Yüksək vəzifəli şəxs həbs edildi - 200 min pul mənimsəyib

Yüksək vəzifəli şəxs həbs edildi - 200 min pul mənimsəyibÖlkədə son illər uğurla həyata keçirilən dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Lakin, bəzi sahibkarlar tərəfindən ayrılmış vəsailərin təyinatı üzrə istifadə olunmaması, iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir. Belə ki, "Şahsevən Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Sonxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin idarə heyətinin sədri Fayəddin Fərmanovun rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşların razılığı olmadan onların adına kredit rəsmiləşdirməklə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən büdcə vəsaitləri hesabına ayrılaraq ona etibar edilmiş güzəştli kredit resursundan təyinatı üzrə istifadə etməyərək fondun 200.000 manat məbləğində pulunu mənimsəməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanıb və F.Fərmanova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda F.Fərmanovun digər cinayət əməllərini törədib-törətməməsi, eləcə də cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbiləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 8120   Tarix: 13 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021