Azərbaycanda məhsullar həmişə niyə bahalaşır? - Azərbaycansayağı qiymət artımı

Azərbaycanda məhsullar həmişə niyə bahalaşır? - Azərbaycansayağı qiymət artımı"Azərbaycanda qiymət artımına təsir edən ən böyük iqtisadi amil devalvasiyalar oldu. İki kəskin devalvasiya nəticəsində manatın dollar qarşısında dəyərdən düşməsi qiymət artımında, inflyasiya proseslərinin sürətlənməsində həlledici rol oynadı". Bunu Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda qiymət artımına təsir edən amillərdən və spesifik xüsusiyyətlərdən danışarkən deyib.

Azərbaycanın 100 faiz asılı olduğu məhsullar

Onun sözlərinə görə, ölkənin idxaldan asılılığını da nəzərə alınsa, devalvasiyalardan sonra qiymət artımı qaçılmazıydı və biz bunu gördük: "Elə məhsul növləri var ki, Azərbaycan onlar üzrə az qala 100 faiz asılıdır. Bu məhsul növlərində qiymət artımının olması təbiidir, çünki onlar ölkəyə xarici valyuta ilə alınıb gətirilir".

Noyabrdan mayadək qiymət artır

N. Cəfərli hesab edir ki, qiymət artımı məsələsində Azərbaycanın özünün ənənəvi olaraq spesifik problemləri də var: " Bunun təbii və orqanik səbəbləri də mövcuddur. Məsələn, bahalaşmanın hər il mövsümlə bağlı səbəbləri olur. Yeri gəlmişkən, pis ənənələrə söykənən ənənələri qeyd etmək lazımdır. Mövsümlə bağlı səbəblər ondan ibarətdir ki, Azərbaycanda həmişə təqribən noyabr ayından başlayaraq aprel-may aylarınadək qiymət artımı müşahidə olunur. Rəsmi inflyasiya rəqəmlərinin o qədər də həqiqəti tam əks etdirmədiyini nəzərə alsaq da, hər halda rəsmi statistika da bunu sübut edir. Bu həm də təbii səbəblərlə bağlıdır. Çünki yerli məhsullar bazarlardan çəkilərkən xarici məhsulların daha çox bazarlara daxil olması qiymət artımına təkan verən səbəblərdən birinə çevirilir".

Bayramlardan qabaq pis ənənə

İqtisadçı əlavə edib: "Digər tərəfdən belə bir pis ənənə var ki, həmişə Yeni il və Novruz bayramları ərəfəsində tələbatın artımını, əhalinin bayram süfrəsi təlaşını nəzərə alaraq, topdan və pərakəndə ticarətlə məşğul olan insanlar qiymət artımına gedirlər. Bu da bir pis ənənə təşkil edib. Çünki bir çox ölkələrdə böyük bayramlardan qabaq ciddi endirim kampaniyaları keçirilir, əhalinin ərzaq və qeyri-ərzaq məhsullarına çıxış imkanları daha da sadələşdirilir, qiymət endirimi prosesi aparılır. Azərbaycanda isə bunun əksini görürük. Bayramlardan öncə qiymətlər kəskin qalxır. Yalnız yay mövsümündə, kənd təsərrüfatı məhsullarının, yerli məhsulların bazara daxil olmasına görə qiymətlərdə müəyyən sabitlik yaranır. Bu proses oktyabradək davam edir. Noyabrdan isə yenidən qiymət artımı dalğasının şahidi oluruq".

Məhsulları Azərbaycana barmaqla sayılacaq qədər şirkət gətirir

Eskpert deyib ki, qymət artımında süni səbəblər isə ölkədə inhisarçılıqla bağlı problemlərin hələ də qalması ilə əlaqədardır: "Əsasən də idxal məhsullarında inhisarçılıq mövcududr, rəsmi statistik göstəricilər də bunu göstərir. Çünki elə məhsul növləri var ki, onları Azərbaycana barmaqla sayılacaq qədər şirkət gətirir. Əgər bazarda tam rəqabət mühiti olsaydı, müxtəlif məhsulların bazara gətirilməsi bir çox şirkətlər tərəfindən həyata keçirilərdi, bu da öz növbəsində Azərbaycanda rəqabət mühiti yarada, qiymətlərin aşağı düşməsinə səbəb ola bilərdi. Təəssüf ki, biz bunu görmürük. Ərzaq məhsulları, uşaq geyimləri, dərmanlar, kərə yağından tutmuş tütün məhsullarınadək ölkədə müəyyən inhisarçılıq meyillərinin olduğu açıq-aşkar görünür".

"Azərsun"un hegemonluğu

Daxili istehsalda da ciddi problemlərin olduğunu bildirən N. Cəfərli vurğulayıb ki, daxili istehsalda və ərzaq məhsulları sahəsində bir neçə şirkətin hegemonluğu var: " Məsələn, "Azərsun" kimi şirkət daxili istehsalda kifayət qədər böyük həcmə malikdir ki, bu da qiymətin diktə edilməsinə səbəb olur. Bəzi sahələr var ki, "Azərsun" orada az qala 100 faiz paya malikdir. Məsələn, şəkər istehsalı və satışı "Azərsun"un demək olar ki, tam nəzarəti altındadır".

Qanunvericilik məhsulları bahalaşdırır

Onun sözlərinə görə, həm obyektiv, yəni dünyada baş verən proseslərin Azərbaycana təsiri, həm də subyektiv, yəni yerli sistem, idarəetmə problemlərindən, qanunvericilik problemlərindən doğan səbəblərə görə ölkədə daim qiymət artımı müşahidə olunur: "Qanunvericiliklə bağlı problemlər isə ondan ibarətdir ki, Azərbaycanda istehsalı olmayan və sosial xarakter daşıyan məhsullara gömrük rüsumları tətbiq olunur. Bu da heç bir məntiqə və normal iqtisadi münasibətlərə, yanaşmalara sığmır. Məsələn, uşaq yeməkləri Azərbaycanda istehsal olunmur və dünyanın hər yerində sosial məhsullar kateqoriyasına aid edilir. Onlara belə gömrük rüsumu tətbiq olunur. Azərbaycanda istehsal olunmayan dərmanları da bura aid etmək mümkündür. Ölkədə istehsalı olmayan və sosial yönümlü məhsullarına qanunvericilik səviyyəsində gömrük rüsumlarının, əlavə dəyər vergisinin tətbiq olunması qiymət artımında öz rolunu oynayan amillərdən biridir".

Qiymətə kim nəzarət etməlidir?

Ekspertin fikrincə, iqtisadiyyat elmi və dünyanın keçdiyi yol sübut edir ki, qiymətə dövlət nəzarəti anlayışı normal çalışmır: "Bu, sovet vaxtında olduğu kimi piştaxtaların boşalmasına səbəb olur. Biz də şahidlik etmişik ki, sovet dövründə qiymətlər dövlət tərəfindən tənzimlənirdi, piştaxtalar isə boşuydu. Amma alverçilərdə isə hər şey varıydı. Dövlət tərəfindən tənzimlənən qiymət siyasəti çox zaman fiaskoya uğrayır. Əslində ən yaxşı tənzimləyici alət rəqabətli mühitdir. Dünyanın hər yerində rəqabətli mühit nə qədər yüksəkdirsə, qanunvericilik nə qədər çevikdirsə və vətəndaşa hesablanmış çalışırsa, o zaman qiymətlərin artımı da inflyasiyada çox aşağı səviyyədə olur".

Biz infllyasiyanı endirmək, onlar isə qaldırmaq istəyir

İqtisadçı əlavə edib: "Yeri gəlmişkən son 10 ili götürsək, ABŞ-da, Avropada ən çox aşağı inflyasiyadan əziyyət çəkiblər. Qəribədir ki, inkişaf etməkdə olan ölkələr inflyasiya ilə mübarizə apardığı halda, ABŞ və Avropada inflyasiya proseslərinin sürətlənməsi üçün banklar tərəfindən uçot dərəcəsinin qaldırılmasına çalışıblar. Lakin nə qədər çalışsalar da, son 10 ildə ABŞ və Avropada inflyasiya səviyyəsi orta hesabla 1,5 faiz civarında olub. Bu bir daha sübut edir ki, rəqabətli mühitin olduğu, qanunların çalışdığı yerdə inflyasiya da zəifləyir, əhalinin qiymət artımı ilə bağlı problemlər yaşaması mümkün olmur".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5774   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ

Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun

12 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021