Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - Azərbaycanda

Sabah istehsal olunacaq yumurta bu gün satışa çıxarıldı - AzərbaycandaÖtən gün "OBA" marketlər şəbəkəsində üzərində istehsal tarixi 15.03.19-cu il göstərilmiş yumurtalar satışa çıxarılıb.

Həmin yumurtalar Yasamal rayonu ərazisində yerləşən mağazaların birində satılıb.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən üzərində istehsal tarixi 15.03.2019-cu il göstərilmiş yumurtalarla bağlı məlumat mediadan götürülərək araşdırmalara başlanılıb.

AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırmaların nəticəsində qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək:

"Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".

Sosial   Baxılıb: 431   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR