Nəsiminin dərisi soyulmayıb, qəzəllər onun deyil - Alman alim inanılmaz faktları açdı

Nəsiminin dərisi soyulmayıb, qəzəllər onun deyil - Alman alim inanılmaz faktları açdıBu həyata Nəsimi gəlmək toxunduğun hər qəlbi solmayan rənglərlə bəzəməkdir. Onun misralarını sevmək yer üzünün hər döyünən ürəyini dinləməkdir. Güllələrin altında ovuc boyda canını qorumaqçün bir küncə sıxılan körpəyə də, bu dünyanın ədalətsiz, qırışlı üzünə də eyni yanğı ilə ağlamaqdır. Nəsimi olmaq bir əlini bu dünyadan üzdüyün halda, digəri ilə möhkəmcə yapışmaqdır.

Böyük mütəfəkkirimizin zəngin irsi dünya elminə də böyük töhfədir. Belə olmasaydı, müsahibim Mixael Hesslə Nəsimi dilində, Nəsiminin dilindən danışmazdıq.

Publika.az-ın müsahibi nəsimişünas alman alim Mixael Hessdir.

- Nəsimi ilə ilk tanışlığından bəhs edək?

- 2000-ci ildə Türkiyədə çalışırdım. Britaniyadan mənə araşdırmaq üçün bir neçə şərq klassikinin siyahısı gəldi. Həyatını, əlyazmalarını oxumağa başladım. Dissertasiyamı da bu mövzuda yazdım.

- Beləcə qərb insanı şərq fəlsəfəsinin şahlarından birinin sarayına girdi.

- Bəli, mən qərbliyəm. Amma etiraf edirəm ki, qərb sivilizasiyasının əsas sütunlarını şərq mədəniyyəti təşkil edir. Belə deyək "şərqdən gələn işıq". Elə xristianlığın özü də qərbə şərqdən yol alıb. Yəhudiliyin bir qolu yunan sivilizasiyasının vəhdəti yeni din yaradıb ki, o da xristianlıq adı ilə qərb mədəniyyətinə yayılıb. Odur ki, bu iki dünya heç də bir-birinə yad deyil. Elə sufiliyin də əsas məqsədi bu birliyi qurmaqdır. Bəli, bu təriqət Qərb, Şərq, Azərbaycan, Nəsimi və digər növlərə bölünür. Amma ən mühümü hamımızın bir məqsəd və amal uğrunda mübarizə aparmağımızı, eləcə də bir mənşəyə mənsub olmağımızı sübuta yetirməkdir.

- Bu birliyi cahana yaymaq istəyənlərin də əsrlər boyu dərisi soyulub...

- Təbii ki, sözlərinizdəki məcazı anladım. Amma onun ölümü ilə bağlı bır sıra məqama aydınlıq gətirmək istəyirəm. Nəsiminin həyatını araşdırmış, onunla eyni dövrdə yaşamış alimlərin çoxu, həmçinin İbn Həcər əl Əskalani yazır ki, onun dərisi ölümündən sonra soyulub. Bugünədək bizə gəlib çatan mənbələrdə yanlışlıq var. Çünki əfsanələrə rast gələ bilərik. Doğrudur, ölümü faciəvi şəkildə baş verib. Çünki hakim dinlərə və siyasətə qarşı idi. Özündə tapdığı həqiqəti dünyaya car çəkmək istəyirdi. Tarixdə bu hallar az yaşanmayıb. İsa yəhudilərin şahı olmaq istədi. Onları çağırıb dedi ki, mən həqiqətin elçisiyəm. Ondan soruşdular ki, bəs əslində həqiqət nədir? Tarix boyu peyğəmbərlər, övliyalar, seçilmişlər sivilizasiyaya öz həqiqətlərini təbliğ etməyə çalışıblar. Amma bu qavramın açmasını heç vaxt bilməyəcəyik. Elə Nəsiminin Hələb şəhərindəki məhkəməsinə dörd böyük mənsəbin nümayəndələri toplanmışdı. Onlar öz aralarında belə həmfikir deyildilər. Çünki həqiqətin nə olduğunu bilmirdilər. Nəsiminin edamında dini faktorlardan əlavə siyasi ünsürlərin də böyük rolu vardı. Çünki tarix boyu istənilən din siyasətlə vəhdətdə olub. Hətta Həzrəti Məhəmmədin öldüyü anda belə bunun şahidi oluruq. Nəsiminin edamında da Misir məmlüklərinin və o vaxtın digər hökmdarlarları arasında bir iqtidar çarpışması vardı. Nəsimi öz şeirlərinə, məzhəbinə görə edam edilmişdi. Onun yaradıcılığı kifayət qədər araşdırılıb, amma həyat yolu və ölümünü daha geniş şəkildə tədqiq etməyə ehtiyac var. Mənbələrə inansaq, tərəfdarları həddən artıq çox olub. İnsanların çox sevdiyi şəxsiyyət idi. Bu baxımdan siyasi təhlükə mənbəyi idi. İstənilən dinin dünyasında bu cür hadisələrlə çox rastlaşmışıq.

- Mixael bəy, həqiqət mahiyyətcə nədir?

- Bunu izah edə bilməyəcəm. Konkret anlayış deyil. İsa deyirdi, mən yeganə həqiqətəm, Elə deyilmi? Axı siz Allah olmadan həqiqətin nə olduğunu anlaya bilməzsiniz. Müsəlmanlar da, yəhudilər də, xristianlar da eyni tanrıya inanırlar. Onların üçünü də bir otağa dəvət edin, hərəsi öz həqiqətini müdafiə edəcək və aralarında həmfikir olmayacaq. Həqiqət nisbi anlayışdır.

- Özünüz də qeyd etdiyiniz kimi seçilmişlər ömür böyu həqiqət qıfılının açarını arayırlar…

- Nəsimi öz əqidəsinə o qədər sadiq idi ki, "ən əl həqq" deyib ölümün üzərinə gedirdi. Dəfələrlə qeyd edir ki, "yolumun sonu ölümdür və mən bunu bilirəm". Bəzi mənbələri araşdırsaq, görəcəyik ki, bu qəzəllərin hamısının ona məxsus olduğu belə sual altındadır. Amma gəlin elə fərz edək ki, hamısı Nəsimi qələminin məhsuludur. İstənilən halda hakim təbəqə dəfələrlə xəbərdarlıq edir ki, öz təriqətinə sadiq qalacağı təqdirdə edam olunacaq. Amma Nəsimi yolundan dönmür, ölüm onun gözünü qorxutmur. Onu bu yola sövq edən nə idi, əqidəsinin dərinliyində nə yatırdı, onu ruhlandıran səbəblər bir az müəmmalıdır. Xüsusən də çağdaş qərb insanı üçün bu həyat tərzi çox yaddır. Nəsimiyə rast gəlsəydim, mütləq ona bir sual verərdim. Buna nə gərək vardı? Sən edam olundun, dərin soyuldu, can bədəndən ayrıldı, amma həqiqətin bir zərrəsi də dəyişmədi. Milyonlarla insan kimi öz əcəlinlə ölsəydin də bu fakt dəyişməyəcəkdi. Yəni həyatın, gerçəyin mahiyyətini belə dərindən dərk edən bir dahi niyə ölümün üstünə qaçırdı, bu məqam mənə qaranlıqdır. Bəlkə də ölümdən sonra digər aləmə keçəcəyinə inanırdı. Baxın, bu faktlar tam açıqlanmayıb.

- Nəsimini ölümün qucağına qaçmağa vadar edən başqa hansı səbəblər ola bilərdi?

- 13-cü əsrdə Elxanilər dövlətinin hökmdarı Qazan xanın ilk islahatı islamı dövlət dini elan etmək olur. Ondan öncə Azərbaycanda islam dini hakim deyildi. 14-cü əsrin 30-40-cı illərindən etibarən islamın yeri zəifləməyə başladı. Artıq belə desək, yeni nəzəriyyələrə, fikirlərə yer açdı. Ənənəvi mədəniyyət, ənənəvi din küncə sıxışdı. Dövrün mütəfəkkirləri də bu boşluğu doldurmağa can atdı. Nəsimi də o şəxsiyyət, həmçinin ali təbəqəyə mənsub olan düha idi. Yəqin ki, tutduğu mənəvi yoldan qidalanmaq niyyətində idi. Sonu ölüm olsa belə…

- Bəlkə də tək istəyi paslanmış gözlərə nur vermək idi...

- 8-ci əsrdən başlayaraq sufizm çox vacib mövqeyə çevrildi. Həmçinin islam dünyasına bir çox axın oldu. Hətta dinə hüquq sistemi kimi yanaşanlar da tapıldı. Yəni gündəlik həyatını, əqidəsini dinin buyurduğu qanunlarla uzlaşdırdı. Şərq şairlərinin bir qismi də sufi şairlərinə çevrilirdilər. Sufilərin dini rəhbərləri Zahid adlanırdı. Müsəlmanlarsa onlara küfr edərək özlərindən aşağı görməyə başladılar. Elə günü bu gün istər Almaniyada, istərsə də Türkiyədə qarşıma çıxan bəzi müsəlmanlar aramızdakı din fərqinə görə mənə kafir kimi baxır. Hətta üzümə deyirlər ki, sən ikinci növ insansan. Çünki islama sitayiş etmirsən. Belə müsəlmanlar da var. Nəsimi, Rumi, Yunus Əmrə kimi gözəlliyi təbliğ edənlər də. Onlar eyni dildə danışırlar, deyirlər ki, gün ərzində beş rükət namaz qılmasan da olar. Mühüm olan ürəyinin, zehninin təmizliyidir. çünki dinin vacib şərtlərini yerinə yetirib kafir olmaq da mümkündür. Ərəbcə bilmək, "Qurani-Kərim"i əzbərləmək, bu şərtlərə əməl etmək zərurət deyil. İstər hər yer Məryəmi İsa olsun, lap İslama bürünsün, içində şeytan varsa, onu susdura bilməyəcəksən. Hamımız insanıq, mənşəyimiz birdir, vacib olan budur. Və o dövrün ali düşünən insanlarının da niyyəti bərabərlik fikrini təbliğ etmək idi.

- Nəsimi şeiriyyatına təmas edəndə baş qaldıran duyğularınızı bizimlə bölüşə bilərsinizmi?

- Şeiriyyat bir dünyadır. Tutaq ki, meşəni vəsf edən bəsit bir şeir oxuyursunuz. Bir dəfə oxuyan kimi mənasını anlayırsınız. Amma Nəsiminin bir qəzəlini bəlkə 10 dəfə oxuyuram. Hər səfərində də özüm üçün yeni mükəmməl fikirlər kəşf edirəm. Şeir çoxmənalı sənətdir. Orta əsrlərin tarixini vərəqləyəndə də görürük ki, şeir çox mürəkkəb sənət nümunəsi olub. İstər heca, istər, əruz vəznində olsun, vərəqə köçürməyi bacarmaq vacib deyildi. Zəruri olan onu insanların içərisində əzbər söyləyərək yaymaq idi. Buna görə də olduqca zəngin məna daşımalı idi. İstər Nəsimi, istərsə də Füzuli kimi şairlərin dildən-dilə gəzən sənət əsərlərini indi oxuyub həmin dövrün mədəniyyəti, dini haqda məlumat əldə etməklə qalmırıq, həmçinin qəlbimiz isinir. Müsəlman, hürufi olmasam da, ürəyimə xitab edir. Bu da şairin və şeirin böyüklüyüdür.

- Sualım qəribə səslənə bilər, amma Nəsimini hansı qərb mütəffəkiri ilə müqayisə etmək olar?

- (gülür) Bəlkə də Nitsşe ilə… O, da dövrünün məşhur mütəfəkkiri, filosofu, yazıçısı, bəstəkarı idi. Alman fəlsəfə tarixində Nitsşenin özünəməxsus yeri var. Bu baxımdan onu Nəsimi ilə müqayisə edə bilərik. Axı Nəsimi də Azərbaycan təfəkkür tarixinin böyük şairidir. O, öz dövrü üçün təhlükəli olan yeni üsyankar təfəkkür, düşüncə gətirdi. Nitsşedə də eyni hadisə təkrarlandı. Lakin fərqli tərzlərdə… Məsələn, Nitsşe əsərlərinin birində deyir ki, "mən dünən Allahı öldürən insana, yəni özümə rast gəldim". Fransız inqilabına qədər xristianlıqda hər şey Allahdan idi. Nitsşe də fəlsəfəyə yeni və çox qalmaqallı baxış gətirdi. Nəsimi bu sözləri deyə bilməzdi, çünki ona görə Allah ölməz. Amma Allahla insanı birləşdirdiyi məqamlar var. İslamda isə insan Allahla bir tutula bilməz, çünki O ucadır, bizi Yaradandır. Təbii ki, dövrü üçün bu da bir inqilab idi. Lakin digər yöndən hürufilər, o cümlədən Nəsiminin əqidəsi mövcud islam əqidəsindən fərqli deyildi. Sadəcə Allaha hərflərdən, xətlərdən, bir sözlə, fərqli yollardan təmas etmək yollarını arayırdı. O, din mədəniyyətinə yeni baxış bucağı gətirmişdi. Bu inqilabi yanaşmalar Nitsşe ilə Nəsimini müqayisə etmə səbəbimdir.

- Mixael bəy, necə düşünürsünüz Nəsimi fəlsəfəsi çağdaş Avropada yetərincə araşdırılır?

- Təəssüf ki, xeyr. Düşünürəm ki, qərbdə Nəsimi kifayət qədər araşdırılmayıb. Hətta bir dəfə polşalı türkoloqun məqaləsinə rast gəldim. Nəsimi haqda heç də xoş sözlər yazmamışdı. Çünki məsələyə öz katolik dini düşüncələrinin güzgüsündən baxmışdı. Bu baxımdan Nəsimin fars və azərbaycanca olan divanları araşdırılmalıdır. Nəsimini sevmək üçün ölkənizə, mədəniyyətinizə bələd olmaq lazımdır. Elə Azərbaycanın özündə də sovet dövründə "Qurani-Kərim", din təbliğ olunmadığından, bir sıra ideoloji əqidələr qaranlıq qalırdı. Bu baxımdan üsyankar Nəsimi fəsləfəsi də tam obyektivliyi ilə tanıdılmayıb. O, dünya səviyyəsində araşdırılması gərəkən çox böyük mütəfəkkirdir, haqqında yeni, daha səhih kitablar yazılmalıdır. Bir sıra mənbələrin istifadəsi dayandırılmalıdır.

- Ən çox sevdiyiniz misralarını səsləndirə bilərsiniz?

- O, şah beytlərin müəllifidir. Misralarındakı ahəng, axıcılıq, dərin fəlsəfəni sevmək ona olan hisslərimin tam izharı deyil. Amma yəqin ki, bu qəzəli səsləndirəcəm:

Mərhaba, xoş gəldin, ey ruhi rəvanım, mərhaba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!

Çün ləbin cami-Cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim, ey cəmalim, Bəhrukanım, mərhəba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!

Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çun dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3991   Tarix: 24 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Ölüm növbəsi"ni gözləyənlər... - FOTO

Yaxud gerçəklə yuxunun arasındakı məqam. Qədim Yunan mifologiyasında Gecə ilahəsi ki var, o, əkiz olan Yuxu və Ölüm tanrılarının anasıdır. Onlar qaranlığın sakinləridir və orada heç vaxt günəş doğmur. Sanki ora bizim düşüncəmizdəki "o dünya" anlayışına oxşar bir məkandır. Yuxu tanrısı yumşa

10 iyul 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

Kann Kinofestivalında ilin ən yaxşı aktyoru və aktrisası

Amerikalı aktyor və musiqiçi Kaleb Landri 74-cü Kann kinofestivalının "Ən yaxşı aktyor" naminasiyasında qalib olub. TASS agentliyinə istinadən xəbər verir ki, 31 yaşlı aktyor rejissor Castin Kurzelin "Nitram" filmindəki roluna görə bu mükafata layiq görülüb. "Ən yaxşı aktrisa"

18 iyul 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

COVID-19 pasportu olmadan muzey və qalereyalara giriş məhdudlaşdırılır - QƏRAR

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə sentyabrın 1-dən etibarən iaşə obyektlərinin, otellərin və böyük ticarət mərkəzlərinin xidmətlərindən "COVID" pasportu olan şəxslər istifadə edə bilərlər. Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, qurum rəhbəri Anar Kərimovu

4 sentyabr 2021