Zenfira İbrahimova həbs oluna bilər – Faktlar

Zenfira İbrahimova həbs oluna bilər - FaktlarMüğənni Zenfira İbrahimovanın hücum çəkdiyi, ölümlə hədələdiyi jurnalist onu məhkməyə verir.

Sonxeber.az "Dərgi.az"a istinadən xəbər verir ki, bir nüçə gün öncə klip təqdimatında Z.İbrahimova onu yazısında tənqid edən jurnalist Pərviz Hüseynlə qarşılaşıb.

Bu zaman ifaçı onu söhbət etmək üçün bayıra çağırıb. Zenfira Pərvizə, "Sən mənim haqqımda "facebook" statusunda "Yıldız Tilbe hara, sən hara?" yazmısan. Məni təhqir etmisən. Səni vura bilərəm. Vuraram uçarsan. Xəbəri də düz yazmamısan, onu sil!" deyib.

Jurnalist də ona cavabında, "Mən gördüklərimi yazmışam. Heç nə silən deyiləm. Yıldız Tilbenin konsertində 2 mahnı oxudunuz, camaat da narazı idi ki, biletə pul verib Yıldıza qulaq asmağa gəliblər. Mən də gördüyüm və eşitdiklərimi yazmışam. "Facebook"da da öz şəxsi fikrimi bildirmişəm. Haqsız deyiləm ki, Yıldız Tilbe hara, siz hara?"

Ətrafda olan jurnalistlərin sayəsində münaqişə fiziki gücə keçmədən bitib. Əldə etdiyimiz məlumata görə, bu mübahisə bir müddətdir ki, davam edir. Hətta Zenfiranın həyat yoldaşı jurnalisti hədələyib, təhqir dolu mesajlar göndərib.

Dərgi.az xəbər verir ki, müğənni sonuncu hadisədən sonra jurnalist haqqında daha bir paylaşım edib.

"Beləsini döymək yoxe, dərisini boğazından çıxarmaq lazımdır. Sənin işin kişi işi deyil, ay uşaq. Mənim haqqımda nəsə demək sənin başın üçün deyil. Bəşəriyyətdə heç kim olmasa belə sənin haqqın sıfırdır. Məni səhv salma".

Zenfira İbrahimovanın Pərviz Hüseyni döyməklə, ölümlə hədələməsinin sonu məhkəmədə bitəcək. Belə ki, jurnalist Z.İbrahimovanı məhkəməyə verəcəyini açıqlayıb:

"Nəzərinizə çatdırım ki, Zenfira İbrahimova və həyat yoldaşı Anar Heydərova iki dəfə məhəl verməməyə çalışdım, ancaq sənətçi xanımın sonuncu paylaşımı bu məsələnin qanunla tənzimlənməsinə rəvac verdi. Əlimdə sübutlarım da var. Ona görə də, hər iki şəxs haqda şikayət ərizəsi yazmışam. Buradan Bakı Şəhər Baş Prokurorluğu başda olmaqla, bütün hüquq mühafizə orqanlarına müraciət edərək bildirirəm ki, istintaq prosesi ərzində və ondan sonrakı dövrlərdə başıma gələcək hər bir hadisə üçün Anar Heydərov, Zenfira İbrahimova və "Facebook"da məni güdüb, ilk dəfə nömrəmi öz adı ilə alıb, Anar Heydərova ötürən, hədələnməyimə səbəb olan Aynur Əliyeva məsuliyyət daşıyır".

Qeyd edək ki, Zenfira İbrahimovanın "Dərisini boğazından çıxarmaq lazımdır", "Səni vura bilərəm. Vuraram uçarsan" sözləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşımasına səbəb ola bilər.

Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə

Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda
İki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 3153   Tarix: 16 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

Səməd Səmədova başdaşı qoymağa ailəsinin imkanı çatmır?

"Səməd Səmədov 40 ildi toylara gedirdi, onun imkanına nə gəlib. Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Manaf Ağayev mərhum Xalq artisti Səməd Səmədovun məzar daşının olmaması ilə bağlı videogörüntüdən danışarkən deyib. Sənətçi hesab edir ki, həmkarının məzar daşının qoyulmamasının madiyyatla he

7 sentyabr 2021
.

Britni Spirs bu şəxslə nişanlandı - FOTO

Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan

13 sentyabr 2021
.

Flora Kərimova: "Ona heç vaxt rəhmət oxumadım" - VİDEO

BAKU.TV-də yayımlanan "O Kimdir?" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimovadır. Bağışlamağı bacarmadığını deyən Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva ilə olan mübahisələrdən bəhs edib, ona ilk dəfə rəhmət diləyib. Xalq artisti söhbət zamanı həyatının ən ağır məqamlarından

14 sentyabr 2021
.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

Röya Ayxanın oğlu əməliyyat olundu

Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları

13 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO

Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd

10 sentyabr 2021
.

Afaq Gəncəli ATV-dən getdi

Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini

6 sentyabr 2021