Depressiya əleyhinə dərmanlar intihara sövq edir – Son araşdırmaların ilginc nəticələri

Depressiya əleyhinə dərmanlar intihara sövq edir – Son araşdırmaların ilginc nəticələriDepressiya əleyhinə olan preparatların insan psixologiyasına mənfi təsir etməsi məlum məsələdir. Amma Yeni Zelandiyada universitetlərin birində aparılan son təhqiqatlar bu həblərin dəhşətli fəsadlarını üzə çıxarıb.

Sonxeber.az medicina.az-a istinadən bildirir ki, anti-depressiya həblərinin mədə bulantısı, kökəlmə kimi təsirlərinin olması təsdiqlənib. Məlum olub ki, əksəriyyətin görməzdən gəldiyi bu simptomlar həm də cinsi zəifliyə səbəb olur.

Anti-depressiya preparatlarının yan təsirləri bildiyimizdən daha çoxdur

Universitetin internet saytında yayımlanan məqalədə intiharların kökündə dayanan amillərdən birinin məhz bu həblər olduğu açıqlanıb. Bildirilib ki, anti-depressiya preparatları qəbul edənlərin beyinlərində intihar düşüncəsi peyda olur. Digər tərəfdən də psixoloji gərginlik azalmaq əvəzinə tam əksi müşahidə olunur. Hiss və həyəcan duyğuları soyuqlaşır, mənəvi böhran başlayır.

Sözügedən təhqiqata qədər anti-depressiya dərmanları istifadə edən 18-25 yaş arasında olan gənclərdə 20 mənfi təsirin olduğu iddia olunurdu. Amma son arşdırmalardan sonra məlum olub ki, bu mənfi təsirlər daha böyükdür.

Depressiyanı azaldır, amma intihar düşüncəsini artırır

Tədqiqatçılar iştirakçıların 82%-də depressiyanın azalmasını müşahidə ediblər. Lakin qalanlarında intihar meylinin güclənməsi qeydə alınıb. 62 % adamlarda isə duyğu və hislərinin azaldığı, o cümlədən cinsi zəifliyin yarandığı bildirilib. 42%-də "özüm kimi hiss etmirəm", 39%-da "başqalarının dediklərini vecimə almıram" kimi cavablar verilib. Respondentlərin 55%-i isə preparatlardan azad olmaq istəyindən məhrum olduqlarını bildirib. Araşdırma komandasının əməkdaşlarının son rəyi isə belə olub: "İştirakçıların 13-dən çoxunda bu preparatlardan sonra intihar meyilləri yüksəlib".

Əldə oluna qənaət ürəkaçan olmasa da, illərlə aparılan araşdırmaların nəticəsidir.

Qeyd edək ki, Amerika və Avropa həkimləri hələ 2003-cü ildə həyəcan təbili çalaraq bildirirdilər ki, 18 yaşına qədər olan gənclər anti-depressiya preparatlarından istifadə etdikdən sonra intihara meylli olurlar. 2005-ci ilin fevral ayında artıq 18 yaşından aşağı gənclər belə preparatları alarkən xəbərdar olunmağa başladı. 2007-ci ildən etibarən isə belə bir xəbərdarlıq 18-24 yaşarası gənclərə şamil edilməyə başladı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 773   Tarix: 14 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021