Nərimanovda COP29 öncəsi ağaclar məhv edildi - Fotolar
Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Lakin Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar və Nərimanov bələdiyyəsi sözügedən məsələdən xəbərsizdirlər. Artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq "ekoloji genosid"ə çevrilib.
Tribunainfo.az xəbər verir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb. Tikinti şirkətindən birdirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb. Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin, tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib. Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər "COP 29" ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır.







Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1231 Tarix: 01 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrHamiləliyə və doğuma görə verilən müavinət artırılır
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrXırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - Video - Yenilənib
Xırdalanda 12 yaşlı qız itkin düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Uşağın atası bildirib ki, qızı Mələk İmanova noyabrın 2-də saat 19:35 radələrində evdən çıxıb və geri qayıtmayıb. O, polisə müraciət etdiyini də qeyd edib:. "Həyətdə kameralar var
4 noyabr