrə kliniki ordinaturasına, 1978-ci ildə 1 Moskva Tibb İnstitutunun aspiranturasına daxil olub. 1981-ci ildə Moskvada dissertasiya müdafiə edib. Tibb elmləri doktoru, professordur.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Ardınca Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunu olub. Əsas ixtisası fəlsəfə olsa da, daha çox iqtisadi sahələrdə çalışıb. Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində əmək fəaliyyətinə başlayıb.

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. Sonradan Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistrı olan Şahmar Mövsümov əmək fəaliyyətinə bank sahəsindən başlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2371   Tarix: 07 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021