Özəl klinikalarda bir analizdə qiymət uçurumu : "Baku Clinic" 240, "Medicus" 80 manat - Böyük fərqin səbəbi

Özəl klinikalarda bir analizdə qiymət uçurumu : "Baku Clinic" 240, "Medicus" 80 manat - Böyük fərqin səbəbiBakı şəhərində fəaliyyət göstərən bir çox klinikalarda müxtəlif xəstəliklərlə bağlı analizlərin qiymətləri arasında az qala uçurum var. Analizlər qiymətləri bir-birindən kəskin şəkildə fərqlənir.

Eyni analizə bir klinika, misalçün, 1 manat istəyirsə, başqa bir klinika həmin analizə görə 5 manat tələb edir. Bəs, bunun səbəbi nədir? Analiz qiymətlərinin daha yüksək olduğu klinikalarla qiymətlərin aşağı qiymətə olduğu klinikaların verdiyi nəticələr arasında da fərq varmı? Bəlkə qiymətlərin nisbətən daha ucuz olduğu xəstəxanalar xəstələrə yanlış diaqnozlar qoyur?

Misalçün, oxucularımızdan biri hepatit xəstələri üçün təyin edilən polimeraz zəncir reaksiyası analizi (PZR) üçün "Baku Clinik"də 240 manat, "Sağlam Ailə" klinikasında 128 manat, "Medicus" klinikasında isə 78 manat istədiklərini bildirib.

Medicina.az klinikaların həyata keçirdiyi sözügedən analizin bir-birindən nə ilə fərqləndiyini və bu analizlərin qiymət fərqinin nəyə əsaslandığını aydınlaşdırmağa çalışıb.

Hepatoloq Könül Mahmudova Medicina.az-a açıqlamasında deyib ki, hər klinikada həyata keçirilən analiz bir-birindən texnologiyasına görə fərqlənir:

"Bəzi klinikalarda PZR analizinin qiymətinin baha olmasının səbəbi isə tam olaraq avtomatlaşdırılması və son model qurğulardan istifadə etmələridir. Nisbətən ucuz qiymətə təklif edilən klinikalarda bu proses yarı əllə, yarı avtomat olmaqla həyata keçilir. Təbii ki, kinikalar bu qurğuları xaricdən baha qiymətə gətirdiyi və daha bahalı reaktivlərdən istifadə etdikləri üçün təklif etdikləri analiz qiymətləri də baha başa gəlir".

K.Mahmudova onu da deyib ki, həkimlər müalicə etdikləri xəstələrin analiz cavablarının daha dəqiq olması üçün onlara bir sıra klinikaları məsləhət görürlər, çünki müasir aparatlarla həyata keçirilən PZR analizi xəstənin qanında olan hepatit virusu haqda həkimə dəqiq məlumat verir.

Tanınmış həkim Vaqif Qarayev isə Medicina.az-a bildirib ki, PZR analizi Azərbaycanda bütün klinikalarda eyni texnologiya ilə həyata keçirilir: "Burada qiymətlərin fərqli olması təəccüblüdür. Çünki bu analiz zamanı eyni avadanlıqlardan və maddələrdən istifadə edilir".

Bununla belə, həkim deyib ki, hər klinikanın özünün daxili qaydaları və tətbiq etdiyi qiymət cədvəli var: "Burda qiymətlərin bu qədər kəskin şəkildə fərqli olması isə klinikaların tətbiq etdiyi daxili qaydalara əsaslanır".

Qeyd edək ki, PZR analizi hepatit də daxil olmaqla, bir çox virus xəstəlikləri zamanı müalicə müddətində xəstəyə vaxtaşırı olaraq təyin edilir. Analiz nəticəsində virusun qandakı yüklülük miqdarı təyin edilir və növbəti müalicə kursu bu analizin cavabına uyğun təyin edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5689   Tarix: 03 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Mediada azyaşlıların üzünün açıq şəkildə göstərilməsi nə dərəcədə düzgündür? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər mediada uşaqların üzlərinin açıq şəkildə yayımlandığı hallara tez-tez rast gəlmək olur. Bu, sadəcə görüntü paylaşımı deyil - uşaqların təhlükəsizliyinə birbaşa təsir edir və psixoloji, sosial problemlərə səbəb ola bilər. Media qurumları uşaqların hüquqlarını və təhlükəsizliyini ön planda saxlamalı

19 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - Foto

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı ötən gün vəfat edən həmkarı Ağakərimin (Kərim Novruzov) dəfninə əklil göndərib. "Qafqazinfo" xəbər verir ki, əklilin üzərində "Rəşad Dağlının adından əziz xatirəsinə" sözləri yer alıb. Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb

20 dekabr
.

Dərsdən qayıdanda vaqonun üstünə çıxıb şəkil çəkdirmək istəyibmiş... - Video

Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub. Bədbəxt hadisə Bakı-Qazax dəmir yolu xəttinin Kürdəmir ərazisindən keçən hissəsində baş verib. Qafqazinfo xəbər verir ki, 9-cu sinif şagirdi olan rayon sakinini dəmir yolu üzərindəki yüksək gərginlikli cərəyan vurub və qəfildən yanğı

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

Avtobuslarda ödənişlə bağlı YENİLİK - Mümkün oldu

Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir. Layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttind

20 dekabr