Bakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr

Bakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrAzərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərində start götürmüş "Bakutel-2018" 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransının ziyarətçilərini ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış edir.

Sərginin ilk günündə media nümayəndələri üçün keçirilmiş brifinqdə "Bakcell"in baş icraçı direktoru Nikolai Beckers şirkətin "Bakutel-2018" sərgisində nümayiş olunan texnologiyalar və rəqəmsal layihələr barədə danışıb: "Bu il stendimizin qonaqları Azərbaycanda ilk dəfə olaraq "5G-yə hazırlıq" adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini sınaqdan keçirə biləcək, şirkətin ən uğurlu layihələri və təşəbbüsləri barədə məlumat alacaqlar. 2019-cu il ərzində ölkənin ən sürətli 4G şəbəkəsinin regionlara doğru genişləndirilməsi və onun inkişafı istiqamətində aparılan işlər davam etdiriləcək. Gələn ilin sonuna qədər Bakcell Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır".

"Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi"ni sınaqdan keçir və hədiyyə qazan!
"Bakutel-2018" sərgisində quraşdırılmış Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsətinə malikdirlər. Öz gücünə güvənən iştirakçılar isə stenddə quraşdırılmış xüsusi qurğuda top ataraq yarışacaq və "Bakcell"dən pulsuz İnternet qazanacaq və 4G internetinin üstünlüklərindən yararlanacaqlar.

"Mənim Bakcellim" aplikasiyasının yeni istifadəçiləri üçün lotereya
Sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş "Mənim Bakcellim" mobil tətbiqetməsi ilə tanış ola, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb sualları verə, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat ala biləcəklər. "Google Play Store" və ya "AppStore" mobil dükanlarından "Mənim Bakcellim" aplikasiyasını yükləyən qonaqlar isə xüsusi lotereyada iştirak edib hədiyyə qazanacaqlar.
"AppLab" guşəsində ən maraqlı startap layihələri
"AppLab" guşəsində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərə kömək edən AppLab inkubasiya mərkəzinin 2 yeni layihəsi - "Run2Help" və "bilik.az" təqdim ediləcək.

"Wi-Fi Evinizdə" – 4G olan hər yerdə internet

"Wi-Fi Evinizdə" guşəsində sərgi ziyarətçiləri rahat ev şəraitində "Bakcell"in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlüklərini görəcək, ölkənin ən sürətli 4G internetindən istifadə edəcək və "Virtuall Realliq" proqramında futbol oynayacaqlar.

"Ulduzum"la oyna və hədiyyə qazan!

Bakcell şirkətinin "Bakutel 2018" stendinin ziyarətçiləri sərgidən əyləncəsiz və hədiyyəsiz ayrılmayacaqlar. Onlar "Ulduzum" loyallıq proqramına aid labirint oyununda iştirak edərək "Ulduzum" tərəfdaşlarından maraqlı hədiyyələr qazanacaqlar.
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti "Bakutel 2018" sərgisinin bütün ziyarətçilərini öz stendinə dəvət edir.

Kiçik və orta biznesə dəstək

Nikolai Beckers bildirib ki, Bakcell şirkəti bu il Bakutel sərgisi çərçivəsində innovasiya və texnologilayarı nümayiş etdirməklə bərabər, kiçik və orta sahibkarlığa da dəstək göstərir. Belə ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə təşkil olunan digər stenddə də təmsil olunan Bakcell şirkəti ölkədə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə start verilmiş "KOB Dəstək" proqramı çərçivəsində startapların və bizneslərin "Bakutel 2018" sərgisində təmsil olunmasına dəstək göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Bakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələrBakcell "Bakutel-2018" sərgisində: innovasiyalar, əyləncə və hədiyyələr


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 813   Tarix: 05 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

12 min manat aliment borcunu ödəmədi - Həbs edildi

Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə

1 may
.

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

2024-cü ilin may ayında bir sıra maqnit qasırğaları gözlənilir. -a istinadən xəbər verir ki, ayın əvvəlində orta, sonunda isə daha güclü tufanlar gözlənilir. Geomaqnit qasırğaları rifahınıza, əhvalınıza və ümumi sağlamlığınıza təsir edə bilər. Buna görə də, hava şəraitindən asılı insanlar üçün hans

1 may
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

1 may
.

Ermənistanda hərbi qiyam BAŞLAYIR : Hansı nəticələr GÖZLƏYİR? - ŞƏRH

İrəvanda və Tavuşda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə və Qazaxın kəndlərinin geri qaytarılmasına etiraz edənlər meydanları boş qoymurlar. Orduda sözügedən istefa halları ilə yanaşı, hərbçilərin etiraz aksiyalarına qoşulma halları var. Ermənistan baş naziri Nikol Paşinyan vəziyyəti ələ almağ

1 may
.

Xırdalandan başqa, hansı ərazilərdə mənzillər UCUZLAŞACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Bu gün isə ən çox maraqlandıran suallardanbir

1 may
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

30 aprel
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

1 may
.

Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO

Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir. -ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib. Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətini

30 aprel
.

Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir

1 may