Qarabağda Ermənistana dəhşət yaşadacaq gediş - Azərbaycan B planını İŞƏ SALIR

Qarabağda Ermənistana dəhşət yaşadacaq gediş - Azərbaycan B planını İŞƏ SALIR"Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Hələ ki, bu müharibədə son nöqtə qoyulmayıb. Müharibəyə paralel olaraq, ölkələr arasında həm də informasiya qarşıdurması var. Düşmən çalışır ki, Azərbaycana güclü tərəf kimi psixoloji təsir göstərsin. Özünün zəif olduğunu bu yolla ört-basdır edir".

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Ermənistanın siyasi dairələrinin son günlər səsləndirdiyi ziddiyyətli bəyanatlara Azərbaycan tərəfinin tutarlı və qətiyyətli reaksiya verməsindən danışan politoloq bildirib ki, son günlər həm xarici işlər, həm də müdafiə nazirlərinin bu dueldə iştirakı onu göstərir ki, prinsip etibarilə, tərəflər vəziyyətin ağırlaşdığını dərk edirlər:

"Bu, ilk növbədə, Ermənistana daha çox şamil olunmalıdır. Çünki Ermənistan siyasi prosesin pozulmasında, onun iflic vəziyyətə düşməsində birbaşa günahkardır. Əgər Ermənistanın, həqiqətən də, bir az ağlı olsaydı, bu yoldan geri qayıdardı. Tutduğu mənfur mövqedən əl çəkərdi. Lakin belə bir addım atılmır. Niyə? Çünki onlar üçün Dağlıq Qarabağ münaqişəsi, sözün əsl mənasında, həlli tapılmayan dilemmaya çevrilib. Digər tərəfdən iqtisadi vəziyyətləri iflic olduğu üçün çalışırlar ki, heç olmasa, bu zəmində öz durumlarını düzəltsinlər. Dünya birliyinə qayıtsınlar. Çünki Ermənistan, həqiqətən, bir dövlət kimi mövcuddursa, onların dəst-xətti müşahidə olunmalıdır. Bu situasiya özü-özlüyündə nadir ələ düşər. Bir yandan dövlət var, xalq mövcuddur, digər tərəfdən isə bu xalqın dünya səviyyəsində nə rolu, nə bir addımı yoxdur. Ona görə də onlar Dağlıq Qarabağ problemini ortaya atmaqla, kiçik taktiki üstünlüyü ələ almağa çalışırlar. Lakin bu taktiki üstünlüyü strateji üstünlüyə çevirmək artıq mümkünsüzdür. Çünki qarşıdurmada qüvvələr nisbəti çoxdan dəyişilib. Ermənistan zəif dövlət olmaqla yanaşı, ordu quruculuğunda da uğursuzluğa düçar olub. Digər tərəfdən, Azərbaycanın artan imkanları onları olduğundan da çox pis vəziyyətə salır. Bu zəmində nazirlərin dueli, söz mübarizəsi onu göstərir ki, Ermənistan tərəfi vəziyyəti necə ağırlaşdırdığını anlayır. Azərbaycan da çox gözəl anlayır ki, artıq qarşısındakının dərsini vermək lazımdır. Bu dərsin nəticəsi isə bizdə heç bir şübhə doğurmur. Baxmayaraq ki, ermənilər hap-gopla, səs-küylə çalışırlar özlərinə bəraət qazandırsınlar, Azərbaycanın bu məsələdə üstünlüyü danılmazdır. Belə başa düşürəm ki, müdafiə naziri Zakir Həsənovun bəyanatları daha çox təəssürat doğurur. İrəvanda təşvişə səbəb olur. Bununla həm də beynəlxalq səviyyədə bəlli olur ki, Azərbaycan artıq B planını həyata keçirməyə hazırdır".

Qeyd edək ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın "yeni müharibə yeni ərazilərdir" bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırıb. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Vyana görüşündən sonra Prezident İlham Əliyev "müharibə hələ bilməyib" bəyanatı verib. Ardınca müdafiə naziri Zakir Həsənov bildirib ki, "əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm". Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub.

Ermənistan mediası artıq bir neçə gündür "Həsənov Tonoyanla İrəvanda görüşəcək" fikirlərini şərh edir, "Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı" sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2236   Tarix: 11 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021