Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü

Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ - Əvvəl qız, sonra 28 yaşlı qardaşı öldü4 gün əvvəl Kürdəmir şəhərində baş vermiş ağır yol qəzasında ölən 28 yaşlı Valeh Zərbəliyevlə bağlı bəzi məqamlar aydınlaşıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, rayonun mərkəzindəki Heydər Əliyev prospektində saat 21 radələrində "Mercedes" markalı avtomobilin vurub əks zolaqda hərəkət edən "Kia"nın altına atdığı və hadisə yerində ölən 1991-ci il təvəllüdlü Zərbəliyev Valeh Ağəli oğlunun bacısı bir müddət əvvəl vəfat edibmiş. Belə ki, gənc oğlanın bacısı yaşadığı mənzildə dəm qazından boğularaq ölübmüş.

Həmin hadisənin təsirindən çıxmamış ailənin digər övladı – 28 yaşlı Valeh faciəvi şəkildə vəfat edib.

Ağır yol qəzası ilə bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Hadisə   Baxılıb: 10644   Tarix: 21 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR