Evlənmədən öncə sevgilinizə bu 15 sualı verin!

Evlənmədən öncə sevgilinizə bu 15 sualı verin!Evlənəcəyiniz adam bu 15 suala cavab vermədən ona ərə getməyin

Sonxeber.az məlumat verir ki, bu ciddi addımı atmadan bir-birinizə bu sualları verin.

Evli yaxınlarımızdan tez-tez eşitdiyimiz sözlərdən biri də onların öz seçimlərindən razı olmalarıdır. "Nyu-York Tayms" bu mövzu ilə bağlı sorğu aparıb: Cütlüklər evlilikdən əvvəl bir-birini yaxşı tanımaq üçün hansı suallara cavab verməlidirlər?

Sorğunun nəticələrindən 15 sual alınıb:

1. Evlilik zamanı uşaq planlaşdırırıqmi və əgər planlaşdırırıqsa bizdən hansımız ailəni dolandıracaq, hansımız evin və uşaqların qayğısına qalacaq?

2. Maliyyə öhdəlikləri haqqında təsəvvürlərimiz varmı, bu sahədə baxışlarımız uyğun gəlirmi, pulu nəyə xərcləyəcəyik, onu necə yığacağıq?

3. Ev işləri ilə kimin məşğul olacağını, qalan bütün işlərə kimin rəhbərlik edəcəyini müzakirə etmişikmi?

4. Bir-birimizə sağlamlığımız, fiziki və psixoloji vəziyyətimiz haqda hər şeyi danışmışıqmı?

5. Mənim partnyorum mənimlə kifayət qədər mehribandırmı?

6. Biz açıq və sakit şəkildə seksual ehtiyacımızı, önəm verdiklərimizi və qorxularımızı müzakirə edə bilirikmi?

7. Yataq otağımızda televizor olacaqmı?

8. Həqiqətənmi biz bir-birimizi dinləyə bilirik, ideya və iradlarımızı qəbul edə bilirik?

9. Bir-birimizin dini əqidəsini və ehtiyacları dəqiq başa düşə bilirikmi: uşaqlarımız nə vaxt və necə dini və mənəvi tərbiyə olunacaqlar?

10. Bir-birimizin dostlarına hörmət edirikmi? Onlar bizim xoşumuza gəlirmi?

11. Bir-birimizin valideynlərini qiymətləndirir və hörmət edirikmi? Onların bizim münasibətlərimizə qarışacaqlarından narahatıqmı?

12. Mənim ailəmdə səni nə qıcıqlandırır?

13. Evləndikdən sonra sənin və ya mənim imtina edə bilməyəcəyimiz hər hansı şeylər varmı?

14. Əgər bizdən birimizə ailədən uzaqda çox yaxşı bir vəzifə, iş versələr, bizdən birimiz gedə bilərikmi?

15. Rastlaşdığımız istənilən çətinliyin öhdəsindən gələcəyimizə inanaraq nigaha daxil olmağa əminikmi?

Bu suallara cavab verməyən cütlüklər ən təhlükəli münaqişə episentrində ola bilərlər. Çünki onlar əvvəlcədən bu məsələləri müzakirə etməyiblər.

Beləliklə, siz və partnyorunuz bu suallara cavab verməyə çalışın, bütün kartları stolun üzərinə qoyun, aranızda olan bütün qaranlıq məqamları aydınlaşdırın. Əgər razılaşaraq, kompromis varianta gələ bilmisinizsə, deməli sizdən həqiqətən də əla cütlük alınacaq!


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3466   Tarix: 11 dekabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İtaliyalı qadın futbol müxbirləri gözəllikləri ilə gündəm oldular

İtaliyada çalışan qadın futbol müxbirləri meydandakı peşəkar performansları və diqqət çəkən görünüşləri ilə müzakirə mövzusuna çevriliblər. -ın xarici mediaya istinadən xəbərinə görə, onlar haqqında "Müxbir deyillər, modeldirlər" və "Onlar agentliklər tərəfindən seçilibmi?" kimi şərhlə

31 mart
.

Hər kəs 60 saniyə qaydasından DANIŞIR - QIZIL ÜSUL

Evdəki dağınıqlıq əslində kiçik vərdişlərin zamanla yığılmasından yaranır. Gün ərzində bir kənara atılan köynək, masa üzərində unudulan stəkan getdikcə gözü yoran qarışıqlığa çevrilir. -un xəbərinə əsasən, 60 saniyə qaydası ertələmə vərdişini aradan qaldıraraq nizam-intizamı gündəlik həyatın təbii hissəsin

29 mart
.

Smartfonlarda istifadəni çətinləşdirən funksiyalar sadalandı

Android Authority" saytının jurnalistləri "Samsung" smartfonlarında yeni cihaz alındıqdan sonra söndürülməsi tövsiyə olunan funksiyaları açıqlayıblar. sözügedən sayta istinadən xəbər verir ki, ilk növbədə müəlliflər istifadəçilərə "Samsung" klaviaturasından imtina etməyi məsləhə

26 mart
.

Niyə körpələr bizə belə şirin görünür?

Heç düşünmüsünüzmü, niyə mağazada yad bir körpəni görəndə avtomatik gülümsəyirik, onunla fərqli səslə danışmaq istəyirik və içimizdə istilik hiss edirik? Bu, təsadüfi deyil bu, evolyusiyanın ən ağıllı mexanizmlərindən biridir. bu mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir:. "Körpə şirinliyi"

29 mart
.

Ürək və immunitet üçün hansı pomidorlar daha faydalıdır - çiy yoxsa bişmiş?

Pomidorlar yalnız dadlı və universal məhsul deyil, eyni zamanda çox faydalıdır. Onların tərkibində likopin adlı güclü antioksidant var ki, bu da ürək, damarlar və göz sağlamlığını qorumağa kömək edir. xəbər verir ki, likopin çiy pomidorlardan deyil, bişmiş pomidorlardan daha yaxşı mənimsənilir. Niy

29 mart
.

Uşağın ağlamasını "tərcümə edən" süni intellekt tətbiqi yaradıldı

Yaponiyada körpələrin ağlamasını "tərcümə edən" və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb. xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlər

1 aprel
.

İsveç təmizləmə metodunun sirləri

Bu yanaşma ev işləri zamanı yaranan stressi azaldır. bu sirləri təqdim edir:. Təmizlik bəzən kifayət qədər stresli prosesə çevrilə bilər, xüsusilə də onu plansız və xaotik şəkildə etdikdə. İsveç üsulu isə bu prosesi xeyli asanlaşdıra bilər. Bu yanaşma sayəsində həm stress azalır, həm də evdə vəziyyə

29 mart
.

İllər keçdikcə dodaqlar niyə incəlir? - Mümkün səbəblər açıqlandı

Dodaqların həcmi yalnız estetik məsələ deyil: bu, dərinin vəziyyəti, onun nəmlənməsi və üz quruluşu ilə sıx bağlıdır. Qaynarinfo xəbər verir ki, "Egeszseg Kalauz" nəşrinin məlumatına görə, bir-biri ilə əlaqəli bir sıra bioloji dəyişikliklər zamanla dodaqların görünüşünü dəyişir. Dodaqları

30 mart
.

Nə sirkə, nə də soda: Ərpli kranı saniyələr içində parladır

Təmizlik mütəxəssisləri hamam və mətbəx kranlarında zamanla yaranan daşlaşmış ərp və sabun qalıqlarını təmizləmək üçün sirkə və sodadan daha effektiv olan üsulu paylaşdılar. xəbər verir ki, kran suyunun tərkibindəki mineralların zamanla səthlərdə toplanması, xüsusilə sabun qalıqları ilə birləşdikdə "sabu

29 mart