Azərbaycanda yüksək vəzifəli məmur həbsdən çıxdı

Azərbaycanda yüksək vəzifəli məmur həbsdən çıxdıKeçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxıb.

Sonxeber.az "qafqazinfo" ya istinadən xəbər verir ki, sabiq aparat rəhbəri bu gün səhər saatlarında məhkəmədən sərbəst buraxılıb, o yaxınlarının müşayiəti ilə birbaşa evinə yollanıb.

Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.

Kriminal   Baxılıb: 2109   Tarix: 15 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR