Stalinin Çörçillə bağışladığı "QIRIQ LƏYƏN" - Dünya Müharibəsinin gedişini dəyişdirən ŞOK FAKTLAR - FOTO
SSRİ lideri İosif Stalin 1943-cü ildə keçirilən Tehran Konfransında Böyük Britaniyanın baş naziri Uinston Çörçillə doğum günü hədiyyəsi olaraq papaq, hekayə qəhrəmanlarının farfor fiqurları və Aleksandr Puşkinin "Balıqçı və balıq haqqında nağıl" kitabını verib.
Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FSO) sədrinin məsləhətçisi Sergey Devyatov Tehran Konfransının 75-ci ildönümü münasibətilə rus mediasına müsahibəsində açıqlayıb.
"Çörçillin Puşkinin sənətinə aşina olduğunu sanmıram, amma rusiyalı mütəxəssislər ona qırıq ləyənlə ("Balıqçı və balıq haqqında nağıl"da bəhs edilən qırıq ləyən nəzərdə tutulur - red.) nəyin işarə verilmək istədiyini, yəqin ki, izah ediblər" -, Devyatov deyib.
Qeyd edək ki, Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilib.
Bu konfrans İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə xüsusi yer tutur. Avropada ikinci cəbhənin açılması haqqında məsələ konfransın işində mühüm yer tutub.Tehran konfransına qədər Çörçill müxtəlif bəhanələrlə ikinci cəbhənin çağırılmasını gecikdirib. Ancaq Qırmızı Ordunun 1943-cü ilin yayında Kurskda əldə etdiyi zəfərdən sonra SSRİ-nin təkbaşına Almaniyaya qalib gələcək potensialının olduğu üzə çıxıb. Bu səbəbdən, beynəlxalq arenadakı mövqeyini itirməmək üçün ikinci cəbhənin açılması Böyük Britaniya üçün vacib oldu. Çörçill müharibənin son günlərinə qədər Qırmızı Ordunun zəfər çalmaması üçün əlindən gələni edib, ancaq uğursuz olub. Savaşdan sonra SSRİ geosiyasi təsirini artırıb. Eyni zamanda, 300 il boyunca "dənizlərin hakimi" hesab edilən Böyük Britaniya imperatorluğun çöküşündən sonra bu statusunu itirib. (publika.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2266 Tarix: 02 dekabr 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəqayi: İran və Livan arasında diplomatik münasibətlər davam edir
İran və Livan arasında uzun və möhkəm tarixə malik diplomatik münasibətlər davam edir. "Report" "Tasnim News"a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib. "Livanın yeni səfiri bu yaxınlarda Tehrana gəlib. İran
14 dekabrMerts: "Almaniya nəyə qadir olduğunu göstərməlidir"
Almaniya kansleri Fridrix Merts ideologiya dövrünün bitdiyini bəyan edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Yəqin ki, biz yalnız uzun illərdən sonra dünyada yaşadıqlarımızın miqyasını anlayacağıq. Bu, dünyanın siyasi və iqtisadi güc mərkəzlərində əsl tektonik dəyişiklikdir. İdeologiy
14 dekabrAlmaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər
Almaniya Kansleri Fridrix Merts yaxın illərdə ölkədə həqiqi hərbi xidmətin geri qaytarılmasını istisna etməyib və məcburi alternativ mülki xidmətin bərpasını müdafiə edib. "Report"un xəbərinə görə, bu barədə o, Almaniyanın hakim blokuna daxil olan Xristian Sosial Birliyinin qurultayında çıxış
14 dekabrXirosima qurbanının kimliyi 80 il sonra müəyyənləşdi
Yaponiyalı alimlər Xirosimaya atılan atom bombası nəticəsində həyatını itirmiş bir uşağın kimliyini ilk dəfə DNT analizi vasitəsilə dəqiqləşdiriblər. Qaynarinfo xəbər verir ki, söhbət 1945-ci il hücumundan sonra itkin düşmüş kimi qeydə alınan 13 yaşlı Hatsue Kajiyamadan gedir. Xirosima Bələdiyyəsini
16 dekabrRubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur. "Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsind
14 dekabrRusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib
Rusiyada "Honkonq qripi"ndən ölüm hallarının baş verməsi təsdiqlənib. xəbər verir ki, bu barədə yerli mətbuata Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko məlumat verib. "Ölüm hallarının olmadığını demək mümkün deyil, təəssüf ki, bu, baş verir. Adətən, belə hallar xroniki ağciyər
14 dekabr