Ermənilər haqda tarixi həqiqətləri açdı: "Heydər Əliyev doğru deyib" - FOTO

Ermənilər haqda tarixi həqiqətləri açdı: "Heydər Əliyev doğru deyib" - FOTO"Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içində saxlamalıyıq".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin məşhur tarixçi-araşdırmaçısı, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində baş tutan "Qafqaz tarixi" adlı konfransda deyib.

Professor çıxışında yazılı qaynaqlarının çox uzaq olmasa da, Qafqaz xalqlarının keçmişinin çox qədim illərə söykəndiyini deyib.

Qafqazda yaşanan etnik problemlərdən və qarşıdurmalardan bəhs edən Ortaylı ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarına iddialarından da danışıb:

"Ermənilər Urartuların onların əcdadları olduğunu iddia edir. Onlar Anadoluya qərbdən, Balkan yarımadası üzərindən gəliblər. Onların Urartularla əlaqəsi yoxdur. Urartuların çeçenlərlə bağlantılı olduğu böyük ehtimaldır. Lakin onların Anadoludan Qafqaza getdiyi, yoxsa tam əksinin baş verdiyi bilinmir. Ermənilər Qafqazda sonradan məskən salan millətdir. 18-ci əsrə qədər bu coğrafiyada ermənilərin sayı çox az olub. Qafqazda ən hakim irq və dil, heç şübhəsiz ki, türklər və türk dilidir. Burada Oğuz ləhcəsindən istifadə edilir. Türk milləti əsrlər boyu Mərkəzi Asiyadan Balkan yarımadasına qədər çox sayda dövlət qurub. Azərbaycan və Türkiyə də bu dövlətlərdəndir və çox yaxın münasibətlərə malikdirlər. Heydər Əliyev münasibətlərimizi çox yaxşı müəyyən edib: bir millət, iki dövlət. Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti ovcumuzun içində saxlamaq lazımdır".

Professor azərbaycanlılara müraciət edərkən "azəri" sözünün istifadə olunmasının doğru olmadığını vurğulayıb: "Azəri" sözü Türkiyədə cəhalətdən deyilir. Bu, sonradan ortaya atılan sözdür. Buranın xalqı türkdür",

Qeyd edək ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin təşkil etdiyi konfransa Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəsi Ufuk Turganer, azərbaycanlı millət vəkilləri və çox sayda ziyalı şəxslər qatılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2493   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021