Xərçəng, mədə xorası və həzm sistemini izləyəcək həb – İnanılmaz kəşf

Xərçəng, mədə xorası və həzm sistemini izləyəcək həb – İnanılmaz kəşfMassaçusets Texnologiya İnstitutunun yeni qurğusu bir ay ərzində mədə xorası, xərçəng və həzm sisteminin başqa xəstəliklərini izləyə bilər.

Mühəndislər tərəfindən gel şəklində hazırlanmış həb mədəyə çatdıqda tez bir zamanda "pinq-ponq" oyunu üçün top ölçüsündə şişir.

Həbə quraşdırılmış sensor 30 gün ərzində mədənin temperaturunu fasiləsiz izləyir.

Həbin orqanizmdən xaric olunması üçün pasiyent kalsium məhlulu içə bilər ki, nəticədə həb öz ilkin ölçüsünə kimi yığılır və orqanizmdən xaric olur.

Gələcəkdə tədqiqatçılar sözügedən həbi bir neçə müxtəlif sensorla (məsələn, pH səviyyəsinə nəzarət, yaxud bakteriya və virusların axtarışı üçün) təchiz etməyi planlaşdırırlar.

Həmçinin şiş və ya xoraların viziuallaşdırılması üçün kiçik kameralar quraşdırıla bilər./teleqraf/

Sağlamlıq   Baxılıb: 612   Tarix: 10 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR