Hüseyn Dəryanın arvadından reperin qızı haqda İNANILMAZ SÖZLƏR: "Canavar kimi..." - VİDEO

Hüseyn Dəryanın arvadından reperin qızı haqda İNANILMAZ SÖZLƏR: "Canavar kimi..." - VİDEO"Uşağıma heç kim artıq-əskik söz deyə bilməz, onu qorumaq üçün hər varianta əl ataram. Mən bir ana olaraq cavanar kimi caynaqlarımı çıxardıb oğlumu müdafiə edərəm. Uşağıma heç kim söz deyə bilməz".

Bu sözləri mərhum reper Hüseyn Dəryanın ikinci həyat yoldaşı Sona Muradova "Bizimləsən" verilişinin dünənki buraxılışında deyib.

Xəbər verdiyimiz kimi, mərhum reper Hüseyn Dəryanın qızı Ayşə "Bizimləsən" proqramına çıxaraq, Cahangir Dəryanın onun doğma qardaşı olduğundan əmin olmaq üçün DNT analizi olmasını tələb edib. Verilişin dünənki buraxılışında Hüseyn Dəryanın ikinci həyat toldaşı Sona Muradova efirə qoşularaq bütün söhbətlərə cavab verib. O bildirib ki, Ayşənin ondan bu testi tələb etməyə heç bir haqqı yoxdur. Efirə bağlanaraq nikah və Cahangirin doğum şəhadətnaməsini təqdim edən S.Muradova bildirib ki, Ayşə efirə anası tərəfindən öyrədilərək çıxardılıb:

"Cahangir anadan olduğu gündən Hüseyn onu oğlu, məni isə həyat yoldaşı kimi təqdim edib. Orada əyləşən xanımı Hüseyn rəhmətə gedəndə görmüşəm. O, hansı haqla məndən analizi tələb edir? 15 ildir eyni nömrəni işlədirəm, əgər belə bir şübhəsi var idisə, əlaqə saxlaya bilərdi. Məhkəməyə vermək istəyir versin. Ayşənin nə mənim, nə də Cahangirin üstündə heç bir mənəvi haqqı yoxdur ki, analiz istəsin. Hesabatını verəcəyim adam torpağın altdındadır. Həqiqətən Hüseyn Dəryanın qızıdırsa, birinci özü DNT etdirsin. O, uşaqdır və oraya öyrədilərək çıxarılıb. Ayşə onun qeyri-qanuni münasibətdən dünyaya gəlib. Artıq vəkilimlə danışmışam, o, mənə açıqlama verməyə icazə vermir. Ayşə efirə çıxıb mənə bohtan ataraq namusuma, şəxsiyyətimə mənəvi ziyan vurub. Ayşə Cahangirin uğurlarına sevinmir, verilişə çıxaraq demək istəyir ki, mən də varam. Buz söz-sösbətdən sonda ümumiyyətlə verilişə gəlmərəm. Cahangir hələ uşaqdır, bütün bunlar onun üçün əsəbdir. Oğlum bu hadisədən sonra Ayşəni bacısı kimi qəbul etmir. Əgər onu bacısı qəbul etsə belə, ana kimi südümü ona halal etmərəm. Ayşə verilişdə nə qədər istəyirsə, otursun, özü bilər. Sadəcə o, qəbul etmir ki, hər kəs Cahangirin arxasında dayanıb ona dayaq olur. Hüseyn Dərya haqqında çəkilən verilişlərə Cahangiri dəvət etdir. Ayşə isə bunu həzm edə bilmir. Bundan sonra da Hüseyn Dərya haqqında hər hansı veriliş çəkilsə, ora hər zaman mən dəvət ediləcəyəm".

Ayşə isə iddia edib ki, atası anası evli olarkən Sona ilə tanış olub. O zaman isə Hüseyn məcbur qalaraq Sona ilə evlənib.

"Atam sağ olanda qardaşımla tanış olmaq istəyirdim. O, isə deyirdi ki, Cahangir sənin mənəvi qardaşındır. Onda bunu başa düşmürdüm. İndi tələb edirəm ki, Cahangirin qardaşım olduğu təsdiq olunsun. İnanıram ki, o, qardaşımdır. Onun böyük bacısı olmaq, ona dəstək olmaq istəyirəm. Əgər siz analiz verməyə razı olmasanız, onda məcburam ki, məhməkə yolu ilə buna nail olum. Buna yaşım icazə verir və haqqım çatır".

Ayşənin anası, Hüseyn Dəryanın birinci arvadı da yayıma qoşularaq ayrılmağına səbəb kimi Sonanı göstərib:

"Ailəmizi Sona dağıtdı. Biz evli olanda Sona 17 yaşlı məktəbli qız idi. Həmin yaşda evli biri ilə görüşmək nə deməkdir? Xəyanətə dözməyib Hüseyndən ayrıldım. Heç bir qadın bunu qəbul etməz. Mənim rəsmi nikahım və kəbinim olub. El-adəti ilə gəlin getmişəm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2761   Tarix: 23 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Şəbnəm Tovuzlu, Damla, Kəmalə Günəşli... Bunlar oxuyan deyil, nöqtə!"

Əli Mirəliyevin açıqlamaları yenidən müzakirə mövzusu olub. xəbər verir ki, müğənni Əli Mirəliyev səsləndirdiyi fikirlərlə diqqət çəkib. Sənətçi bəzi tanınmış ifaçıların yaradıcılığı ilə bağlı sərt mövqe ortaya qoyaraq onları müğənni kimi qəbul etmədiyini bildirib. O, müasir musiqi mühitində təqdim oluna

2 iyun
.

Məşhur DJ Mahmut Orhan doğulduğu kənddə konsert verdi - VİDEO

Elektron musiqi səhnəsində beynəlxalq uğurları ilə tanınan DJ Mahmut Orhan doğulduğu kənddə təşkil etdiyi konsert proqramı ilə diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətinin Altıeylül rayonuna bağlı Kürsə kəndində səhnə quran sənətçi həmkəndliləri ilə bir aray

4 iyun
.

Qızları üçüncü dəfə evlənən atalarının toyuna gəldi: BAXIN NECƏ REAKSİYA VERDİLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayevin toyu olub. -ın məlumatına görə, üçüncü dəfə ailə quran sənətçinin toyunda digər nikahdan olan qızları da yer alıblar. İfaçının övladları "Qonaqcanlı" verilişinə açıqlama verərək, ona xoşbəxtlik arzulayıblar. Qeyd edək ki, Rəvan iki dəfə ailəl

31 may
.

Rəqsanənin əri ilə görüntüsü diqqət çəkdi - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəylə birlikdə görüntülənib. xəbər verir ki, cütlüyün səmimi anları jurnalist Şahin Cavadsoy tərəfindən mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Yayılan kadrlarda Rəqsanə İsmayılova və həyat yoldaşının xoş əhval-ruhiyyədə olduqları diqqə

3 iyun
.

"Başqa mahnı olsaydı, finala keçərdik"

"Nə dəstək, nə sevgi? Nə danışırsınız? Milli seçimdə mənə qarşı sevgi yox idi. Daha çox Eldara sevgi göstərirdilər, çünki oğlan idi. Qız olsaydı olmazdı. Oğlanlara paxıllıq etmirlər, daha çox qadınlara paxıllıq edirlər. Deyirdilər, bizdə qız yox idi, İngiltərədən gəlib? Çətinliklər çox idi"

29 may
.

6 ildən sonra səhnəyə qayıdan Şebnem Ferah pərəstişkarları ilə görüşdü - VİDEO

Türkiyənin məşhur rok müğənnisi və bəstəkarı Şebnem Ferah 6 illik fasilədən sonra yenidən səhnəyə çıxaraq pərəstişkarları ilə görüşüb. türk mediasına istinadən xəbər verir ki, sənətçi İstanbulda yerləşən KüçükÇiftlik Park məkanında baş tutan konsertdə sevilən mahnılarını səsləndirib. Konsertə maraq so

4 iyun
.

Şakiradan maraqlı ETİRAF

Şakira keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından dörd il sonra ilk dəfə şəxsi həyatı barədə səmimi şəkildə danışıb. xəbər verir ki, müğənninin sözlərinə görə, hazırda həyatında yeni münasibətlər üçün nə vaxtı, nə də emosional sahəsi qalıb. Bu yaxınlarda 49 yaşı tamam olan kolumbiyalı superuldu

27 may
.

"Qurban bayramını qəbul etmirəm, ət YEMİRƏM"

Müğənni Əminə Şirin sözləri ilə geniş müzakirəyə səbəb olub. xəbər verir ki, o, Quranda Qurban bayramının olmadığını deməsinə görə tənqidlərlə razılaşmayıb:. "Bayram günü paylaşdım ki, Qurban bayramı mənim üçün heyvan qətliamıdır. Bunu ailəlikcə qeyd etmirik. Müqəddəs kitabda da Qurban bayramı yoxdur

3 iyun
.

"Uzak Şehir"in ulduzları arasında gizli münasibət ortaya çıxdı​

Kanal D-nin reytinq rekordları qıran "Uzak Şehir" serialı bu dəfə aktyorlarının şəxsi həyatı ilə gündəmə gəlib. -a istinadən xəbər verir ki, serialda Şahin Albora obrazını canlandıran Alper Çankaya ilə Pakize rolunun ifaçısı Yaren Güldiken arasında münasibət yaşandığı ortaya çıxıb. Türkiy

30 may