Bakı bulvarı necə yaranıb? - Yeni sənədlər tapıldı
Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.
Sonxeber.az xəbərverir ki, Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.
Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da "Kaspi" qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.
Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.
Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1920 Tarix: 06 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nərgiz Paşayevanın qızı Kannda - Fotolar
"Nargis" nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova Kann Film Festivalında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Ülviyyə Mahmudova bu haqda sosial şəbəkə hesabında görüntülər paylaşıb. O, paylaşımında "Vivienne Westwood"dan qırmızı vintaj libas və "Bvlgari"
18 mayBakı-Tbilisi qatarı 6 il sonra açılır - Bu tarixdən
Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur. "Qafqazinfo" "yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarə
18 mayBakıxanovda yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar əraziyə dərhal FHN-i
18 mayÇingiz Mustafayev "Space FM"ə direktor təyin olundu
"DJ Çina" ləqəbi ilə tanınan radio aparıcısı Çingiz Mustafayev yeni vəzifəyə təyin olunub. Qaynarinfo xəbər verir ki, o, "Space FM" radiosunun direktoru vəzifəsini icra edəcək. Çingiz Mustafayev təyinatı ilə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında yeni vəzifəy
19 mayÖmər Bulut: Mənzil yoxsulluqla mübarizədə əsas amil kimi çıxış edir
Mənzil təhlükəsiz yaşayışın, ailə dəyərlərinin möhkəmləndirilməsinin, təhsil və məşğulluğun əldə edilməsinin, ictimai proseslərdə iştirakın və yoxsulluğun qapalı dairəsinin aradan qaldırılmasının əsas komponenti kimi çıxış edir. "Report" xəbər verir ki, belə bir bəyanatla Türkiyənin ətraf mühit
17 mayAzərbaycan və UN-Habitat gələcək WUF-lar üçün təlimat hazırlayacaq
Azərbaycan və UN-Habitat gələcək Ümumdünya Şəhərsalma Forumlarının keçirilməsi üzrə məlumat-əməliyyat təlimatı hazırlamaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13
17 mayTürkiyə və Azərbaycan ekologiya sahəsində müqavilələr imzalayacaq
Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömə
17 may