ANS məsələyə məsuliyyətsiz yanaşıb
"ANS-lə bağlı MTRŞ-nın verdiyi bütün qərarlar qanuna əsaslanıb". Sonxeber.az məlumat verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, MTRŞ ANS-in iradlarını qətiyyətlə rədd edir: "MTRŞ seriallara görə ayrılan pulları qəpiyinə qədər televiziyalara ödəyib. ANS televiziyasına isə 1 milyon 760 min pul köçürülüb. Kanal məsələyə məsuliyyətsiz yanaşıb. İyul ayında bitməli olan serial bitməyib. ANS rəhbərliyi avqustda bizə müraciət edib ki, serialın adının dəyişdirilməsinə razılıq verin. Biz də bunu qəbul etmədik və onları məhkəməyə verdik".
N.Məhərrəmli qeyd edib ki, MTRŞ-nın hansısa televiziyaya qarşı qərəz göstərməsi halı yoxdur və bununla bağlı deyilənlər həqiqətə uyğun deyil: "Biz verdiyimiz qərarların doğruluğuna əminik".
N.Məhərrəmlideyib ki, ANS MTRŞ-ya qarşı haqsız ittihamlar yağdırır: "Əgər qanun pozulubsa Teleradio Şurası buna qarşı tədbir görür. Bizim bütün qərarlarımız qanuna əsaslanır. Belə olan halda kim bizi məsuliyyətə cəlb edə bilər? Şura bir sıra verilişləri bağlayanda, qərarını əsaslandırır".
Qeyd edək ki, yanvarın 22-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığı, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyi, faktlar və hadisələrin ədalətli şərh olunmadığı, birtərəfliliyə yol verildiyi nəzərə alınaraq, "Televiziya və radio yayımı haqqında" qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində "Hesabat" analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2072 Tarix: 23 yanvar 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR
Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu d
21 dekabrQoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş
İnnovasiya və Təchizat Mərkəzi "Medeks" şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo-nun məlumatına görə, müqavilədə tibbi sərf mallarının satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 865 346,51 manatdır. İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin reyest
20 dekabrBeyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Beyləqanda bədbəxt hadisə baş verib. Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib. Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməy
20 dekabr"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrPensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...
"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə
21 dekabrSaxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB
Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub
20 dekabr