"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ

"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏAfrica-Azerbaijan Cooperation təşkilatının təsisçisi və icraçı direktoru Rəna Qəfərova Afrika istiqaməti, Azərbaycan-Afrika əməkdaşlığı, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən görüşlər və gələcək biznes missiyaları ilə bağlı Sonxeber.az-a müsahibə verib.

-BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycan üçün nə ilə yadda qaldı?

-BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF13) 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycan üçün çox mühüm beynəlxalq hadisə oldu. Bu tədbir Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf, yaşıl logistika və beynəlxalq əməkdaşlıq sahəsində artan rolunu bir daha nümayiş etdirdi. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən nümayəndələr, dövlət qurumları, investorlar və beynəlxalq təşkilatlar Azərbaycana gəldi.

-Africa-Azerbaijan Cooperation olaraq forumda iştirakınız necə oldu?

-"Africa-Azerbaijan Cooperation" olaraq forum çərçivəsində bir sıra mühüm görüşlər keçirdik. Afrikadan gələn qonaqlarla Azərbaycanın biznes, logistika, kənd təsərrüfatı, şəhərsalma və investisiya imkanları barədə geniş müzakirələr aparıldı. Görüşlər olduqca faydalı və səmərəli keçdi. Biz Afrika ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni əlaqələr qurduq.

Forum çərçivəsində həmçinin Qvineyanın Şəhərsalma, Mənzil və Ərazi İnkişafı naziri Mohamed Lamine Sy Savané ilə də görüşümüz oldu. Görüş zamanı Azərbaycan ilə Qvineya arasında şəhərsalma, tikinti, infrastruktur və investisiya sahələrində əməkdaşlıq imkanları müzakirə edildi. Qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıldı. Nazir Azərbaycanın inkişaf modeli və beynəlxalq forumların təşkili sahəsində əldə etdiyi təcrübəni yüksək qiymətləndirdi.

-Forum çərçivəsində təşkil etdiyiniz panel barədə nə deyə bilərsiniz?

-BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin pavilyonunda, "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Yaşıl Təchizat Zəncirində Yaşıl Logistika və Afrika Qitəsinə İnteqrasiya" mövzusunda paneldə speaker kimi iştirak etdim.
Panel zamanı yaşıl logistika, dayanıqlı təchizat zənciri, Afrika qitəsi ilə iqtisadi inteqrasiya, beynəlxalq əməkdaşlıq və yeni biznes imkanları ilə bağlı aktual mövzular müzakirə olundu.

Afrikalı qonaqların Azərbaycana marağı necə idi?

-Afrika ölkələrindən gələn nümayəndələr Azərbaycana böyük maraq göstərdilər. Xüsusilə şəhərsalma, tikinti, logistika, kənd təsərrüfatı, turizm və sənaye sahələrində əməkdaşlıq imkanları diqqət mərkəzində oldu. Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi afrikalı qonaqlar tərəfindən yüksək qiymətləndirildi.

-25 May - Afrika Günü ilə bağlı nə demək istərdiniz?

25 May dünyada Afrika Günü kimi qeyd olunur. Bu gün Afrika ölkələrinin birliyi, inkişafı və beynəlxalq əməkdaşlığının simvoludur. Biz də Africa-Azerbaijan Cooperation olaraq Afrika ölkələri ilə Azərbaycan arasında iqtisadi, ticarət, investisiya və humanitar əlaqələrin inkişafına daim dəstək veririk. İnanırıq ki, gələcəkdə Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq daha da genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir.

-Africa-Azerbaijan Cooperation-un növbəti layihələri nələrdir?

-Africa-Azerbaijan Cooperation olaraq növbəti beynəlxalq biznes missiyamız 21-27 iyun 2026-cı il tarixlərində Qana Respublikasına təşkil olunacaqdır. Səfər çərçivəsində Akkra şəhərində yerli dövlət qurumları, biznes nümayəndələri və şirkətlərlə B2B görüşlər, forumlar və müəssisə ziyarətləri planlaşdırılır.
Biz yerli sahibkarlarımızı bu biznes missiyasında iştirak etməyə dəvət edirik. Qana Afrika qitəsinin təhlükəsiz, siyasi və iqtisadi baxımdan sabit, bazarı sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkədə tikinti, kənd təsərrüfatı, logistika, qida sənayesi, turizm, enerji və müxtəlif istehsal sahələrində böyük biznes imkanları mövcuddur.
İnanırıq ki, bu biznes missiyası Azərbaycan sahibkarları üçün yeni tərəfdaşlıqların qurulması və Afrika bazarına çıxış baxımından mühüm imkan yaradacaqdır.
"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ"Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlıq genişlənəcək və yeni layihələr həyata keçiriləcəkdir" - Rəna Qəfərova ilə MÜSAHİBƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 569   Tarix: 25 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" yeni nazir müavininin dosyesini təqdim edir:. Sadiq Cabir oğlu Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratur

30 oktyabr
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31 oktyabr
.

Gələn il maaşlar BU QƏDƏR ARTACAQ

2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması gözlənilir. İqtisadi göstəricilər və inflyasiya səviyyəsi nəzərə alınmaqla, artımın 10-15 faiz arasında ola biləcəyi ehtimal edilir. Minimum əməkhaqqının artırılması zamanı əhalinin alıcılıq qabiliyyəti ilə yanaşı, biznes sektorunun imkanlarını

1 noyabr
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31 oktyabr
.

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI

Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:. "Yaşayı

1 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sahil Babayevə yeni müavin təyin edildi - Foto

Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o bu günə qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, hazırda maliyy

30 oktyabr
.

Azərbaycanlı alim vəfat etdi - Fotolar

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. Bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. O bildirib ki, Surxay Əkbərov təxminən 35 il Türkiyənin İstanbul Texniki Universiteti və Yıldız Texnik

31 oktyabr
.

Bu cərimənin məbləği KƏSKİN AZALIR

İşçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürənlər işçilərin əmək stajını nəzərə alaraq onları əvvəlcədən xəbərdar etməli və müvafiq işdənçıxarma müavinəti ödəməlidirlər. yenisabah-a istinadən xəbər verir ki, bu təminatlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsind

1 noyabr