Maşınların texniki baxışdan keçirilməsi DYP-dən alınır - Sürücüləri nə gözləyir?

Maşınların texniki baxışdan keçirilməsi DYP-dən alınır - Sürücüləri nə gözləyir?Azərbaycanda avtomobillərin texniki baxışı ilə bağlı yeniliklər olacağı haqqında KİV-də məlumat verilib. Bildirilir ki, avtomobillər texniki baxışdan DYP-də keçməyəcək. Yenilik "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənədə əsasən, nəqliyyat vasitələrinin texniki baxışı xüsusi mülkiyyətdə olan hüquqi şəxslərə və fərdi sahibkarlara həvalə ediləcək. Bəs avtomobillərin texniki baxışının DYP-dən alınması nəyi dəyişəcək?
Yeniavaz.com saytının bu mövzu ilə bağlı suallarını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb.

- Hələ 2012-ci ildə Azərbaycanda 20-ə yaxın QHT rəhbəri avtomobillərin texniki baxışdan keçirilməsinin DYP-dən alınıb özəl sektora verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlamışdı. Bu məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Bəs bu işin hüquqi şəxslərə və sahibkarlara həvalə edilməsi nə kimi yeniliklərə səbəb olacaq?
- Ümumiyyətlə onu deyim ki, bu, dünya təcrübəsində olan bir məsələdir. Dünyanın bir çox ölkələrində texniki baxış özəl şirkətlərdə, özəl təşkilatlarda, servislərdə həyata keçirilir. Amma onlara nəzarət yol polisi və ya hansısa digər aidiyyəti qurum tərəfindən həyata keçirilir. Müqavilə bağlayırlar, sertifikat verilir, sonra bu işi həyata keçirirlər. Bu işi görən özəl təşkilatlar təbii ki, nəzarətsiz qalmırlar. Nəzarətsiz qalarsa, yenə də orada özbaşınalıq, məsuliyyətsizlik baş verə bilər.

- Əvvəl DYP-də texniki baxışdan keçməyə gedən avtomobildə problem aşkarlananda ona deyirdilər ki, get düzəltdir, sonra gəl. Bəs indi necə olacaq?
- Hansısa özəl bir şirkətin texniki baxışı həyata keçirməsi üçün texniki imkanları, əməkdaşları olmalıdır. Avtomobilin havaya zəhərli qaz buraxmasından tutmuş, dərman qutusuna nəzarətə qədər bir çox məsələlərdən xəbərdar olan əməkdaşları olmalıdır.
Yaxşı cəhətlərindən biri odur ki, biz indi avtomobilimizi DYP-də texniki baxışdan keçirəndə hər hansı bir qüsur aşkarlansa, yol polisi deyir ki, get bunu aradan qaldır, gəl. Biz də işimizi gücümüzü atıb, hansısa bir servisə gedib onu aradan qaldırıb qayıtmalı idik. Amma bu yeniliyin yaxşı tərəfi odur ki, qüsur aşkarlananda elə həmin servisdə aradan qaldırıb texniki baxışdan keçmək olacaq.

Təbii ki, servislərin məsuliyyət tərəfi də var. Deyək ki, servislərin hər hansı bir səhlənkarlığı ucbatından qəza baş versə və yaxud texniki cəhətdən nasaz avtomobil aşkarlansa, yol polisinin hüququ çatır ki, həmin sürücü barəsində də protokol tərtib etsin, həm də bu avtomobilə texniki baxış talonu verən servis barəsində də aidiyyəti qurumlar qarşısında məsələ qaldırsın. Xarici ölkələrdə bu məsələdə texniki baxış keçirən şirkətlərin məsuliyyəti çox ağır olur. Onları bu məsələlərə görə elə cərimələyirlər ki, o servis ya bu işdən birdəfəlik əl çəkir, ya da bir neçə dəfə təkrar olunsa, cinayət məsuliyyəti yaradır. Özünü doğrultmayan şirkətlərin lisenziyası əlindən alınır və tenderlər vasitəsi ilə başqasına verilir.

- Bəs əgər avtomobil özəl servisdə texniki baxışda keçirsə, yol polislərinə bu barədə məlumat necə ötürülür?
- Biz texniki baxışla bağlı yeni qaydalardan məlumatlıyıq. Bilirik ki, artıq texniki baxışdan keçən maşınlara talon verilmir. Sadəcə olaraq yol polisinin mərkəzi məlumat bazasına məlumat yerləşdirilir ki, bu avtomobil filan tarixdə texniki baxışdan keçirildi. Bəs özəl sevislərə, şirkətlərə, yol polisinin sisteminə girməyə imkan verəcəklərmi? Bunun hər servisə etibar etmək olarmı? Axı orda sürücülər haqqında müxtəlif məlumatlar var. O bazanı, o sistemi hər yoldan keçənə etibar etmək olarmı ki, ora girsinlər, məlumat ötürsünlər, yerləşdirsinlər? Mən düşünürəm ki, burada yol polisi ilə birgə müştərək bir əməkdaşlıq olacaq. Özəl şikətlərdə də o qədər problemlər, nöqsanlar olur ki...

- Servis o yerdir ki, orada yaxşı usta olar. Amma texniki baxışda isə təkcə bu nəzərə alınmır, tibb çantaları və s. məsələlər də var.
- Yeri gəlmişkən deyim ki, dərman qutusunun tərkibi məsələsi bir az təkmilləşdirilməlidir. İndiki siyahıda hardasa, 30-a yaxın dərman və dərman pereparatının adı var. Bunlar tibb çantasında olmalıdır. Bəlkə heç yol polislərinin özləri də bilmir ki, o siyahıda hansı dərmanlar olmalıdır. Belə başa düşürəm ki, onlar əllərində onun siyahısını gəzdirməlidirlər, ona uyğun tutuşdurmalıdırlar. Bu, bir az qeyri-müəyyən məsələdir, dəqiqləşdirilməsi aparılmalıdır. Elə dövlət proqramında da bu məsələ öz əksini tapıb.

- Texniki baxışın formal keçirilməsi, narazılıqların olması barədə nə deyərdiniz?
- Texniki baxış məsələsinin bu vəziyyətə gəlib çatmasının əsas səbəblərindən biri də bizim yollarda gördüyümüz nasaz avtomobillərin üzərində texniki baxış talonlarının olması idi. Texniki baxış onsuz da formal bir prosesə çevrilmişdi. Qanunvericiliyə edilən son dəyişiklikdə də bu məsələ öz təsdiqini tapdı ki, bu, formal bir şeydir. Yəni belə deyək, "leş" maşını da aparıb texniki baxışdan keçirə bilərik. Bu, bir növ qeyri-rəsmi formal xarakter daşıyırdısa, artıq 1 ildir ki, texniki baxışı formal bir hala salıblar. Ona görə düşünürəm ki, bu məsələyə bir əncam çəkmək, qayda-qanun yaratmaq lazımdır.

- Yeri gəlmişkən, dövlət proqramında nəzərdə tutulan məsələlərdən biri də köhnə avtomobillərin istismardan çıxarılması ilə bağlıdır...
- Ümumi baxanda biz nasaz avtomobillərdən heç vaxt qaça bilməyəcəyik. Çünki hər il gömrük rüsumları artır. Təsəvvür edin, ilin 3-4 ayı keçir, insanlar bir balaca özünü toparlayır, ölkəyə yeni maşınlar alıb gətirməyə çalışır, amma sonra bir dəyişiklik olur və ölkəyə avtomobil gətirmək daha da çətinləşir.
1986-cı ilin VAZ 2106-ı, QAZ 31-i, "Niva"sı ilə müqayisədə 2000-ci ildən üzü bəri istehsal olunmuş Yaponiya, Amerika, Almaniya, Koreya istehsalı olan maşınların ölkəyə gətirilməsi faydalıdır. VAZ 2106-da qəza baş versə, ordan sağ çıxmaq şansı sıfıra bərabər olur, amma alman maşınlarının təhlükəsizlik yastığı var, komfotru var. Yəni bu maşınlarla bizim avtomobil qarajımız yenilənirdi.
2015-ci ilə qədər bu proses sürətlə gedirdi, köhnə maşınlar dövriyyədən çıxarılırdı, yenilənmə olurdu. Sonra devalvasiya oldu, 2017-ci ilə qədər bu proses ləng getdi, 2018-ci ildə avtomobil bazarı bir balaca dirçəlirdi ki, bu il yenə gömrük rüsumlarını qaldırdılar və bizi məcbur edirlər ki, qalaq köhnə maşınların ümidinə.
Bir tərəfdən avtomobil bazarının yenilənməsini istəyirlər, bir tərəfdən də rüsümü artırırlar. Bu, necə olur?

- Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələrinin artırılmasını yerli istehsala dəstək kimi şərh edənlər var...
- Rüsumu o ölkələr artırır ki, onun özünün avtomobil sənayesi var, inkişaf edib. Bizdə "Xəzər" avtomobil zavodudur və istehsal da yeni başlayıb, "NAZ-Lifan" isə özünü tam doğrulda bilmədi. Gah istehsal dayanır, gah açıqlama verirlər ki, satış getmir. Çünki reklam etmirlər. Bunlar oturublar zavodda, gözləyirlər ki, kimsə gəlib maşın alacaq. Maşını heç olmasa reklam edərlər də. Bunlar bu işi qurmur, reklam siyasəti yoxdur. Fikirləşirlər ki, xəbər AZTV-də efirə gedib də, mütləq hamı gəlib alacaq. Belə olmur axı.
"Mercedes" maşınlarının keyfiyyətini hamı bilir, az qala istehsala başlamasından 2 əsrə yaxın vaxt keçir, ancaq bu gün də reklamını dayandırmırlar. "NAZ-Lifan" bir neçə ildir istehsal olunur, reklam etmir ki, məni tanıyırlar də. Qardaş, sən də çıx öz məhsulunu bir təqdim elə, məlumat ver.
Hətta Sovet dövründə belə "Zaporejets"in reklamı gedirdi. Amma bizimkilər bir az başqa cür siyasət yeridirlər və bu da normal deyil. Əlbəttə, o sahə çökəcək.

- Bəzi ölkələrdə istismarda olan köhnə avtomobillər yığışdırılan zaman onun əvəzində sürücülərə sərfəli şərtlərlə yeniləri təklif olunur. Bizdə də buna ehtiyac yoxdurmu?
- Mən avtomobil bazarı yeniləndikcə texniki baxışın üzərində daha çox dayanmağın tərəfdarıyam. Yoxsa ölkəyə bir tərəfdən yeni avtomobillərin gətirilməsinin qarşısını alırıq, rüsumları qaldırırıq, insanları çətin vəziyyətə salırıq, maşın ala bilmirlər, dəyişə bilmirlər.
Həmin o dövlət proqramında köhnə maşınların utilizasiyası nəzərdə tutulur. Yaxşı, kasıbın bir VAZ 2107-i var, tutub əlindən alıb, verəcəklər "metallom"a. Bunun əvəzində ona maşın veriləcəkmi? Həmin 07-nin qiyməti deyək ki, 1000 manatdır. "Xəzər" avtomobillərinin isə qiyməti ən yaxşı halda 15000 manatdır. Həmin 1000 manatın qarşılığında dövlət ona 15 minlik maşın verməyəcək axı.
Rusiyanın avtomobil sənayesi inkişaf edib, orada köhnə maşınları vətəndaşlardan müəyyən bir qiymətə aldılar, əvəzində uzunmüddətli, güzəştli kreditlərlə təzə maşınlar verdilər ki, avtomobil qarajı yenilənsin. Bu addımlar təhlükəsizliyi təmin etmək məqsədi ilə atıldı. Bizdə o qədər maşın yoxdur axı. Biz o addımı ata bilməyəcəyik. Bu kimi məsələlərin hamısının başında avtomobil sənayesinin inkişafı durur.
Biz bu barədə daha yaxşı sözləri, daha müsbət fikirləri təxminən 10-15 il sonra deyə biləcəyik ki, bəli, bizdə də təhlükəsizlik artıq təmin olunub, texniki baxışa gedən avtomobillərin 70 faizi yox, 30 faizi nasaz çıxır.
Kənd yollarında darmadağın olan maşınlar var. Bu yazıq sürücü neyləsin? 15 il sonra kənd yollarımız da inşallah, düzələr, köhnə avtomobillər yavaş-yavaş istismardan çıxar.
Yol polisindən sorğu verib öyrənsək, məlum olar ki, texniki baxışa gətirilən avtomobillərin 60-70 faizində problem var. Avtomobil parkı yenilənsəydi, təbii ki, bu rəqəm aşağı düşərdi, saz maşınlar daha çox olardı.

- Bir sözlə, dövlət proqramında nəzərdə tutulan məsələlər lazımınca yerinə yetirilsə, çox şeylər yaxşı mənada dəyişəcək...
- Bu dövlət proqramı üçün ayrılan 5 manatın 4 manatını yesələr, mən heç bir effekt gözləmirəm. Yol çəkənindən tutmuş təhlükəsizliyi təmin edənə qədər hamısı bir-biri ilə əlaqəli şəkildə işləməlidir, bunu normal şəkildə icra etməlidir. Problemin həllini gətirib vətəndaşın başında çatlatmamalıdırlar ki, sənin maşının köhnədir, ver bura, onu istismardan çıxarıram. Bəs yaxşı, vətəndaşın çörəyi bu maşından çıxır, ailəsini burdan gələn gəlirlə dolandırır, təzə maşın almağa da imkanı yoxdur, nə etməlidir? 1000 manatlıq maşını alırsansa, heç olmasa, 5-6 minlik normal maşın ver ki, onun da pulunu hissə-hissə ödəyə bilsin. Aylıq ödəniş kimi 300-500 manat qoyma, 100-150 manatlıq simvolik bir rəqəm müəyyənləşdir, ödəyə bilmək olsun.
Məsələlər kompleks, zəncirvari şəkildə bir-biri ilə bağlıdır, mən də düşünürəm ki, proqramda adı çəkilən qurumlar, təşkilatlar yığışıb birlikdə ortaq məxrəcə gələ bilərlər. İnsanların rifahı, özlərinin də əməyi ortada olsun deyə, müəyyən addımlar atılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2737   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

18 yaşadək işçilərlə bağlı yenilik

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə

16 dekabr
.

Bakıda tələbə faciəvi şəkildə öldü

Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb. Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakin

16 dekabr
.

Azərbaycan Universitetində bədbəxt hadisə

Azərbaycan Universitetində birinci kurs tələbəsi təhsil müəssisəsinin zirzəmisində yüngül konstruksiya ilə örtülmüş döşəmənin üzərinə çıxaraq mənfi ikinci mərtəbəyə (zirzəmi) yıxılıb. Universitetdən -ın sorğusuna cavab olaraq bildirilib ki, tələbə dərhal Travmatologiya və Ortopediya İnstitutuna aparılı

15 dekabr
.

"Diş müalicəsinin qiymətləri avtomobil qiymətini ötüb" - VİDEO

Özəl klinikalardan birində diş müalicəsi etdirən vətəndaş ödədiyi məbləğin illər əvvəl aldığı avtomobilin qiymətinə bərabər olduğunu bildirib. türk mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, çənə açıqlığının dar olması səbəbindən dövlət xəstəxanasında müalicə ala bilməyib və məcbur qalara

17 dekabr
.

Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi - Foto

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşıb. "Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibətilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmi

15 dekabr
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

15 dekabr
.

Qış Azərbaycana bu tarixdə daxil olacaq

Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il

15 dekabr
.

Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki

16 dekabr
.

DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı (VİDEO)

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən -a verilən məlumata görə, DTX tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri zamanı Balakən Rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzaye

15 dekabr