Vasif Məhərrəmlinin saçına rəng qoymasına xanım aparıcıdan — REAKSİYA

Əməkdar artist Vasif Məhərrəmli qonağı olduğu ""X" maqazin" verilişində maraqlı açıqlamalar verib.
Sonxeber.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, vizajistlik bacarığını verilişin aparıcısı Zümrüd Bədəlovanın üzərində sınayan Məhərrəmli öyrəndiyi həmkarlarının da adını açıqlayıb:

"Mən geyinməyi Ədalətdən öyrənirəm, o da məndən oxumağı. Öyrənmək ayıb şey deyil. Toyu da baxıb öyrənmişik ki, Səməd Səmədov necə oxuyur, Cavanşir Məmmədov, rəhmətlik Məmmədbağır Bağırzadə necə toy aparır. Öyrənirsən və axırda öz məhsulunu ortaya qoyursan".

Z.Bədəlovanın "bəs hind mahnılarıyla gündəmə gələnlər kimdən öyrənirlər" sualını əməkdar artist yarızarafat cavablayıb:

"Onların əlaqələri birbaşa Bollivudladır".
V.Məhərrəmli saç əkdirdiyini və saçına rəng qoydurduğunu da etiraf edib. Aparıcının müğənninin bu açıqlamasına reaksiyası belə olub:

"Məncə, kişilərin saçı ağaranda daha xarizmatik görünürlər".
Vasif Məhərrəmlinin saçına rəng qoymasına xanım aparıcıdan — REAKSİYAVasif Məhərrəmlinin saçına rəng qoymasına xanım aparıcıdan — REAKSİYA

Şou-biznes   Baxılıb: 958   Tarix: 11 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR