İTV-nin məşhur serialında qalmaqal - Maaşlar vaxtında verilmir

İTV-nin məşhur serialında qalmaqal - Maaşlar vaxtında verilmirİTV-də yayımlanan "Dağıntılar altında" serialında qalmaqal yaşanıb.

Buna ekran işində "Şahmar" obrazını canlandıran aktyor Fərhad Səmiminin serialdan uzaqlaşması səbəb olub.

O, gedişinin vaxtında maaşını almaması ilə izah edib. Aktyor bu barədə sosial media hesabında yazıb:

"Əziz dostlar, həmkarlar yazıb, zəng edib, serialdan çıxmağımın səbəbini soruşanlar. Sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı seriyaldan niyə çıxsın ki? - Həmişə olduğu kimi, maaşların vaxtında verilməməsinə görə.

Və bu hal mütəmadi şəkildə təkrarlandıqca, mən də hər dəfəsində belə getsə, çıxacağımı açıq və net şəkildə bildirmişdim. Maaşların gecikmə səbəbini isə prodakşn belə izah edir: Dövlət geciktirir.

Bəs Prezidentin sərəncamı? Bəs filmlərə ayrılan pullar?

İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşların alacaqlar. Bu və buna bənzər hallar əvvəllərdə baş verib. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar el üçün ağlayan kor qalar deyib. Min doğrum qalır, bir yanlışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdi. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin! Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox...

Kanallara serial satan cəmi iki, üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər".

Qeyd edək ki, serialdan bundan əvvəl də ayağı sınan aktrisa Suğra Bağırzadə uzaqlaşmışdı.

İTV-nin məşhur serialında qalmaqal - Maaşlar vaxtında verilmirİTV-nin məşhur serialında qalmaqal - Maaşlar vaxtında verilmiraxsam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1447   Tarix: 11 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel
.

Aktrisa evində səs verdi - Video

Aktrisa Məsumə Babayeva növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. "Qafqazinfo" xəbər verir ki, 72 yaşlı sənətkar səhhəti ilə əlaqədar evində səs verib. O bu barədə feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, M. Babayeva uzun illər Azərbaycan Dövlət Gənc Tamaşaçıla

7 fevral
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral