Toy geyimləri necə olsun? –"Mənim kimi görünüb toylara gedə bilərsiniz"

Toy geyimləri necə olsun? –"Mənim kimi görünüb toylara gedə bilərsiniz"Sosial şəbəkələr bəzən toy fotoları ilə aşıb-daşır. Son zamanlar xüsusilə dəbdəbəsi ilə seçilən toy mərasimlərimizdə bəy-gəlinlə bərabər, qonaqların ziyafət geyimləri də diqqət çəkir. Ən çox xanımlarımız bər-bəzəkli, bahalı, hətta açıq-saçıq geyimləri seçir, toylara bu cür qatılırlar.

Bəzən sosial şəbəkələrdə insanların toylarda ifrat dərəcədə təmtərağa qaçması, geyimlərini bahalı, görünüşlü seçməsi tənqid edilir.

Bir günlük toy üçün çoxlu xərc çəkilməsinin, hazırlıq görülməsinin əleyhinə olan insanlar az deyil. Amma əksəriyyət də bunu sevir, toya bəzənib-düzənib getməyi, dəbdəbəli paltar geyinməyi, hətta bəylərin də bahalı kostyumlara, libaslara müraciət etməsini təqdir edir. Bu qrup insanlara görə, toy belə - məkanından, elementlərindən tutmuş, bəy və gəlinin, qonaqların geyimlərinə qədər dəbdəbəli, gözəgəlimli olmalıdır.

Toylarımızda qonaqların bahalı geyimləri haqqında Modern.az-a danışan tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova da bu mərasimlərdə geyimlərin dəbdəbəli olmasını normal sayır.

Onun fikrincə, xüsusilə xanımların bacardığı qədər bəzənib, bəzən zövqlü, bəzən zövqsüz paltarlar geyinərək, toylara qatılmasında mənfi heç nə yoxdur:

"Onsuz da son zamanlar insanlar gündəlik həyat tərzində çox sadə geyimlər seçir, əksəriyyət bər-bəzəkli paltarlara üstünlük vermir. Ona görə, toylarımızda fərqli, dəbdəbəli geyimlərin seçilməsində mənfi bir nüans yoxdur. Xanımlar öz büdcəsinə, zövqünə uyğun libaslar seçib, toylara gedirlər. Niyə də yox?

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mənim kimi gözəl, zövqlü, təkrarolunmaz, fərqli və maraqlı görünərək toylara gedə bilirsinizsə, bu ancaq göz-könül oxşaya bilər.

Zövqlü sözünü dönə-dönə vurğulayıram. Çünki bu çox önəmli nüansdır. Mən zövqlü seçimə xüsusi diqqət yetirirəm, xanımların toy məclislərinə gündəlik geyimdə qatılmasına heç də xoş baxmıram.

Dəb aləminin nümayəndəsi, bunu diqtə edən şəxs kimi özümü nümunə çəkib, toy məclislərində hər zaman şık olmağa çalışdığımı deyirəm. Bununla gözəl, zövqlü geyim mədəniyyətini təbliğ edirik. Bu normal və vacibdir. Ona görə, xanımlara məsləhət görürəm ki, hər zaman ziyafətlərdə, toylarda gözəl görünsünlər".

Gülnarə Xəlilova deyib ki, sadə geyimlərə müraciət edərək, zövqlü görünə bilən xanımlarımız da var.

"Ola bilər, xanım çox qəşəng, sadə, heç bir bəzək-düzəyi olmayan geyim seçsin, yenə də zövqlü görünsün.

Ziyafət geyimləri dedikdə yalnız dəbdəbəli, aşırı bəzəkli geyimlər nəzərdə tutulmur. Ziyafət geyimləri dedikdə uzun, gözəl bədən quruluşunu əks etdirən geyimlər də bura daxildir.

Bəzilərimiz toylarda həm zövqlü, həm də gözəl geyim nümayiş etdiririk. Amma əksərən xanımlar geyimlərdə istifadə etdiyi aksesuarları həddindən artıq abartılı, paltara uyğun olmayan tərzdə istifadə edirlər. Ümumilikdə, toya gedərkən saç və makiyaja, aksesuarlara, zövqlü seçimə diqqət edilməlidir".

Hər kəsə məlumdur ki, keçmişdə toy adətlərimiz, qonaqların və bəy-gəlinin toy geyimləri tamamilə fərqli olub. Tarix elmləri doktoru, professor Fəzail Vəliyev isə indiki toy məclislərimizin keçmişdəki kimi sadə və gözəl keçirilməsinin tərəfdarıdır.

O bildirib ki, insanlar toy geyimlərini seçərkən Avropa ilə özünü müqayisə edir, dəbdəbəli libaslara üstünlük verirlər:

"İstər gəlin və bəyin, istərsə də, qonaqların libasları həddindən artıq dəbdəbəli, açıq-saçıq olur. Amma keçmişdə bizim gəlinlərimiz toyda heç vaxt ağ paltar geyinməyiblər. Toy libaslarında yaşıl, qırmızı rənglər istifadə olunurdu. Gəlinlərin toy donu bu rənglərdə olardı. Düzdür, toy geyiminin bəyaz rəngdə olması da mənfi hal deyil. Əksinə bəyaz xoşbəxtlik, gözəllik, paklıq rəmzidir. Amma qədimdə adətlərimiz kimi, geyimlərimiz də maraqlı, sadə olub. Yaxşı olardı ki, gəlinlərimiz öz toylarında qədimi rəng çalarlarına, yaşıl və qırmızının harmoniyasına üstünlük versinlər.

Bəylərimiz isə keçmişdə çərkəzi çuxa, arxalıq geyinərdilər. Uzunboğaz çəkmə, papaq onların ən çox istifadə etdiyi aksessuarlar di. Bellərinə kəmər bağlayar, kəmərdən xəncər asardılar. Hər şey yerli-yataqlı olardı. İndi isə bütün bunlar dəbdən düşüb, kostyum geyinib, qalstuk bağlayırlar. Fikrimcə, qədim ənənəni qaytarmaq lazımdır. Seyrək də olsa, insanlarımız qədimi geyimlərimizə maraq göstərməlidirlər.

Toy mərasimlərində qonaqların geyimləri də çox sadə olardı keçmişdə. İndi toya gələn qonaqlar arasında geyimlərdə rəqabət, göstəriş önə çıxır. Hər kəs öz varını, dövlətini nümayiş etdirməyə çalışır. Geyimlərlə insanların xarakterini belə müəyyən etmək olar. Halbuki, bu günkü geyimlərimizdə əsas önə çıxan dəbdəbə, zənginlik, göstərişdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3058   Tarix: 25 noyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021