"Heç kim işsiz qalmayacaq" - DEPUTAT

"Heç kim işsiz qalmayacaq" - DEPUTAT"Azərbaycanda struktur islahatları aparılır və bunun təşəbbüskarı ölkə prezidenti İlham Əliyevdir. Bu prosesi xalqımız tərəfindən dəstəklənir. Ancaq müsbət hadisə odur ki, struktur islahatları zamanı işini itirən vətəndaşlarımız işsiz qalmır və digər işlərlə təmin olunur. Bu prosesin də başında cənab prezident və ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva dayanır".

Bu fikirləri teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Buna misal olaraq birinci vitse-prezident Mehriban Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə göstəriş verməsini göstərən deputat əlavə edib ki, bu kimi misallar onlarladır.

Onun sözlərinə görə, prezident İlham Əliyev də ixtisarlar səbəbindən işlərini itirən vətəndaşların qayğısına qalır və bununla bağlı müəyyən addımlar atır:

"Azərbaycan prezidenti İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin institutunun açılışı mərasimində açıq elan etdi ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaq. Bu olduqca əhəmiyyətli məsələdir və hamı tərəfindən yüksək qiymətləndirilir. Yəni bu məsələlər prezidentin diqqətindədir. Vitse-prezident Mehriban xanım da göstərişi zamanı bu məsələnin üzərində xüsusilə dayandı. Struktur islahatları keçirilir və vaxtaşırı da keçiriləcək. Cənab prezidentin dediyi kimi, şişirdilən idarəetmə, icra strukturları daha çevik, daha müasir, daha iş qabiliyyətli sturukturlarla təmin ediləcək. Amma bu, o demək deyil ki, burada iş yerini itirən, ixtisara düşən işçilər işsiz qalacaq. Dövlətin ali rəhbərliyi bu məqamlara da ciddi diqqət etdirir. İxtisara düşən şəxslər öz işlərinə, ixtisaslarına uyğun işlə təmin olunacaq".

Deputat əlavə edib ki, müəyyən maraqlı dairələrin qıcıqlandırıcı fikirlər söyləməsi ehtimalı var:

"O mənada ki, guya bu struktur islahatlar yeni işsizlərin yaranmasına səbəb ola bilər. Bu, tamamilə yanlış fikirdir. Heç kim işsiz qalmayacaq. Hər kəs işlə təmin ediləcək. Sadəcə olaraq, struktur islahatlarının aparılması zəruridir. Burada məqsəd vətəndaşımıza daha keyfiyyətli xidmət təqdim etməkdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1920   Tarix: 26 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda otellər boş qalır

2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilmişdir ki, bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur.. . Sonxeber Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazda, 4,1 faizi Naftalanda, 3,8 faiz

27 yanvar 2019

Milyarder Əhmədov Tatyanaya yarım milyardı verməyəcək

İnterpol da işə qarışdı, milyonların saxtakarlıqla talanması araşdırılır. . Adı "Forbes" jurnalının milyarderlər siyahısında yer alan azərbaycanlı biznesmenlərdən biri də Fərhad Əhmədovdur.. . Biznesdə böyük uğurlar qazanan Fərhad Əhmədov ailə baxımdan bəxti gətirmişlərdən deyil. Həyat yoldaş

27 yanvar 2019

Azərbaycanın Əməkdar artisti niyə Amerikaya köçdü? - Həyat HEKAYƏSİ +FOTOLAR

Bütün gəncliyini milli rəqsimizə həsr edib. Çox tədbirlərə öz məharəti ilə rəng qatıb. Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Sonda taleyinə qürbətdə yaşamaq payı düşüb.. . Minbir əziyyətə qatlaşıb, hər şeyi yenidən başlayıb və nəhayət ki, ayağa qalxa bilib, uğurlara imza atıb. Bu gü

27 yanvar 2019

Birinci vitse-prezident işsizlərlə bağlı göstəriş verdi: "Azərenerji" hərəkətə keçdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi" MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji" ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb.. . B

26 yanvar 2019

Yüksək vəzifəli məmur işdən çıxarıldı

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Zakir Babayev işdən çıxarılıb.. . Sonxeber.az oxu.az-a istinadla xəbər verir ki, Z.Babayev bu vəzifəyə Elman Mehdiyevdən sonra gəlmişdi. . . Onun işdən kənarlaşdırılması isə bir neçə gün əvvəl olub.. . Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəs

26 yanvar 2019

Kirayə qaldığınız mənzili ala biləcəksiniz - AZƏRBAYCANDA möhtəşəm yenilik

Prezident İlham Əliyev "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası"nı təsdiq etdi.. . . "Qayda" Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini almaq və satmaq öhdəliy

26 yanvar 2019

Smartfondan çox istifadə edənlərə MÜHÜM XƏBƏRDARLIQ: psixi pozuntu əlaməti ola bilər

Birləşmiş Ştatların Virciniya Universitetinin alimlərinin qənaətinə görə, smartfondan çox istifadə psixi pozuntu əlaməti ola bilər. İnsanın "ağıllı telefon"dan həddindən artıq istifadə etməsi onun psixikasında qeyri-sabitliyin göstəricisi sayılır. Bu kontekstdə diqqət və hiperaktivliyin yetməzliy

26 yanvar 2019

Azərbaycan dünyanın ən nüfuzlu ölkələrinin - REYTİNQİNDƏ

Dünyanın ən nüfuzlu ölkələri hansılardır? ABŞ-ın "US News" nəşri, "Wharton" və "BAV Group"un versiyasına görə, belə dövlətlər tez-tez xəbər başlıqlarında adı hallanan, siyasətdə müzakirə olunan, qlobal iqtisadi modellər yaradan ölkələrdir. . . Bu ölkələrin xarici siyasət

26 yanvar 2019

Hava şəraiti lə bağlı yenidən xəbərdarlıq edildi

Yanvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

26 yanvar 2019