"O, özünü "siyasi oğru" hesab edir?" - Əli İnsanovun açıqlamasına reaksiyalar

"O, özünü "siyasi oğru" hesab edir?" - Əli İnsanovun açıqlamasına reaksiyalarMüxalifət dediyimiz düşərgə özünü demokratik, çağdaş dünyanın prinsipləri ilə ayaqlaşan düşərgə hesab edir. Əli İnsanovsa təklif edir ki, ailə-məişət mövzularında nəinki mühafizəkar olaq, həm də oğru qanunları ilə davranaq. Bu, ciddi bir təzaddır. Mənə elə gəlir ki, o, bu məsələyə xüsusi aydınlıq gətirməlidir.

Bu sözləri teleqraf.com-a açıqlamasında "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib.

Əli İnsanovun həbsdən çıxmasından sonra ilk yazını yazanlardan biri olduğunu söyləyən Rauf Arifoğlu sabiq nazirin həbsdə olarkən cinayətkar dünyanın qaydalarına hörmətlə yanaşması və buna görə həyat yoldaşı ilə 14 il görüşməməsi faktına xüsusi diqqət ayırmadığını vurğulayıb: "Bu, hər bir şəxsin özünün seçimidir, həbsxanada ailəsi, yaxınları ilə görüş qrafikini özü müəyyən edə bilər. Doğrudan da Əli İnsanov həmin müddət ərzində ailə üzvləri ilə həbsxanada görüşməyib, bu da onun bir sıra keyfiyyətlərinin göstəricisidir. Lakin əgər bu insan ictimai fiqurdursa və hakimiyyətə gəlmək, yaxud müxalif düşərgəyə rəhbərlik etmək iddiasındadırsa, bir az fərqli davranmalıdır. Onun bütün keyfiyyətləri mütləq təftiş olunacaq. Bu baxımdan onun iddia etdiyi status və o cür davranış norması bir-birinə uyğun gəlmir. Əli İnsanov ailə-məişət münasibətləri, dar gündə ailə üzvlərinin bir-biri ilə davranış normalarını oğru qanunlarına görə təklif edirsə və bunu gələcəkdə Azərbaycana model kimi gətirmək istəyirsə, bu, böyük təhlükədir. Çünki həbsxanalar ayrı, cəmiyyət ayrıdır. Azərbaycanda isə biz açıq cəmiyyət olmasını istəyirik".

Rauf Arifoğlunun fikrincə, belə bir şəxsin, ümumiyyətlə, siyasətə buraxılması risklidir: "Bu dəyərlərlə yaşayan insanın siyasətə, onun mərkəzinə gətirilməsi Azərbaycanda mövcud olan dəyərlərə münasibətdə türk irqi üçün müəyyənləşən əxlaq-davranış və ailə-məişət münasibətlərinə tamamilə ziddir. Çətin gündə türkün qadını da döyüşə qoşular, ərinin yanında, arxasında olar. O cümlədən, türmədə yatmış birisi kimi mən də deyirəm ki, dar gündə ailəmin nəinki mənəvi cəhətdən, həm də həbsxanada belə yanımda olduğunu hiss elədim, buna imkan verdim. O mərhələni mənimlə birgə yaşadılar və hesab edirəm ki, bu, ailəm, uşaqlarım üçün lazım idi. Bununla bağlı Əli İnsanovu qınayıram, təklif edirəm ki, bu məsələyə yenidən aydınlıq gətirsin. İzahat versin, bu, onun ailə-məişət münasibətlərinə baxışıdırmı, Azərbaycana bu modelimi təklif edir? Bilirsiniz ki, ümumiyyətlə, oğruların ailəsi olmur, özünü "siyasi oğru"mu hesab edir, yoxsa sadəcə həyəcanlı anda bir anlıq hissə qapılıb belə deyib. Buna xüsusi aydınlıq gətirilməsində fayda var".

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin sözlərinə görə, ölkədə qalmaq və siyasətlə məşğul olmaq hər bir Azərbaycan vətəndaşının, o cümlədən, Əli İnsanovun konstitusion hüququdur.

Siyasətdən heç vaxt uzaqlaşmadığını deyən Əli İnsanovun oğruların qanunlarına hörmətdən danışmasına gəlincə, Pənah Hüseyn hesab edir ki, ailə istər mənsub olduğumuz dini, istərsə yaşadığımız müasir bəşəri dəyərlər, eləcə də Azərbaycanın milli əxlaq və şüuru baxımından cəmiyyətin əsası kimi qəbul olunur və müqəddəsdir: "Azərbaycan vətəndaşı, müsəlman, bir insan olaraq mən bu qayda və qanunlarla yaşayıram. Bizim dəyərlərimiz bundan ibarətdir. Digərləri hansı dəyərləri özləri üçün əsas götürürsə, bu, artıq onların işidir. Ümumiyyətlə isə düzdür, hörmətli Əli müəllimin dediyi sahəyə o qədər bələd deyilik, amma məncə, akademikin dediyi aləmdə də elə bir qanun yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3134   Tarix: 20 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021