Sadə test neçə saata öləcəyinizi deyir

Sadə test neçə saata öləcəyinizi deyirBeynəlxalq alimlər qrupu müəyyən edib ki, sadə bir göz reaksiyası testi həkimlərə xəstənin həyatının son saatlarında olub-olmadığını daha dəqiq müəyyən etməyə kömək edə bilər. Söhbət buynuz qişa refleksinin, yəni gözə toxunduqda yaranan avtomatik qırpma reaksiyasının yoxlanılmasından gedir.

Lent.az xəbər verir ki, tədqiqat Cənubi Koreyada Kyonqsan Milli Universitet Xəstəxanasında, həkim Çon Hun Kanqın rəhbərliyi ilə aparılıb.

Tədqiqat çərçivəsində xərçəngin son mərhələsində olan 112 hospis xəstəsi müşahidə edilib. Tibb işçiləri gün ərzində bir neçə dəfə steril tampon vasitəsilə xəstələrin gözünə yüngül toxunaraq bu refleksi yoxlayıblar. Nəticələr göstərib ki, buynuz qişa refleksini itirən xəstələrdə növbəti 24 saat ərzində ölüm ehtimalı 70 faizdən çox olur və bu risk refleksi qorunan xəstələrlə müqayisədə beş dəfədən artıq yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, bu refleks beyin kötüyünün fəaliyyəti ilə bağlıdır. Məhz bu beyin hissəsi nəfəsalma və şüur kimi həyati funksiyaları idarə etdiyindən, refleksin itməsi xəstənin vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərə bilər. Bununla belə, həkimlər qeyd edirlər ki, bu test təkbaşına tam dəqiq nəticə vermir və digər klinik əlamətlərlə birlikdə qiymətləndirilməlidir.

Araşdırma ilə bağlı fikirlərini bölüşən Devid Huey nəticələri ümidverici adlandırsa da, onların yalnız son mərhələdə olan xərçəng xəstələrinə aid olduğunu və daha geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıb. Alimlər yaxın gələcəkdə bu metodun müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentlər üzərində də sınaqdan keçirilməsini planlaşdırırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3753   Tarix: 17 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır

Hər evdə, salonda heç nədən xəbəri olmadan yetişdirilən bu bəzək bitkisi az qala bir uşağın həyatına son qoyurdu. Türkiyənin Tokat bölgəsində 2 yaşlı uşağın yarpağından bir parça dişləməsi ilə başlayan kabus reanimasiyada bitib. xəbər verir ki, difenbaxiya bitkisi bitkidən qopardığı kiçik bir parçan

3 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr