Kişi arvadını yataq otağnda xəyanət edərkən tutdu və... - Azərbaycanda DƏHŞƏTLİ OLAY

Kişi arvadını yataq otağnda xəyanət edərkən tutdu və... - Azərbaycanda DƏHŞƏTLİ OLAYBakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Vahid Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Vahid Məmmədov 2015-ci il aprelin 17-də, axşam saat 18 radələrində Suraxanı rayon 11 saylı Təcili tibbi yardım stansiyasına Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindən çağırış daxil olub.

Təcili yardımı qarşılayan ər niyə həyəcanlandı?

Briqada qəsəbəyə çatanda, özünü ağır xəstənin əri kimi təqdim edən şəxs onları qarşılayıb və evə aparıb. Çarpayının üzərində, huşsuz vəziyyətdə olan uzanıqlı qadının yuxu arteriyası yoxlanıldıqda, onun artıq öldüyü müəyyən edilib.

Vahid Məmmədov qeyri-rəsmi nikahda yaşadığı Səbinə Əhmədova Tovuz rayon sakinidir. Onun durduğu yerdə olduğunu bildirib.

Bu zaman Vahid Məmmədov həyəcanlı halda, meyitin təcili yardım maşını ilə Tovuz rayonuna aparmasını xahiş etsə də, həkim polisin icazəsi olmadan mərhumu heç yerə apara bilməyəcəyini deyib.

Həkim çağırlıdı, polis və prokurorluq iş başladı

Daha sonra hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları cəlb olunublar. Həmin tarixdə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Səbinə Əhmədovanın sifət və bədən nahiyyələrində çoxsaylı sıyrıq və qançırlar aşkar edilib. Ölümünə ağız və burun dəliklərinin əllə qapanması nəticəsində törənən mexaniki asfiksiya səbəb olub.

Hadisədən 12 gün sonra, ayın 29-da Vahid Məmmədov Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Qısqanclıq davası

Müəyyən edilib ki, Vahid qeyri-rəsmi ər-arvad münasibətində olduğu Səbinənin ona xəyanət etməsindən şübhələnib, onunla dəfələrlə mübahisə edib.

Aprelin 17-də kirayə yaşadıqları evə gələrkən o, qadının yataq otağındakı çarpayının üstündə əyləşib, telefonla yazışdığını və sonra telefonu gizlətdiyini görüb. Vahid Səbinədən telefonu istəyib. Amma Səbinə qəti şəkildə buna etiraz edib.

Qətl

Qısqanclıq zəminində Vahid Səbinəni öldürmək qərarına gəlib. O, əvvəlcə Səbinənin sifət və baş nahiyələrinə yumruq və təpiklə zərbələr vurub.

Niyyətini başa çatdırmaq istəyən Vahid qadının döşəmədə əyilmiş və hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək, onun burun və ağız dəliklərini qapayıb.

Bununla da, Səbinənin sağlamlığına ağır zərər vuran xəsarətlər yetirərək, onu qəsdən öldürüb.

"Onun yazışmalarını gördüm"

İstintaq orqanı tərəfindən Vahid Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Məmmədov bildirib ki, aprelin 12-də Səbinənin mobil telefonuna baxıb: "Onun sosial şəbəkədə müxtəlif adlarla qeyd olunmuş şəxslərlə yazışmalarını gördüm. Bu səbəbdən aramızda mübahisə baş verdi. Aprelin 17-də otağa daxil olarkən Səbinənin telefonla yazışdığını və məni görən kimi telefonu döşəyin altına qoyduğunu gördüm".

"Bir oğlanla yazışdığını gördüm"

Vahid Məmmədovun sözlərinə görə, əvvəl Səbinədən telefonu tələb edib, sonra sifətinə 2 dəfə şillə vurub: "Döşəyin altından telefonu götürmək istədim. Bu zaman Səbinə telefonu götürməməyim üçün əlimi dişləmək istədi. Arvadımın kürəyindən ayağım ilə zərbə vurdum. Telefonu ondan aldım. Baxarkən onun bir oğlanla yazışdığını gördüm".

"Bir neçə dəfə süni nəfəs verdim"

Vahid Məmmədov qeyd edib ki, həmin vaxt artıq Səbinənin səsi çıxmayıb: "O, əyilmiş vəziyyətdə çarpayıya söykəndi və rəngi ağardı. Onun vəziyyətinin belə olduğunu görən kimi təcili yardıma zəng etdim. Sonra Səbinəni qucağıma alaraq çarpayıya uzatdım. Bir neçə dəfə süni nəfəs verdim. Lakin Səbinə də heç bir tərpəniş olmadı".

Vahid Məmmədov bildirib ki, Səbinəni öldürmək fikri olmayıb və onu boğmayıb: "Səbinəni öldürmək üçün heç bir səbəbi olmayıb".

13 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Məmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan Vahid Məmmədov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvdə saxlayıb.

Bu qərardan narazı qalan Vahid Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Vahid Məmmədovun şikayəti hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, şikayət təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1951   Tarix: 13 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021