AZAL aviabilet qiymətlərini açıqlayıb

AZAL aviabilet qiymətlərini açıqlayıb"Azərbaycan Hava Yolları" (AZAL) Azərbaycanın hava limanlarından olan uçuşlarda büdcə tarifi üzrə hər iki tərəfə aviabilet qiymətlərini açıqlayıb.
Sonxeber.az bildirir ki , AZAL-dan verilən məlumata əsasən, yeni konsepsiya çərçivəsində bu il fevralın 1-dən etibarən "Azərbaycan Hava Yolları"-nın daha çox tələbatın olduğu reyslərində ekonom sinfinin üç tarif kateqoriyası - "Budget", "Discount" və "Comfort" mövcud olacaq. Artıq yanvarın 15-dən etibarən bu tariflər üzrə aviabilet əldə etmək mümkün olacaq.
Məlumata görə, "Budget", "Discount" və "Comfort" tarif qaydaları təyyarə göyərtəsində yemək nəzərdə tutmur və yalnız əl yükü (çəkisi 8 kq-dək) daşınmasına icazə verilir. Sərnişin kassada bilet aldığı zamanı əvvəlcədən qaynar yemək sifariş verə bilər, veb-sayt üzərindən sifariş verdiyi halda isə bu barədə call-center vasitəsilə (+99412 598-88-80 və ya *8880) məlumat verə bilər. Eyni zamanda sərnişinlər təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı əldə edəcəklər.
Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 12 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq.
Aşağıda cədvəldə qeyd edilən istiqamətlər üzrə ən ucuz aviabiletləri onların dəyişdirilməsi və geri qaytarılmasını nəzərdə tutmayan "Budget" tarifinin əvvəlcədən bron edilməsi zamanı almaq mümkün olacaq. "Discount" tarifinin qaydaları 40 avro məbləğində cərimə olunmaqla uçuşa qədər aviabileti geri qaytarmaq və ya vaxtını dəyişdirmək imkanı verəcək. "Comfort" tarifi üzrə aviabileti uçuşa qədər əlavə maliyyə sanksiyaları olmadan, uçuşdan sonra isə cərimə olunmaqla dəyişmək və ya geri qaytarmaq mümkün olacaq.
Qeyd edək ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) reqlamentinə əsasən, qlobal bron sistemləri vasitəsilə bron edilən Azərbaycanın bütün beynəlxalq sərnişin aviadaşımalarının qiymətləri vahid Avropa valyutası olan avro ilə formalaşır. Bu qarşılıqlı hesablaşma qaydası İATA-nın Avropa zonasının digər ölkələrində də tətbiq olunur.
AZAL-dan bildirilib ki, ölkə qanunvericiliyinə əsasən bütün hesablaşmalar ödəniş günü Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla həyata keçirilir.
Xatırladaq ki, ölkə daxilində hava nəqliyyatı ilə sərnişindaşıma qiymətləri dəyişməz qalıb. Belə ki, Bakı-Naxçıvan reysinin qiyməti 50 manat, Bakı-Gəncə reysinin qiyməti isə 30 manatdır.
"Budget" tarifi üzrə istiqamətlərin qiymətləri (avro ilə)
İstiqamət (hava limanı) Bir tərəfə (uçuş Bakıdan olmaqla)
Hər iki tərəfə (uçuş Bakıdan olmaqla)
Tbilisi 69 99
Tehran 79 99
Aktau 79 99
Mineralnıye Vodı 79 99
Moskva ("Vnukovo") 89 129
Moskva ("Domodedovo") 89 129
İstanbul ("Sabiha Gökçen") 89 139
Alanya 89 139
İstanbul ("Atatürk") 99 139
Antalya 99 139
Dubay 99 139
Kazan 99 129
Ankara 109 149
Kiyev 109 149
Minsk 119 149
Sankt-Peterburq 129 199
Lvov 139 199


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2110   Tarix: 15 yanvar 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ

May ayının sonlarına doğru havaların isinməsi uşaqlar arasında mövsümi xəstəliklərin artmasına səbəb olur. -in məlumatına görə, məktəblərin bağlanmasına az qalmış uşaqların daha çox açıq havada vaxt keçirməsi, dondurma və soyuq içkilərə marağın artması bəzi sağlamlıq problemlərini də özü ilə gətirir

26 may
.

"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ

Africa-Azerbaijan Cooperation təşkilatının təsisçisi və icraçı direktoru Rəna Qəfərova Afrika istiqaməti, Azərbaycan-Afrika əməkdaşlığı, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən görüşlər və gələcək biznes missiyaları ilə bağlı -a müsahibə verib. -BMT-nin Ümumdüny

25 may
.

Sürücülərə şad XƏBƏR: Alternativ yol salınır

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürüc

27 may
.

Qurban ibadətinin mahiyyəti - İlahiyyatçı açıqlayır

Qurban bayramı hər il müsəlman dünyasında həm dini, həm də sosial baxımdan mühüm hadisə kimi qeyd olunur. Bu günlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri qurban ibadətinin müasir dövrdə necə anlaşılması və düzgün şəkildə icra olunmasıdır. İlahiyyatçı Tural İrfan Qaynarinfo-ya açıqlamasında b

26 may
.

Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək

"Bakı Metropoliteni" QSC-də investisiya mühitinin cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb olunub və 10 prioritet istiqamət üzrə xüsusi proqram hazırlanıb". xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktor

27 may
.

Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?

İsti havalarda adi qalın telefon üzlüyü smartfonun dostundan düşməninə çevrilə bilər. O, cihazın istiliyi xaric etməsini ciddi şəkildə zəiflədir, əlavə qızmaya səbəb olur və batareyanın daha sürətlə köhnəlməsinə gətirib çıxarır. -a istinadən bu təhlükələri təqdim edir:. İstiliyi necə artırır?. "Üzlüyü

27 may
.

Sabah 30 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətl

26 may
.

Bu qurbanlıq heyvan 16 740 manata satılır

Müsəlman dünyası müqəddəs Qurban bayramına hazırlaşır. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bingöl Heyvandarlıq Bazarında qurbanlıq heyvan xüsusilə diqqət çəkib. Belə ki, 1,5 ton ağırlığında olan "Tosun Paşa" adlı öküz rekord qiymətə satılıb. Heyvan 450.00 türk lirəsinə (16 740 AZN

25 may
.

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 7-si I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. DİM-ə istinadən xəbər verir ki, iyunun 7-si II ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtaha

26 may