Yuxudan başağrısı ilə oyananlar - Səhərlər baş niyə ağrıyır?

Yuxudan başağrısı ilə oyananlar - Səhərlər baş niyə ağrıyır?Çox insanlar müntəzəm olaraq səhərlər, elə yuxudan oyanandan baş ağrılarından, baş sızlamasından, təzyiq oynamasından şikayətlənir. Əslində insan normal yatıb yuxusunu aldıqdan sonra dincəldiyindən başı səhərlər ağrımamalıdır. Bəs bu əksinə baş verən prosesin səbəbi nədir?

Sonxeber.az medicina.az-a istinadən səhərlər baş ağrısının bir neçə səbəbini təqdim edir.

1.Siz yuxudan doymamısız

Orqanizmə sutkada 6-8 saat normal yuxu tələb olunur. Əgər insan bu normaya yaxın yatırsa, lakin günlərin bir günü bu normadan az və ya çox saat yatdıqda bədən panikaya düşür, özünü toparlaya bilmir, etiraz kimi reaksiyası baş ağrısı olur.

Bu zaman qanda adrenalin və noradrenalin hormonları aktivləşir, nəticədə ürək döyünmələri sürətlənir, təzyiq dəyişir, baş ağrıyır.
Bu halda istənilən ağrıkəsici ağrını kəsir. Amma yuxunu və saatını qaydaya salmaq lazım olacaq.

2.Həddən artıq çox yatmısız

Əgər yuxudan doymamaz, az yatmaq baş ağrı yaradırsa, deməli, normadan çox yatmaq da eyni hal yaşadır. Doktor Napolinin qeydinə görə, 9-10 saatdan artıq yatdıqda beyində serotonin hormonu azalır, qan dövranı pozulur, nəticədə baş ağrı yaranır.

Ona görə çox insanlar bazar günü çox yatanda dincəlmək əvəzinə, əksinə baş ağrı ilə üzləşirlər. Ona görə rejimdən çıxmaq olmaz. Bazar günü yatsanız da, saatı qurun ki, vaxtında oyana biləsiz.

3.Endorfin hormonu azdır

Sevinc hormonu hesab olunan endorfinin orqanizmdə ən az həddə olduğu vaxt səhərdir. Elə insanlar var ki, onlarda bu hormon ümumiyyətlə azdır. Bu da baş ağrı verir.
Professor Mark Xorsendi deyir ki, bu hormon az olduqda baş damarları sıxılır, qan dövranı pozulur, baş ağrıyır. Belə olan halda dərman yox, fiziki aktivlik, qaçış, idman, gimnastika sizi xilas edə bilər. Çünki yalnız bu halda endorfin səviyyəsi qalxır.

4.Axşam çox alkoqol qəbul etmisiz

Sərxoşluq, alkoqol içki səhər baş ağrısının birinci səbəbidir. Alkoqol orqanizmi susuzlaşdırır, qanın ümumi dövranı düşür, hüceyrələrə az qan gedir, onlar acır, yuxu normal olmur, səhər isə baş ağrısı ilə oyanırsız. Bu halda sizə çox maye, adi su və elektrolit içkilər kömək edə bilər. Su balansını tənzimləmək mütləqdir.

5.Siz xoruldayırsız

Xorultu apnoe yaradır, yəni nəfəs çatışmazlığı. İnsan yuxuda ikən 20-30 saniyə tənəffüsü demək olar ki, dayanır. Bu hal gecə boyu 3-5 dəfə baş verdiyindən beyində oksigen aclığı yaranır, kəllədaxili təzyiq artır, baş ağrısı başlayır. Bu probleminiz varsa LOR həkim müayinəsi və xüsusi müalicə vacibdir.

6.Günboyu çox kofein qəbul etmisiz

Kofein - əslində yüngül narkotik maddə hesab edilir. Əgər bir insan gün ərzində 3-4 qutu energetik içki, kofe və s. içirsə, onun yuxusu normal olmur. Ən pisi odur ki, insan gündəlik dozanı azaltdıqda və ya kofeindən imtina etmək istədikdə, orqanizm vərdişindən asanlıqla əl çəkmək istəmir və üsyan edir. Ona görə kofemanlar səhər oyanan kimi dərhal bir fincan qəhvə qəbul edir. Əgər etməsə, baş mütləq ağrıyacaq.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4992   Tarix: 28 fevral 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

500 min nəfərin nəticələri təhlil edildi: 8 saatlıq yuxu qaydası nəticəsiz imiş

Uzun illər sağlam həyatın əsas qaydalarından biri kimi qəbul edilən "8 saatlıq yuxu" ilə bağlı ənənəvi yanaşma yeni araşdırmalarla yenidən müzakirə olunur. Alimlərin qənaətinə görə, həm az, həm də həddindən artıq yuxu orqanizmin bioloji qocalma prosesini sürətləndirə bilər. Sağlam yaşlanm

5 iyun
.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31 may
.

Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var

Qocalma prosesi hər zaman eyni sürətlə və düz xətt üzrə getmir. "Stanford Universiteti"nin rəhbərliyi ilə aparılan mühüm bir elmi araşdırma insan bədənində qocalma ilə bağlı molekulyar dəyişikliklərin xüsusilə 44 və 60 yaş civarında kəskin şəkildə sürətləndiyini ortaya qoyub. xəbər verir ki

31 may
.

İltihabı zəncəfildən daha təsirli şəkildə aradan qaldıran 8 qida

İltihab təkcə zədə və ya ağrıdan sonra yaranan şişkinlik deyil. Bədəndə illərlə səssiz şəkildə davam edən xroniki iltihabın ürək-damar xəstəlikləri, diabet və artrit kimi problemlərin inkişafı ilə əlaqəli olduğu elmi araşdırmalarda göstərilir. Buna görə "iltihabı azaltmaq üçün nə yemək lazımdır"

1 iyun
.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə

31 may
.

Eyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "The New Yor

6 iyun
.

Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Dərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır. Axşam.az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskin

6 iyun
.

Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq

Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir. xəbər verir ki, mütəxəssisləri

31 may
.

Sobalardakı mavi və narıncı alovların fərqi - SAĞLAMLIĞA TƏSİRİ VAR

Çoxumuzun yemək bişirərkən diqqət etmədiyi soba alovunun rəngi həm xərclərinizə, həm də sağlamlığınıza birbaşa təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı narıncı və sarı alovlar ciddi risklər yaradır. " "a istinadla xəbər verir ki, evlərimizdə hər gün bilmədən rastlaşdığımı

14 iyun