Paşinyan münaqişəni sosial şəbəkələrdə "həll etmək" istəyir

Paşinyan münaqişəni sosial şəbəkələrdə "həll etmək" istəyir"Ermənistanda baş verən demokratik dəyişikliklər Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə bizim təsəvvürlərimizə yeni çalarlar qatdı"

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının plenar iclasında çıxışı zamanı deyib.
İşğalçı ölkənin baş naziri hətta utanmadan Dağlıq Qarabağ münaqişəsinin region üçün ciddi təhdid olduğunu vurğulayıb. Özünü avropalılara "sülhpərvər" imicdə göstərməyə çalışan Paşinyan Azərbaycana qarşı ittihamlar yağdırmaq ənənəsinə də sadiq qalıb.

"Əlbəttə ki, Azərbaycan prezidenti ilə kifayət qədər konstruktiv və müsbət dialoq başlada bilməyimiz olduqca vacibdir, amma əminəm ki, məsələnin həlli üçün təkcə liderlər arasında dialoq kifayət etmir. Cəmiyyətlərimiz arasında da dialoqun başlaması, insanlarımızı sülhə hazırlamağımız da çox vacibdir. Bu yaxınlarda İrəvandakı mətbuat konfransımda bəyan etdim ki, cəmiyyətlərimiz arasında bu cür dialoq üçün platforma sosial şəbəkələr ola bilər. Amma təəssüf ki, bu gün sosial şəbəkələrdə azərbaycanlılarla ermənilər arasındakı ünsiyyət qarşılıqlı təhqir dilində qurulur. Münaqişənin 30 ili ərzində hesab edilə bilərdi ki, artıq biz nifrət və təhqir sözlərini tükətməli, qarşılıqlı mövqelərimizi anlamalı və bir-birimizi başa düşməyə qoymayan səbəbləri tapmağa çalışmalı idik. Bu cür müzakirəni mən şəxsən özüm Ermənistan parlamentinin tribunasından nizamlanma variantının Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmasının vacibliyini bəyan etməklə başlatdım. Məhz bu formul problemin həllinə nail olmağa imkan verəcək. Təəssüf ki, biz Azərbaycandan eyni şeyi eşitmirik. Ümid edirəm ki, bu tribunadan səslənən çağırış Azərbaycan cəmiyyətində adekvat reaksiya alacaq", – Paşinyan deyib. /azvision


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1051   Tarix: 11 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO

Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün

15 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021